Elcin Imanov - Wikipedia
İmanov Elçin Bəhrəm oğlu (11 yanvar 1971, Tiləkənd, Yardımlı rayonu) — azərbaycanlı aktyor, rejissor.
Elçin İmanov | |
---|---|
Elçin Bəhrəm oğlu İmanov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti |
aktyor rejissor |
Fəaliyyət illəri | 1993-h.h. |
Həyatı
redaktəElçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun C. Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən 1990-cı ildə S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir.
1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb. Bununla yanaşı şoumenlik və aparıcılıq da edir.
Hazırda teatr və televiziya işi ilə yanaşı Bakı Dövlət Sirkində aparıcı kimi fəaliyyət göstərir.
Ailəlidir. Bir övladı var.
Tamaşalar
redaktə- Hərənin öz ulduzu — Əlibala
- Lənkəran xanın vəziri — Hacı Salah
- Məşədi İbad — qorodovoy və Qoçu Əsgər
- Diqqət, şəhərdə manyak var — rejissor
- Qısqanc ürəklər — Telman
- Maritsa — Penijek
- Burla Xatun — I kafir
- Mənim sevimli dəlim — poçta gələn adamlardan biri
- Əlin cibində olsun — xəfiyyə
- Mənim ərim dəlidir — xidmətçi
- Poçtda xəyal — poçt işçisi
- Şeyx Sənan — kor ərəblə gəzən
- Dəli dünya — içki düşkünü
Filmoqrafiya
redaktə- Nəfsin bəlası — Nicat
- Tənbəlin toyu — gəlinin atası
- Şaxta Baba əməliyyatı — polis rəisi
- Bizim Bayram — sahə müvəkkili
- Köhnə məhəllədə yeni il — arxitektor
- Həyat varsa (Kəlmeyi şəhadət) — Arif
- Həyat varsa (Qonşu haqqı) — Qalib
Teleseriallar
redaktə- Pərvanələrin rəqsi (serial, 2012) — Əhməd həkim
- Həkimlər — Sabir həkim
- Məhkumlar — Kamil
- Köpək bürcü — türmə rəisi
- Toy gecəsi (serial, 2013)