Eldar Memmedbeyli - Wikipedia
Eldar Məmmədbəyli (tam adı: Eldar Məmmədbəyli Hüseynqulu oğlu; 22 yanvar 1941, Gədəbəy) — kimya elmləri doktoru, AMEA Neft-Kimya Prosesləri İnstitutunda şöbə müdiri, kimya üzrə onlarla elmi və tədris kitablarının müəllifi.[1]
Eldar Məmmədbəyli | |
---|---|
Doğum tarixi | 22 yanvar 1941 (83 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | baş elmi işçi |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Mükafatları |
Həyatı
redaktəEldar Məmmədbəyli Hüseynqulu oğlu 22 yanvar 1941-ci ildə Gədəbəy rayonu, Arısu kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti) Əczaçılıq fakültəsində təhsil almışdır.
AMEA-nın akad. Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışır. O, Neft-Kimya Prosesləri İnstitutu nun "Antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi laboratoriyası" struktur bölmənin rəhbəridir.
Eldar Məmmədbəyli Azərbaycan Demokrat Partiyası Ali Məclisinin üzvüdür.[2]
Əsas elmi nailiyyətləri
redaktəAsimmetrik Dils-Alder reaksiyası, optiki aktiv funksionaləvəzolunmuş alitsiklik birləşmələrin sintezi, fizioloji aktiv maddələr, azot və kükürd birləşmələrin Mannix reaksiyası ilə sintezi, Azərbaycan yeni yataq neftlərinin, o cümlədən Naftalan neftinin optiki aktivliyinin tədqiqi, metal kompleksləri, o cümlədən ferrosen və simantrenin amin törəmələrinin sintezi. Uzun müddət ərzində xiral katalizatorların iştiraki ilə aparılan asimmetrik sintez sahəsində geniş elmi tədqiqat işləri aparmışdır. Təbii birləşmələr əsasında ekoloji təmiz üsulla yeni xiral katalizator sintez edilmiş və alınan katalizatorlar dien sintezində tətbiq edilmişdir. Onun rəhbərliyi və iştiraki ilə alitsiklik sırası yeni bioloji aktiv maddələr, optiki fəal və fərdi stereo-izomerlər şəklində sintez edilmişdir. Bu maddələrin bir çoxu yeni sintez olunmuş xiral katalizatorların iştiraki ilə aparılan Dils-Alder reaksiyası vasitəsi ilə alınmışdır. Sintez olunmuş maddələrin bioloji aktivliklərinin quruluşlarından asılı olaraq dəyişməsinin tədqiqi və onun gördüyü tədqiqat işlərinin sırasına daxildir
Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 4
Elmlər doktorlarının sayı: 2
Əsərləri
redaktə- Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:391 (2016-cı il iyunun 30-a olan məlumat)
- Xaricdə çıxmış elmi əsərlərin sayı: 84
Siyahı
redaktə- Akhmedov I. M., Peynircioglu B., Mamedov E. G., Tanyeli C., Demir A. S. Hexachlorocyclopentadien in Diels-Alder asymmetric reaction. Tetrahedron, 1994, v. 50, N 7, p. 2099–2106.
- Мамедов Э.Г. Асимметрическая реакция Дильса-Альдера 1,3-бутадиенов с (-)-диментилфумаратом в присутствии BBr3 и BBr3∙OEt2. Журн. орг. химии, 2007, т. 43, в. 2, с. 192–195.
- Мамедов Э.Г., Клабуновский Е.И., Абдиев О.Б., Мамедова И.М. Синтез хиральных полигалогеннорборненов асимметрической реакцией Дильса-Альдера. Катализ в промышленности, 2008, № 5, с. 23–31.
- Мамедбейли Э.Г., Джафаров И.А., Кязимова Т.Г., Ибрагимли С.И., Гасанов Х.И. Синтез и свойства аминометоксипроизводных 1-(этилтио)пентана. Журн. общей химии, 2012, т. 82, вып. 11, с. 1802–1806.
- Мамедбейли Э.Г., Гасанов А.Г., Гусейнов Н.С., Аюбов И.Г., Гасанов Х.И. Диены С5 фракции пиролиза в термических и каталитических реакциях [4+2]-циклоприсоеди-нения. Нефтехимия, 2013, т. 53, в. 1, с. 58–63.
- Мамедбейли Э.Г., Джафаров И.А., Казимова Т.Г., Мирзоева М.А., Искендерова О.К. Синтез и свойства аминометокси-производных 1-(этилсульфанил)ал-канов. Журнал прикладной химии, 2013, т. 86, № 8, с. 1184–1189.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Məmmədbəyli Eldar Hüseynqulu oğlu". 2018-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-24.
- ↑ "HANSI PARTİYANIN PROFESSORU ÇOXDUR?". 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.