Elektron Iqtisadiyyat - Wikipedia
Elektron iqtisadiyyat – verilənlərin telekommunikasiya şəbəkələri vasitəsilə əmtəə istehsalının bütün həlqələrini, maddi və qeyri-maddi sərvətlərin bölgüsü, irəlilədilməsi və reallaşdırılmasını əhatə edən iqtisadi münasibətlərin məcmusunu özündə əks etdirir.
Elektron iqtisadiyyatının əsasını informasiya texnologiyaları – sistemotexnikanın, informasiya nəzriyyəsinin, kibernetikanın, riyaziyyatın, habelə hüququn və iqtisadiyyatın tədqiqat obyekti təşkil edir.
Elektron iqtisadiyyatın formalarından biri kimi – ilk elektron kommersiya sistemləri ötən əsrin 70-ci illərində meydana gəldi və biletlərin bronlanması üçün nəqliyyat şirkətlərində, həmçinin reyslərin hazırlanması zamanı müxtəlif xidmətlər arasında informasiya mübadiləsi üçün tətbiq edilməyə başladı. E-biznesin ilk formalarının əsas çatışmazlığı ümumi əlyetərliliyin olmaması idi. İnternetin meydana gəlməsi e-biznesin yeni formalarının yaranmasına səbəb oldu.
Elektron iqtisadiyyatın inkişafının nəticəsi olaraq İnternet iqtisadiyyat formalaşmışdır.
Mənbə
redaktə- TAKING LEADERSHIP IN A DIGITAL ECONOMY Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine