Elcin Ceferov Teatrsunas - Wikipedia
Elçin Nadir oğlu Cəfərov (15 noyabr 1985, Bakı) — azərbaycanlı teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri, 4.4 Qısa Tamaşalar Festivalının art-direktoru.
Elçin Cəfərov | |
---|---|
Cəfərov Elçin Nadir oğlu | |
Doğum tarixi | 15 noyabr 1985 (39 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi |
|
Elmi adı | |
Təhsili |
Həyatı
redaktəElçin Cəfərov 15 noyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992–2003-cü illərdə Hövsan qəsəbəsində 280 №-li orta ümumtəhsil məktəbində təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsində "Teatrşünaslıq" ixtisası üzrə bakalavr (2003–2007) və magistr (2008–2010) pillələrini fərqlənmə diplomu ilə bitirib.
2006-cı ildən Azərbaycan Dövlət Yuğ Teatrında Bədii dram hissəsinin rəhbəri vəzifəsində çalışır. 2014-cü ildə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin Teatr-tamaşa və konsert müəssisələrinin baş rejissorları və ədəbi hissə müdirləri qrupu üzrə treninqdə iştirak edib.
2011–2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi vəzifəsində işləyib.
Universitetdə təhsil aldığı vaxtdan mütamadi olaraq müxtəlif mətbu orqanlarında ("Qobustan", "Mədəniyyət.az", "Mədəni həyat", "Musiqi dünyası" jurnalları, "Xəzri" (rus dilində), "Mədəniyyət", "Kino+", "Azərbaycan mədəniyyəti və incəsənəti", "525-qəzet", "Ədəbiyyat", "Kaspi" qəzetləri, "Teatro.az", "Kulis.az", "Kult.az", "Artkaspi.az" saytlarında və s.) teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş tənqidi və analitik məqalələrlə çıxış edir.
2005, 2007 və 2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi "Boş məkanın dolğunluğu" və "Yeni teatr" festivallarında ekspert kimi iştirak edib, "Tamaşaların müzakirəsi zamanı sərt və tənqidi yanaşma tərzinə görə" fəxri diplomla təltif olunub.
2010, 2012, 2014, 2016 və 2018-ci illərdə Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Teatr Konfransında iştirak edib.
2014-cü ildə Mədəniyyət Nazirliyinin keçirdiyi "Teatr mövzusunda ilin ən yaxşı məqaləsi" müsabiqəsində ikinci mükafata layiq görülüb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin doktoranturasını əla qiymətlərlə bitirib, "Vaqif İbrahimoğlunun rejissurası və konseptual teatr poetikası" mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək, 2019-cu ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2013-cü ildə Azərbaycan "Azərbaycan teatrı: dünən, bu gün, sabah (elektron baza)", 2014–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi qrant müsabiqəsində qalib olmuş "Azərbaycan ənənəvi musiqisi (elektron baza)" layihəsində iştirak edib.
2014-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakültəsinin "Teatrşünaslıq" kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur.
2017-ci ildə Təhsil Nazirliyinin "SABAH Qrupları" layihəsinin dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi "Ali təhsil müəssisələrinin müəllim heyəti üçün seminarlar" və "Müasir müəllimin fərdi işçi planının (sillabus) tərtibi" təlimin iştirakçısı olub. ADMİU-nun SABAH qruplarında "Azərbaycan teatr tarixi" və "Dünya teatr tarixi" fənlərini tədris edir.
ADMİU-nun nəzdində Dissertasiya Şurasının və Teatr sənəti Fakültə Elmi Şurasının katibi, Universitetin Bədii Şurasının və Fakültə Elmi-Metodiki Şurasının üzvüdür. 2018–2020-ci illərdə Universitetdə Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışıb. Azərbaycanda və ölkə hüdudlarından kənarda keçirilən bir çox konfrans, forum, seminar və müzakirələrdə məruzələrlə çıxış edib. 30-a qədər elmi, 50-dən artıq publisistik məqalənin, 8 tədris proqramının müəllifi, bir neçə kitabın tərtibçisi və redaktorudur. Azərbaycan Teatr Xadimləri İttifaqının, Beynəlxalq Teatr Tənqidçiləri Assossasiyasının (AICT, IATC) üzvü, Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidentidir.
