Elmar Qasimov Hekim - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Elmar Qasımov (Qasımov Elmar Mustafa oğlu 10 fevral 1962, Bakı) — həkim-oftalmoloq,Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru
Elmar Qasımov | |
---|---|
Qasımov Elmar Mustafa oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Oftalmologiya |
Elmi dərəcəsi | Tibb üzrə elmlər doktoru |
Elmi adı | Professor |
İş yeri | Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi |
Mükafatları |
Həyatı
redaktəElmar Qasımov 1962-ci ildə Bakıda anadan olub, 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1987-ci ildə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutun internaturasında hazırlıq keçib və 1994-cü ildə həmin institutun aspiranturasını bitirib. O, 1998-ci ildə S. N. Fyodorov adına "Gözün mikrocərrahiyyəsi" Elmi-texniki Oftalmoloji kompleksində "Azərbaycanda qlaukoma nəticəsində korluğun və əlilliyin tibbi-sosial aspektləri" mövzusunda namizədlik dissertasiyasını və akad. A. P. Nesterovun rəhbərlik etdiyi Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında 2003-cü ildə "Kvant generatorun yeni növü – mis buxarı əsasında işləyən lazer və onun oftalmologiyada tətbiqinin imkanları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. E. M. Qasımov tikişsiz aparılan oftalmocərrahiyə üsullarını və fakoemulsifikasiya üsulunu, öz fəaliyyətində tətbiq edir. 232 elmi əsərin, o cümlədən xaricdə çap olunmuş 65 elmi işin o cümlədən 6 patentin müəllifidir. Elmi tədqiqatların nəticələri müxtəlif yerli və xarici konfranslarda və konqreslərdə təqdim olunub. 18 fəlsəfə doktoru yetişdirib, 4 elmlər doktorunun elmi məsləhətçisi olmub. Hal-hazırda 5 fəlsəfə doktorluq dissertasiya işinin rəhbəridir və 5 elmlər doktorluq dissertasiya işinin elmi məsləhətçisidir.
2006-cı ilin mart ayından akad. Z. Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunun direktor vəzifəsinə təyin olunub.
19.12.2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif olunub
Əsərləri
redaktə1. Лечение воспалительных состояний радужки и цилиарного тела, сопровождающихсяфибринозной экссудацией. Вестник офтальмологии, 2002, т.118, № 6, с.28–29.
2. Новый лазер на парах меди в офтальмологической практике. Рефракционная хирургия иофтальмология, 2003, т.3, № 1, с.20–22.
3. Qlaukomanın müasir müalicə üsulları, 2005. Tədris-metodik vəsait.
4. Qlaukoma, 2007. Tədris-metodik vəsait.
5. Гендерные особенности медико-социального груза инвалидности вследствие офтальмопатологии. Офтальмология, 2011, том 8, № 1, c.49–51.
6. Первичная заболеваемость органа зрения у подростков в республике Азербайджан. Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri, 2014, LXX CİLD, № 1, 71–742014.
7. Göz xəstəlikləri, 2014. Kitab.
8. Gözün kəskin xəstəlikləri və zədələri zamanı ilk tibbi yardım, 2015. Dərs vəsait.
9. Десятилетний опыт работы мобильной офтальмологической клиники в Азербайджане. Oftalmologiya Elmi-Praktik Jurnal 2015, № 1 (17), s. 55–60.
10. Laser-induced corneal cross-linking upon photorefractive ablation with riboflavin. Clinicalophthalmology, 2016, v.10, p. 587–592.