Elsad Hesenov - Wikipedia
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019),[1] Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019).[2]
Elşad Həsənov | |
---|---|
Vəzifədədir | |
12 noyabr 2019-cu ildən | |
Əvvəlki | Əziz Əzizov |
2015 – 12 noyabr 2019 | |
Seçki dairəsi | 2015 — 17 saylı Yasamal üçüncü |
Əvvəlki | Ülvi Quliyev |
Sonrakı | Elnur Allahverdiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 sentyabr 1976 (48 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktə27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib.[3]
1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb.[3]
İngilis və rus dillərini bilir.
Ailəsi
redaktəAiləlidir, iki övladı var.
Fəaliyyəti
redaktəAzərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.[3]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.[4]
İstinadlar
redaktə- ↑ "E.E.Həsənovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
- ↑ 2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı Arxivləşdirilib 2018-09-19 at the Wayback Machine. parliament.az (az.)
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
- ↑ "E.Həsənovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.