Mütəmadi şəkildə beynəlxalq tədbirlərdə iştirak edir. 2012-ci ildə Moldovada, 2015-ci ildə Belarus Respublikasında, 2021-ci ildə Özbəkistanda keçirilən Gənclərin I, II və III Beynəlxalq Teatr Forumlarında, həmçinin 2012, 2013, 2014, 2015, 2018, 2019-cu illərdə Tbilisi Beynəlxalq Teatr Festivalında, eləcə də 2012-ci ildə Tbilisidə keçirilən "Senzuradan sonrakı dövrdə postovet məkanı ölkələrinin dramaturgiyası" Tbilisi Beynəlxalq Teatr və Dramaturgiya Forumunda teatrşünas kimi iştirak edib.
Hazırda mütəmadi olaraq, elektron portallarda, qəzet və jurnallarda, eləcə də televiziya verilişlərində teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş məqalə, resenziya və müsahibələrlə çıxış edir. Teatro.az sənət portalının həmtəsisçisi və şef-redaktorudur.
2021, 2022-ci illərdə Teatro.az sənət portalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 4.4 Qısa Tamaşalar Festivalının art-direktorudur.
Redaktoru olduğu kitablar
redaktə- V. İbrahimoğlu "Amma və, lakin" (redaktor), Bakı, Qanun, 2009, 328 səh.
- YUĞ Dövlət Teatrı "Mən, məhəmməd Füzuli" səhnə divanı (elmi redaktor), Bakı, Qanun, 2008, 77 səh.
- İlyas Əfəndiyev-100, videoesse, (videoessenin ssenari müəllifi (V. Qafarovla birlikdə) Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, Bakı, Musiqi Dünyası, 2014, 51 səh.
Elmi məqalələri
redaktə- Azərbaycan dövlət teatrları sisteminin təşkilatlanma problemləri //"Qobustan", 2010, № 2, s. 90–91
- Milli teatrşünaslıqda qeyri-klassik üsullara dair // İncəsənət və Mədəniyyət Problemləri, Bakı, 2010, № 2 (32) s. 227–228
- Teatr tarixinin virtual aynası: "Azərbaycan teatrı: dünən, bu gün, sabah" elektron bazası//"Musiqi dünyası" beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı, 4/57, 2013 s.103–104
- Vaqif İbrahimoğlu yaradıcılığının marginal xüsusiyyətləri // Mədəniyyət: problemlər və perspektivlər. Doktorant və gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransının materialları, Bakı, 2013, s.66–67
- "Psixosof" teatr poetikasının konseptual əsasları və bazisli anlayışları // Mədəni həyat, elmi, metodiki, publisistik jurnal, 2013, № 8, s.88–91
- Azərbaycan teatrında konseptual rejissor sənəti: Vaqif İbrahimoğlunun yaradıcılığı // İncəsənət və Mədəniyyət Problemləri, Bakı, № 3 (45), 2013, s.67–73
- Vaqif İbrahimoğlunun aktyorla iş metodikası dünya teatr nəzəriyyələri kontekstində // "Musiqi dünyası" Beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı, 2/63, 2015, s.62–64
- Vaqif İbrahimoğlunun nağılı // Qobustan. Bakı, № 3, 2015, s. 71–73
- "Psixosof" teatr poetikasının metodoloji əsasları // Mədəniyyət dünyası, Elmi-nəzəri məcmuə, ADMİU, XXIX buraxılış, Bakı, 2015, s. 90–97
- Azərbaycan teatrında konseptual rejissuraya doğru // Mədəniyyət. Az, Bakı, № 7 (293), 2015, s.75–77
- Yeni teatr nəzəriyyələri: "Psixosof" teatr poetikası //Akademik elm həftəliyi – 2015, Beynəlxalq Multidissiplinar Forumun materialları. 02 – 04 noyabr, Bakı, Azərbaycan, s. 225–226
- . Müasir şəhərin həyatında teatrın rolu: sosioloji analiz //"Şəhər və teatr" mövzusunda elmi-praktiki konfransın materialları, 4 mart 2016, s. 92–96
- "Yuğ" Teatrı: Şərqdə Qərb paradoksu" //7 – 8 noyabr 2016-cı ildə keçirilmiş IV Bakı Beynəlxalq Teatr Konfransının materialları, Bakı, 2016, s. 39–41
- Концептуальная поэтика Психософского театра // Поиск. Международный научный журнал-приложение республики Казахстан, № 4, 2015 с. 143–148
