Eldar Eliyev Opera Mugennisi - Wikipedia
Eldar Tofiq oğlu Əliyev (28 iyun 1971, Bakı[3][4] – 6 avqust 2020[3][5] və ya 4 avqust 2020[6][7][…], Milan[3][4]) — Azərbaycanlı opera müğənnisi (bas).[8][9]
Eldar Əliyev | |
---|---|
Eldar Tofiq oğlu Əliyev | |
Ümumi məlumatlar | |
Doğum adı | Eldar Tofiq oğlu Əliyev |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Milan, İtaliya |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, opera müğənnisi |
Janr | opera |
Səs tembri | bas[1] |
Albom şirkətləri | Decca Records[d] |
Təhsili | Bakı Musiqi Akademiyası |
1992-ci ildə İtaliyanın məşhur "Lirica Osimo" Akademiyasına qəbul olub. 1994-cü ildə "Toti Dal Monte" müsabiqəsində qalib olduqdan sonra peşəkar karyerasına "Teatro Comunale di Treviso"da Peter Maagın rəhbərliyi altında Motsartın "Sehirli fleyta" (ing. The Magic Flute) operası ilə başlamışdır. 1998–1999-cu illərdə "Belevedere" müsabiqəsində 3-cü yerə layiq görülür. "Tenerife" festivalında və Yaponiya turunda iştirak edib. 1998-ci ildə Puccininin "Turandot" operasında Timur obrazanı canlandırıb. Bologna, Brüssel və Romadakı canlandırdığı Attila, Sparafucile və Timur obrazları böyük rəğbətlə qarşılanıb. 2000-ci ildə Bakıda keçirilən vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb.[10]
Bioqrafiyası
redaktə28 iyun 1971-ci ildə Bakı şəhərində anadan olub.[11] Orta təhsilini bitirdikdən sonra 1991-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1992-ci ildə isə İtaliyanın "Lirica Osimo" Akademiyasına qəbul olunub.
Peşəkar karyerasına 1994-cü ildə "Toti Dal Monte" müsabiqəsində qalib olduqdan sonra "Teatro Comunale di Treviso"da Peter Maagın rəhbərliyi altında V. A. Motsartın məşhur "Sehirli fleyta" operası ilə başlayıb. 1994–1995-ci illərdə Gyorgy G. Rathın dirijorluğu ilə "Macbeth" (Banco) və "Madama Butterfly" (Lo Zio Bonzo) operalarında çıxış edib. 1995-ci ildə Rossini Opera Festivalı" çərçivəsində "Guglielmo Tell" operasında Leuthorl obrazını canlandırıb.[12] 1996-cı ildə Valeri Gergievin dirijorluğu ilə Sergey Prokofyevin "Oyunçu" operasında və "Teatro dell’opera Roma"da Juri Ahronovitchin dirijorluğu ilə "Turandot" (Timur) operasında, 1997-ci ildə "Rossini Opera Festivalı" çərçivəsində Jurovskinin dirijorluğu ilə Rossinin "Moïse et Pharaon" operasında Pharaon obrazı ilə[13] və "New Israel Opera" evində "Rigoletto" operasında Sparafucile obrazı ilə çıxış edib. 1997–1998-ci illərdə "Teatro Regio di Parma"da Verdinin "Don Carlo" operasında Grande Inquisitore obrazını canlandırıb.
1998–1999-cu illərdə "Belevedere" müsabiqəsində 3-cü yerə layiq görülür. "Tenerife" festivalında və Yaponiya turunda iştirak edib.
1998-ci ildə Puccininin "Turandot" operasında canlandırdığı Timur obrazandan sonra Bologna, Brüssel və Romaya canlandırdığı Attila, Sparafucile və Timur obrazları böyük rəğbətlə qarşılanıb.[14]
2002-ci ildə Renato Palumbonun dirijorluğu, Hugo de Ananın rejissorluğu ilə "Lucrezia Borgia" operasında canlandırdığı Astolfo obrazında səhnəni Mariella Devia ilə bölüşüb. Bundan sonra karyerasını davam etdirmək üçün "Teatro alla Scala"ya qayıdıb. 2005-ci ildə Çaykovskinin "Çereviçki" operasında çıxış edib.
2020-ci il, avqustun 4-də yaşadığı Milan şəhərində vəfat edib.
İstinadlar
redaktə- ↑ "Aliev Eldar". operissimo.com. Operissomo. 2023-07-08 tarixində arxivləşdirilib.
- ↑ İtaliyada vəfat edən vokalçı Eldar Əliyev Vətəndə torpağa tapşırıldı.
- ↑ 1 2 3 https://www.ilgiorno.it/milano/cronaca/eldar-aliev-1.5406614.
- ↑ 1 2 Operabase. 1996.
- ↑ https://scherzo.es/muere-a-los-49-anos-en-la-indigencia-el-bajo-eldar-aliev/.
- ↑ https://www.nporadio4.nl/podium/nieuws/6001-operazanger-eldar-aliev-sterft-dakloos.
- ↑ https://www.swr.de/swr2/musik-klassik/tod-eines-obdachlosen-opernsaengers-100.html.
- ↑ "LA FORZA DEL DESTINO" (italyan). Teatro Alla Scala. 06 March 1999.[ölü keçid]
- ↑ "MUSICA SACRA DI GIUSEPPE VERDI" (italyan). www.retetoscanaclassica.it. November 2011. 2023-07-08 tarixində arxivləşdirilib.
- ↑ "İKİNCİ BEYNƏLXALQ MÜSABİQƏSİNİN MÜKAFATLARI, PRİZLƏRİ VƏ DİPLOMLARI" (az.). 2018-01-23 tarixində arxivləşdirilib.
- ↑ "Eldar Aliev" (italyan). www.discogs.com. 2022-04-04 tarixində arxivləşdirilib.
- ↑ "Guillaume Tell". www.rossinioperafestival.it. Rossini Opera Festival. 2021-08-04 tarixində arxivləşdirilib.
- ↑ "Moïse et Pharaon". www.rossinioperafestival.it (italyan). Rossini Opera Festival. 2021-10-17 tarixində arxivləşdirilib.
- ↑ "Eldar Aliev" (italyan). archiviostorico.operaroma.it. 2021-03-05 tarixində arxivləşdirilib.