Elcin Mehreliyev - Wikipedia
Mehrəliyev Elçin Əli oğlu (18 may 1952, Güllücə, Ağdam rayonu) — yazıçı-publisist, filologiya elmləri doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra yaradıcılıq müsabiqələrinin mükafatçısı, o cümlədən "Qızıl qələm", "Nailiyyət", "Açıq söz" mükafatları laureatı.[1]
Elçin Mehrəliyev | |
---|---|
Elçin Əli oğlu Mehrəliyev | |
Doğum tarixi | 18 may 1952 (72 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | yazıçı, jurnalist |
Həyatı
redaktəElçin Mehrəliyev 1952-ci il mayın 18-də Ağdam rayonunun Güllücə kəndində anadan olub. 1971–1976-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1976–1991-ci illərdə "Azərbaycan gəncləri" qəzetində müxbir, şöbə müdiri, redaktor müavini, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti aparatında azərbaycandilli mətbuat üzrə bölmənin müdiri, Mətbuat xidməti rəhbərinin müavini, 1992–1993-cü illərdə "Yurd" jurnalı baş redaktorunun 1-ci müavini, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində mətbuat katibi, spigerin köməkçisi, 2001–2004-cü illərdə "Maarifçi" qəzetinin və "Advokat+" jurnalının baş redaktoru vəzifələrində işləyib. 2005-ci ildən etibarən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. 2009-cu ildən həmin İnstitutun Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiridir.
Fəaliyyəti
redaktəPublisistik yaradıcılığı
redaktə- "Oçerklər" (Ş.Yaqubovla həmmüəllif, Gənclik, 1978);
- "Vətən bizim şöhrətimiz" (Gənclik, 1980),
- "Talelərdə yaşayır" (Oskar, 2002);
- "Ölməzlik" (Spektr-Poliqraf, 2005),
- "Doktor Akif Abdullayev" (Oskar, 2006)
Habelə dövri mətbuatda yüzlərlə oçerk, müsahibə, reportajı dərc edilib.
Bədii yaradıcılığı
redaktə- "Təpəl quzu" (uşaqlar üçün nağıllar, hekayələr, Gənclik, 1982);
- "Pərvin" (povest və hekayələr, Gənclik, 1989);
- "İttiham" (roman, Yazıçı, 1991);
- "Hər kəs öz taleyini yaşayır" (pyeslər, hekayələr, məqalələr, Gənclik, 1998);
- "90-cı illər" (roman, Nurlan, 2004);
- "Tale döyüşü" (roman, Elm və təhsil, 2011).
Ümumilikdə, 19 kitabı nəşr edilib. "Yurd yeri", "Məhəbbət qocalmır", "Çörəkli adam", "Qamış", "Təqib" və digər hekayə və pyesləri uzun illər radio və televiziya ilə nümayiş etdirilir.
Elmi yaradıcılığı
redaktə- "Müharibə və ədəbiyyat" (monoqrafiya, Azərnəşr, 2000);
- "İnsana poetik, publisistik və elmi baxış" (monoqrafiya, Günəş, 2001);
- "Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu: ideya və sənətkarlıq məsələləri" (monoqrafiya, Nurlan, 2008);
- "Qarabağ folklor mühiti: uzaq keçmişimizdən bu günümüzə qədər" (monoqrafiya, Nurlan, 2008),
- "Azərbaycan nəsr və dramaturgiyasında Qarabağ mövzusu" (monoqrafiya, Bakı, 2012)
- "Zaman və ədəbiyyat" (elmi məqalələr toplusu, MBM, 2009)
E.Ə.Mehrəliyev 2001-ci ildə "Qarabağ uğrunda mübarizə və 90-cı illərin Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2012-ci ildə isə "Azərbaycan nəsr və dramaturgiyasında Qarabağ mövzusu" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.
E.Ə.Mehrəliyevin həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən"Soraq kitabçası" adlı kitab nəşr edilib (Azərnəşr, 2002).
İstinadlar
redaktə- ↑ "Elçin Mehrəliyev (Əli oğlu)" (PDF). 2014-03-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.