- Returning of Azerbaijan Theatre to its Roots after Collapse of Soviet Union and Main Tendencies in New Dramaturgy // Post-Soviet dramaturgy – Main Accents after No Censorship. Ilia State University, Georgia-Tbilisi, 2012 p. 418–420
- Azerbaijan theatre // The world of theatre, published for tha International Theatre Institute (ITI) by the Bangladesh Centre of ITI, 2014 edition, p. 13–17
- Interpretation of Shakespeare’s drama in PSYCHOSOPHY theatre conception, Cultural Bridge. Georgia-Tbilisi, october, 2015, p. 37–40
- Müstəqillik illərində Azərbaycan teatrı. Yuğ teatrı müstəqillik dövrünə refleksiya kimi" // İncəsənət və Mədəniyyət Problemləri, Bakı, № 1 (59), 2017, səh. 85–91
- Azərbaycanda yeni teatr fəlsəfəsi və rejissura // "Harmony" beynəlxalq kulturoloji elektron jurnal, Bakı, 2018
- Rejissurada ekspressionizm / Mədəniyyət: Problemlər və Perspektivlər. Doktorant və gənc tədqiqatçıların XII beynəlxalq elmi konfransı, Bakı, 23 −24 may, 2018
- "Xalq teatrları müasir mədəniyyət prosesi konteksitində: problemlər və perspektivlər"/ "Xalq teatrları peşəkar səhnənin beşiyidir" adlı Respublika xalq teatrları konfransı, 25.07. 2019
- The creative work of Vagif Ibrahim as a bifurcation point for Western and Eastern theatres // Kazakhstan, Central Asian Journal of Art Studies, № 3, 2019, p. 67 −72
- Avant-garde theatre as fore-guard of theatre // "Неделю науки" на тему Модернизация национального сознания в контексте формирования интеллектуальной нации, Казахстан, Казахская национальная академия искусств им. Т.К.Жургенова 2020
- Theatre of the XX century. From the theatre towards a non-theatre // Art and Modernity — XIII Conference of arts researchers at the Shota Rustaveli Theater and Film Georgia State University
- East-West Convergence in the Creative work of Vagif Ibrahimoghlu // STUDIA TEATRALNE EUROPY ŚRODKOWO–WSCHODNIEJ — THEATRE STUDIES OF CENTRAL AND EASTERN EUROPE, № 1, 2020, p. 189–202
- "Ложь" как средство поиска истины в спектакле "Я, есьм" // МАТЕРИАЛЫ Международной научно-практической конференции "Театроведение Казахстана: история, теория, практика" посвященная 30-летию со дня основания кафедры "История и теория театрального искусства". 23 октября, 2020 г. г. Алматы, Казахстан, стр. 110–116
- Hamı bir az Nəsimidir // Mədəniyyət/Culture jurnalı, sentyabr-oktyabr 2020, s. 68–71
- "Я, есьм" в театре "ЙУХ" // "Central and Eastern European Theater Studies", Poland, 2021, p. 397–399
- Concept of school in theater education // VI Central Asian International Forum. "Transnational Cooperation in the Global Educational Space" Republic of Kazakhstan, Almaty, 7–8 October 4, 2022
- Драма звука или звуки драмы // Ўзбекистон збекистон давлат санъат ва маданият аданият институти институти хабарлари (ЎзДСМИ хабарлари)
Qəzet və sayt məqalələri
redaktə- Bir… iki… bizimki… yaxud, sonu olmayan başlanğıca doğru gedən Kamal Abdulla (Könül Cəfərova ilə birgə)
- "Qoca kloun"un müəllifi — Matey Vişnek
- Teatrda PR işinin təşkili
- Vaqif İbrahimoğlunun nağılı[1]
- Şəhərimiz və teatrımız… Kaspi qəzeti, 25 fevral 2016, s. 10
- Gənclərin İkinci Beynəlxalq Forumu: Sözdən… hərəkətə doğru (Könül Cəfərova ilə birgə)
- X Tbilisi Beynəlxalq Teatr Festivalı haqqında qeydlər — Tbilisi Loves You
- Teatr olmasa, dünyada nəsə dəyişərmi?
