Elmi Sura - Wikipedia
Elmi şura – Azərbaycan Respublikasında ali məktəb və elmi idarələrdə elmi-tədqiqat işlərinin əsas istiqamətlərini müəyyənləşdirən məşvərətçi orqan. Ali məktəbin (fakültənin) elmi şurası tədris planını, elmi-tədqiqat və təlim-tərbiyə məsələlərini müzakirə edir, boş yerləri tutmaq üçün müsabiqə və seçkilər keçirir, müəllimləri və elmi işçiləri elmi ad almağa təqdim edir. Doktorluq və namizədlik dissertasiyası müdafiə etmək hüququ verən ixtisaslaşdırılmış elmi şuralar ən qabaqcıl elmi-tədqiqat idarələrində və ali məktəblərdə yaradılır. Elmi şuranın tərkibinə rektor (dekan), direktor, direktor müavini, elmi katib, görkəmli alimlər, partiya və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri daxil olurlar. Elmi-tədqiqat idarələrində yaradılan elmi-texniki şuraların da fəaliyyət dairəsi təqribən eynidir.
Ədəbiyyat
redaktə- R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.