Elm Ve Medeniyyet Haqqinda Muhakimeler - Wikipedia
Elm Ve Medeniyyet Haqqinda Muhakimeler - Wikipedia - Haqqında Məlumat
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Elm və mədəniyyət haqqında mühakimələr ― Cenevrəli filosof Jan Jak Russonun incəsənət və elmin insan əxlaqını pozduğunu müdafiə etdiyi esse. Bu əsər onun ən mühüm əsərlərindən sayılır.
Elm və mədəniyyət haqqında mühakimələr | |
---|---|
fr. Discours sur les sciences et les arts | |
Müəllif | Jan Jak Russo |
Janr | esse |
Orijinalın dili | fransız dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1750 |
Vikianbarda əlaqəli mediafayllar |
Russo bu əsərində iddia edirdi ki: "Elm və sənətdəki inkşaf artdıqca, dünyanın hər yerindəki insan topluluqlarında qaydalar pozulmağa başlayır."Russo bu fikri ilə dövrün ümumi qəbul olunmuş davranış qaydalarına, nəzakət və incəliyə qarşı çıxırdı. Russoya görə "Təhsilli olmaq əxlaqlı olmaq demək deyildir". Russo nəzakət çərçivəsində vizual mədəniyyətin aldadıcılığını, "fərqli olmaq arzusu"nun, rəqibləri geridə buraxaraq dəyər qazanmaq istəyinin ikiüzlülüyə çevrildiyini ortaya qoyur.