- Azərbaycanda yeni teatr fəlsəfəsi və rejissura. Kaspi qəzeti, 2 may 2019, s. 10
- Xalq teatrları müasir mədəniyyət prosesi kontekstində: problemlər və perspektivlər. Kaspi qəzeti, 26 sentyabr 2019, s. 11
- Qərb dramından qəhrəmanı oğurlayan Meterlinq
- Ruh nə Şərq tanıyır, nə Qərb
- Əzəldən piri-eşqin sərvəriyiz…[2]
- Əzəldən piri-eşqin sərvəriyiz… – (ikinci məqalə)[3]
- Alman teatrında ekspressionizm: Ağlın və qəlbin dünyaya münasibəti (birinci yazı)
- Alman teatrında ekspressionizm: Ağlın və qəlbin dünyaya münasibəti (ikinci yazı)
Müsahibələri
redaktə- "Azərbaycanda özəl teatr sektoru yaradılmalıdır" E. Cəfərov; müsahibəni apardı K. Oruc[4] //Üç nöqtə .-2019.- 28 fevral.- S.12.
- Gürcüstanda tamaşaların treyleri tamaşanın özü qədər maraqlıdır /E. Cəfərov; müsahibəni apardı: Aliyə. Kaspi .-2018.- 11 oktyabr.- S. 10.
- Elçin Cəfərov: "Bizim teatrlar sovet dövründən qalan mexanizmlərlə işləyir"
- Elçin Cəfərov: "Mətbuat işi… mədh eləməkdən ibarət deyil"
- Elçin Cəfərov: "Teatrlarda "ortada yeyib, qıraqda gəzən" adamlar var" / E. Cəfərov; müsahibəni apardı K. Almuradlı. Sputnik.az saytı, 23.05.2020. Link: https://sptnkne.ws/GbSw
- Валентина Резникова "ТЕАТР УМЕР — ДА ЗДРАВСТВУЕТ ТЕАТР?!" / http://regionplus.az/ru/articles/view/7359?q=%D0%AD%D0%BB%D1%8C%D1%87%D0%B8%D0%BD%20%D0%94%D0%B6%D0%B0%D1%84%D0%B0%D1%80%D0%BE%D0%B2
Xarici keçidlər
redaktə- Teatrda PR işinin təşkili
- Artkaspi.az teatrşünas Elçin Cəfərovun 10-cu Tbilisi Beynəlxalq Teatr Festivalı haqqında qeydlərini təqdim edir: Arxivləşdirilib 2020-04-11 at the Wayback Machine
- Teatr olmasa, dünyada nəsə dəyişərmi?
- Azərbaycanda yeni teatr fəlsəfəsi və rejissura
- Xalq teatrları müasir mədəniyyət prosesi kontekstində: problemlər və perspektivlər
- Qərb dramından qəhrəmanı oğurlayan Meterlinq – Elçin Cəfərov yazır Arxivləşdirilib 2020-04-11 at the Wayback Machine
- Ruh nə Şərq tanıyır, nə Qərb – Elçin Cəfərov yazır Arxivləşdirilib 2020-04-11 at the Wayback Machine
- Elçin Cəfərov: "Bizim teatrlar sovet dövründən qalan mexanizmlərlə işləyir"
- Elçin Cəfərov: "Mətbuat işi… mədh eləməkdən ibarət deyil"
- Валентина Резникова "ТЕАТР УМЕР — ДА ЗДРАВСТВУЕТ ТЕАТР?!" / http://regionplus.az/ru/articles/view/7359?q=%D0%AD%D0%BB%D1%8C%D1%87%D0%B8%D0%BD%20%D0%94%D0%B6%D0%B0%D1%84%D0%B0%D1%80%D0%BE%D0%B2
- Elçin Cəfərov "Soundrama nədir?" "https://teatro.az/az/post/elcin-ceferov--soundrama-nedir-699
İstinadlar
redaktə- ↑ "Elçin Cəfərov - "Vaqif İbrahimoğlunun nağılı"". 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
- ↑ teatro.az. "Əzəldən piri-eşqin sərvəriyiz... - Elçin Cəfərov" (az.). teatro.az. 2020.-3-12. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.
- ↑ teatro.az. "Əzəldən piri-eşqin sərvəriyiz... - Elçin Cəfərov" (az.). teatro.az. 2020.-3-19. 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-19.
- ↑ ""Azərbaycanda özəl teatr sektoru yaradılmalıdır"". 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.