Elman Abbasov - Wikipedia
Elman Abbasov (tam adı: Abbasov Elman Abbas oğlu; 25 iyul 1953, Naxçıvan – 2 mart 2016) — Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı[1].
Elman Abbasov | |
---|---|
Abbasov Elman Abbas oğlu | |
28 aprel 1994 – 25 iyul 1997 | |
Sonrakı | Vəli Şahverdiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 iyul 1953 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 2016 (62 yaşında) |
|
|
Təltifləri |
Həyatı
redaktəElman Abbasov 25 iyul 1953-cü ildə Naxçıvanda anadan olmuşdur. 2 mart 2016-cı ildə vəfat etmişdir.[2][3][4]
Siyasi-ictimai fəaliyyəti
redaktəElman Abbasov 01.06.1972-ci il tarixindən 05.05.1974-cü il tarixinədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi xidmət keçmiş və Ehtiyat zabit hazırlığı kursunun tank komandiri ixtisasını bitirdiyinə görə SSRİ Müdafiə Nazirinin 28.08.1974-cü il tarixli müvafiq əmrinə əsasən "Kiçik Leytenant" hərbi rütbəsi verilmişdir.
Zaqafqaziya Hərbi Dairəsi Komandirinin 23.06.1979-cu il tarixli müvafiq əmri ilə "ehtiyatda olan leytenant" və 23.07.1984-cü il tarixli müvafiq əmri ilə "ehtiyatda olan baş leytenant" hərbi rütbəsi verilmişdir.
Elman Abbasov Naxçıvan Mülki Müdafiə Qərərgahının rəisi, Babək rayonu XDS İcrayə Komitəsinin şöbə müdiri, Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq, sərhədlərinin toxunulmazlığını təmin etmək məqsədilə yaradılan Xalq ordusunun komandiri olaraq fəaliyyət göstərmişdir.
Naxçıvan Muxtar Respublikasl Ali Məclisinin 20.09.1991-ci il tarixli Fərmanı ilə Elman Abbasov Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.07.1992-ci il tarixli müvafiq əmri ilə o, 5-ci əlahiddə motoatıcı briqadanın komandiri vəzifəsinə təyin edilmiş və AR Müdafiə Nazinin 28.11.1992-ci il tarixli əmri tutduğu vəzifədən azad edilmişdir.
O, həmçinin, 705 saylı hərbi hissənin ilk komandiri və Naxçıvan Ali Məclisi Rəyasət Heyətinin müdafiə məsələləri şöbəsinin müdiri olaraq da çalışmışdır.
Elman Abbasov 28 aprel 1994-cü il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.[1] o, 25.07.1997-ci il tarixinədək həmin vəzifədə, 14-06.2006-cı il tarixindən NMR Hərbi Komissarının hüquq işləri üzrə köməkçisi vəzivəsində çalışmışdır.
Qərarların nüsxələri
redaktəMükafatları
redaktə7 sentyabr 1991-ci ildə yaradılan Naxçıvan Dövlət Milli Müdafiə Komitəsinin ilk və yeganə sədri seçilmişdir.[5]
Kitabları
redaktə- "Erməni fitnələrinə qarşı Yaycı dünən- bu gün və"
- "Naxçıvan Mənim Evim, Mənim Qalamdır" (xronoloji roman)
- "Tarix Həqiqətləri Və Real Gərçəklikləri ilə Qiymətlidir" (xronoloji roman)
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 "E. A. Abbasovun Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında" Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 28 aprel 1994-cü il tarixli, 136 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ "Arxivlənmiş surət". 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.
- ↑ "Arxivlənmiş surət". 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.
- ↑ "Arxivlənmiş surət". 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-01-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-11-11.