Eldar Mikayilzade - Wikipedia
Eldar Hidayət oğlu Mikayılzadə (18 yanvar 1956, Əmircan) — azərbaycanlı xalçaçı-rəssam; Azərbaycanın xalq rəssamı (2018), SSRİ Rəssamlar İttifaqının (1986), Rusiya Rəssamlar İttifaqının (2004) və UNESCO yanında Rəssamlar Birliyinin üzvü; Azərbaycan manatının ilk eskizlərinin müəllifi.[1]
Eldar Mikayılzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili | Azərbaycan rəssamlıq məktəbi, Moskva rəssamlıq institutu |
Janr | Xalçaçılıq |
Stil | Xalçaçılıq |
Mükafatları |
Həyatı və fəaliyyəti
redaktəEldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur.
1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra, 1978-1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirmişdir. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmişdir.
1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr etmiş və ehtiram, məhəbbət əlaməti olaraq onu "Yeni Xilə" adlandırmışdır[2].
1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlamışdır[3].
Əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyir, daha sonra isə "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışır. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirir. Sonralar özünün "Xalı" şirkətini yaradır.
Hazırda Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışır, 1993-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavinidir.
1986-cı ildən SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar İttifaqının və YUNESKO yanında Rəssamlar Birliyinin üzvüdür.
Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı və Küveytdəki şəxsi kolleksiyalarda saxlanılır.
Əsərləri
redaktəXalçalar
redaktə- "Yeni Xilə" - 1977[2].
- "Səttar dünyası" - 1979[4].
- "Şəbi-hicran-1" - 1981[4].
- "İthaf"[3] (bu xalçası iki böyük sənətkara – Səttar Bəhlulzadəyə və Lətif Kərimova həsr edilmişdir[3]);
- "Azərbaycan nağılları"[3].
- "114. Bismillah"[3].
- "Nağıllar aləmi" - 1983[4].
- "Azərbaycanın poeziya və musiqi korifeyləri" - 1983-1984[4].
- "Xətai" - 1990[4].
- "Xəmsə" - 1991[4].
- "İslam" - 1992[4].
- "Təbriz - 1993[4].
- "Bürclər - 1994[4].
- "Xilaskar" - 1995-1997[4].
- "Üç din" - 1998[4].
- "Səttar" - 1999[4].
- "Bismillahir-rəhmanir-rəhim" - 2001[4].
- "Üç peyğəmbər" - 2003[4].
- "Şəbi-hicran-2" - 2006[4].
- "Yaranış"[3] - 2010[4].
- "Səttarın arzusu" - 2012[4].
- "Kəhkəşan" - 2012[4][5].
Pullar
redaktəMükafatları
redaktəMüəllifi olduğu "Yaranış" xalçası Frankfurtda keçirilmiş beynəlxalq sərgidə qızıl medala layiq görülmüşdür.
27 may 2018-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdür.[6]
Filmoqrafiya
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ Milli Valyutamızın ilk eskizlərinin müəllifi Publika.Az-a danışır. Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine (az.)
- ↑ 1 2 Annotasiya. "Dahilərə ithaf". Arxivləşdirilib 2012-01-17 at the Wayback Machine (az.)
- ↑ 1 2 3 4 5 6 Günel Musayeva. Eldar Mikayılzadənin “Dahilərə ithaf” sərgisi açılıb. Arxivləşdirilib 2022-06-18 at the Wayback Machine 525-ci qəzet, 12 may 2010, səh. 7. (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Ziyadxan Əliyev. Ecazkar xalçaların yaradıcısı. Arxivləşdirilib 2018-06-16 at the Wayback Machine 525-ci qəzet, 17 yanvar 2013, səh. 8. (az.)
- ↑ Tofiq Türkel. Azərbaycan xalça məktəbinin yeni əsəri-“Kəhkəşan”. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine contact.az
- ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.