Elcin Mansurov - Wikipedia
Elçin Elşən oğlu Mansurov (25 noyabr 1984, Binə – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Elçin Mansurov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | «Yalqız canavar» |
Doğum tarixi | |
Doğum yeri | Binə, Xəzər rayonu, Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2003—2020 |
Rütbəsi | Mayor |
Döyüşlər | |
Təltifləri | |
|
Həyatı
redaktəElçin Mansurov 1984-cü il noyabrın 25-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Aviaşəhərcik" adlanan aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olub.[1] Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən idi.
Təhsili
redaktəElçin Mansurov ilk təhsilini əvvəlcə Binə qəsəbəsində yerləşən 149 nömrəli orta məktəbdə alıb. Ailə vəziyyəti ilə əlaqədar olaraq Yasamal rayonuna köçən Elçin Mansurov burada 286 nömrəli orta məktəbi təhsilini davam etdirib. 8-ci sinifdən sonra Yardımlı rayonunun Kürəkçi kənd məktəbində təhsil alan Elçin Mansurov orta təhsilini bu məktəbdə başa vurub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Şəhid baş leytenant Fərid Əhmədov ilə kursant yoldaşı olub. 2007-ci ildə ali hərbi məktəbi nümunəvi kursant olaraq bitirdikdən sonra təkmilləşdirmə kursu keçib.
Ailəsi
redaktəAtası Elşən Fürsənd oğlu Mansurov Bakı Aeroportunda uzun illər müəyyən vəzifələrdə çalışıb.[2]
Hərbi xidməti
redaktəElçin Mansurov təkmilləşdirmə kursunu keçdikdən sonra 2007-ci ilin iyul ayında Tovuzda yerləşən "N" saylı hərbi hissədə leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. 2009-cu ildə Goranboyda yerləşən "N" saylı hərbi hissədə kəşfiyyatçı zabit olaraq xidmət edib. 13 illik hərbi xidmət müddətində Tovuz, Murovdağ və Füzulidə yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Xidməti zamanı kəşfiyyatçı vəzifəsində olub.[3]
Kəşfiyyat ordunun görən gözüdür. Məqsədimiz hərbi qulluqçulardan peşəkar kəşfiyyatçı yetişdirməkdir. Mən fəxr edirəm ki, kəşfiyyatçıyam. Elçin Mansurov
|
Elçin Mansurov qüsursuz xidmətinə görə general-mayor Mais Bərxudarov və digər zabitlər tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.
Aprel döyüşləri
redaktə2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Elçin Mansurov döyüşlərdə yaxından savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Həmin döyüşlərdən 2 il sonra Elçin Mansurov II dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edildi. Elçin Mansurova 2020-ci ilin yay aylarında "mayor" rütbəsi verilib.
İkinci Qarabağ müharibəsi
redaktə2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[4] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[5]
Azərbaycan Ordusunun mayoru olan Elçin Mansurov 3 il idi ki, Füzuli rayonunda, təmas xəttində xidmət edir və işğal olunmuş əraziləri kəşfiyyat məqsədilə ziyarət edirdi. Həmin gün saat 09:30 radələrində 25 nəfərə qədər olan Elçin Mansurovun qrupu təmas xəttini ilk yaran qruplardan biri oldu. 45 dəqiqə ərzində Elçin Mansurovun qrupu tərəfindən iki dəfə hücum gerçəkləşdi və Ermənistan Ordusunun iki tağımı darmadağın edildi və əvvəlcə, 3, sonra 2 xüsusi əhəmiyyətli post və strateji yüksəkliklər ələ keçirildi. Mansurov həmin yüksəkliklərdə yaralansa da, 12 yaralını döyüş meydanından çıxara bildi. Elçin Mansurov 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə "Burğa dərəsi" adlanan ərazidə qarşı tərəfin ikinci eşelonu yarılan zaman snayper gülləsinin dəyməsi nəticəsində şəhid oldu.[6] Uzun müddət tapılmayan nəşi birinci atəşkəs günü, yəni, 10 oktyabr 2020-ci ildə Kənd Horadiz yaşayış məntəqəsi ətrafında tapıldı və ertəsi gün II Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[10]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[11]
Təltifləri
redaktə- (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26.06.2013) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (26.06.2018) — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)[12]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[13]
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[14]
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[15]
- (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra)[16]
İrsi və xatirəsi
redaktə2021-ci ildə Bakı şəhəri 88 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun adı verilmişdir.[17]
İstinadlar
redaktə- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- ↑ Əli İskəndərov. ""TƏNHA CANAVAR"a "Buğra dərəsi"ndə qurulan pusqu". tv713.az (az.). 26.11.2020. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.03.2021.
- ↑ "Şəhid mayor Elçin Mansurov". www.youtube.com ( YouTube portalı / "Vüsal Mansurov" səhifəsi). 27.11.2020. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.03.2021.
- ↑ Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
- ↑ Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
- ↑ Ü.Xudiyeva. ""Tənha canavar"ın son döyüşü". virtualaz.org (az.). 06.01.2021. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.03.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.