Eldar Sami - Wikipedia
Eldar şamı (lat. Pinus eldarica Medw.) — Şamkimilər fəsiləsinə aid bitki növü.[1]
Eldar şamı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Eldar şamı |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – N. Azərbaycanın relikt, endemik növüdür, arid dağların rəmzidir.[2]
Bioloji xüsusiyyətləri
redaktəTəbii halda hündürlüyü 21 m-ədək olan ağacdır. İynəyarpaqları qında ikibir və ya üçbir yerləşir. Qının uzunluğu 1sm, iynələrinki isə 8–10 sm olur. İynəyarpaqları yaşıl rəngli, sərt uclu və kənarları xırda dişlidir. Iynəyarpaqların uzunluğu 12–15 sm-ədək olub, göy rəngdədir, kənarları narın dişlidir, ucları azca sivriləşmişdir. Yarpaq qınlarının uzunluğu 1 sm-ə qədərdir, əvvəl pas, sonradan qonurumtul-boz rəngə çevrilir, təpə hissəsi arxaya qatlanmışdır, yanlarında uzun ağ saçları vardır. Tumurcuqları qətranlı deyildir. Qozaları buğumlarda əksər hallarda cüt-cüt bəzən 5, yaxud 8–12 (50–60) ədədi bir yerdə yerləşir. Yetişmiş qozaları bozumtul-qonur rənglidir. Qoza təşkil edən pulcuqların hər birinin altında qanadlı toxum olur. Mayalanmış qozalar növbəti ildə yetişir. Cavan qozaları enli yumurtavari, ovalşəkillı və kürəvidir, dik dayanmış ayaqcıqlar üzərində və ya yana əyilmiş olur. Yetişmiş qozaları yumurtavarı-uzunsov və ya yumurtavarı-konusşəkilli bozumtul-qonur və ya qonurumtul-qəhvəyi rəngdədir. Qaidə hissəsi qısa ayaqcıqlar üzərində olub, saplaqsızdır. Qozaları buğumlarda əksər hallarda cüt-cüt 5–6 ədədi bir yerdə yerləşir. 5–6 yaşında toxum verməyə başlayır. Qozalar budaqda tək-tək və ya çox sayda bir yerdə topa şəklində yerləşir. Qozaları 8 sm uzunluqda, 4 sm yoğunluğunda olur. Yetişmiş qozaları açılaraq toxum tökülür. Toxumu qaramtıldır. Toxumları 20–22 aydan sonra yetişir. 6–7 mm uzunluqdadır. Qanadları toxumdan 2–3 dəfə uzundur. Toxumları oval və ya qeyri müntəzəm romb şəkillidir. Qanadı zərif pərdəlidir, qonurumtul rəngdədir, uzunluğu 3,5 sm və eni 10 mm-ə qədərdir. Adətən aprel və may aylarında külək vasitəsilə tozlanır.[3][4][5][6]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəAprel – may aylarında tozlanır. Qozaları ikinci il, avqust–sentyabr aylarında yetişir. Ancaq toxumla çoxalır. Tozlanması anemofildir. Kserofitdir. Havanın quraqlığına və istiliyinə davamlıdır. Torpaq—qrunt şəraitinə tələbkar deyil, torpağın şoranlığına davamlıdır. Qumdaşı qayalarının və əhəngdaşı sallarının çat yerlərində və yarıqlarında bitir. Saqqız ağacı və müxtəlif ardıc növləri ilə birlikdə seyrək arid meşəliyi əmələ gətirir[7][8]
Təbii ehtiyatın dəyişilməsi səbəbləri
redaktəBaşlıca olaraq insan fəaliyyətidir.
Azərbaycanda yayılması
redaktəEldar düzünün qərb hissəsində Eldar oyuğunda təbii halda arealı vardır.[9]
Bitdiyi yer
redaktəAzərbaycanda kiçik bir arealda yayılmışdır.
Becərilməsi
redaktəMədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri
redaktəAzərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir.
Zəruri qoruma tədbirləri
redaktəYeni yasaqlıqların yaradılması vacibdir.
Eldar şamlarının qorunması üzrə işlər
redaktəHeydər Əliyev Fondunun dəvəti ilə hazırda ABŞ-dən olan mütəxəssislər paytaxtdakı Eldar şamlarının müayinəsini həyata keçirirlər.
Qeyd edək ki, bundan əvvəl rusiyalı mütəxəssislər də Eldar şamlarının qurumasının qarşısının alınması ilə bağlı müayinə işlərinə və laborator araşdırmalara başlamışdılar.
Hazırda amerikalı mütəxəssislər Bakının müxtəlif yerlərində Eldar şamlarının müayinəsini apararaq son dövrlərdə bu növ ağacların qurumasının səbəblərini araşdırırlar. Fevralın 22-dən etibarən 300-dək ağac müayinə edilib. Ağacların qurumasının səbəblərinin aradan qaldırılması üzrə pilot layihəyə başlanılacaq və bəzi ağaclara xüsusi kapsullar vasitəsilə dərmanlar veriləcək.[10]
İstinadlar
redaktə- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
- http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Флора Азербайджана. т.1. 1950
- ↑ Azərbaycan SSR-in Qırmızı Kitabı, 1989
- ↑ Деревья и кустарники СССР. т.1.1949
- ↑ Azərbaycanın ağac və kolları. I c. 1961
- ↑ Красная Kнига" CCCP.1984
- ↑ Azərbaycan florasının konspekti. I–III cildlər. 2005; 2006, 2008
- ↑ Prilipko L. İ. 1961
- ↑ Сафаров И. С. 1972
- ↑ Azərbaycan dendroflorası. I cild. 2011
- ↑ "Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtdakı Eldar şamlarının qorunması üzrə işlər davam etdirilir". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-03.