Elmer Fadd - Wikipedia
Elmer Fadd/Ağıllı (ing.Elmer Fudd/Egghead)- Looney Tunes franşizasının uydurulmuş multiplikasiya qəhrəmanı, Baqz Banninin qəddar düşməni. Süjetə əsasən, onun məqsədi Baqz Bannini ovlamaqdır, lakin hər dəfə bu ovçunun ya da ikinci dərəcəli qəhrəmanlardan birinin ağır yaralanması ilə bitir. Elmerin fərqləndirici cizgiləri kimi onun spesifik və asan başa düşülən danışıq tərzidir. O, “R” və “L” hərflərini “W” hərfi kimi tələffüz edir. Belə ki, “Watch the road rabbit!” ifadəsi “Watch the woad wabbit!” ifadəsinə çevrilirdi. Elmerin əsas işlətdiyi ifadə “Be vewy vewy quiet, I’m hunting wabbits”di və bu ifadə əsasən “huh-uh-uh-uh-uh-uh” gülüşü ilə bitir.
Elmer Faddın iştirakı ilə ən populyar cizgi filmləri- Çak Consun şedevri “Bu nə operadır,əzizim?” (nadir hallardan biridir ki, bu cizgi filmində Elmer Baqz Banniyə qalib gəlir) , Sevilya dovşanı və “Ov haqda trilogiya”dır.
Yaranması
redaktəAğıllı – "Şən Melodiyalar "(“Merrie Melodies”) seriyasından Leon Şklensinqer tərəfindən yaradılmış ilk daimi personajdı. 1937-ci ildə Teks Everi yeni personajı ilk dəfə qısa cizgi filmləri seriyası olan “Ağıllı yenidən qayıdır” da nümayiş etdirmişdir. Ağıllı ilk əvvəl kartof burunlu, yumurtaya oxşar başla təsvir olunmuşdur.( Buradan da ona “Yumurtabaş” (Egghead) ləqəbi verilmişdi)
Populyar mədəniyyətə təsiri
redaktəElmerin danışıq qüsuru o qədər məşhurdur ki, Google istifadəçilərə axtarış sisteminin dilini Elmir Faddın dilinə dəyişmək ixtiyarını vermişdir.
Məşhur komik və aktyor Robin Vilyams qısa komediya miniatürası ilə çıxış edərkən, Brüs Sprinqstinin “Yanğın” mahnısını Elmer Faddın səsi ilə oxumuşdur.