Elmira Huseynova Artist - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Elmira Əmbər qızı Hüseynova (8 noyabr 1952, Bakı – 28 avqust 2024[1]) — A. Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının yüksək dərəcəli artisti[2]
Elmira Hüseynova | |
---|---|
Elmira Əmbər qızı Hüseynova | |
Doğum tarixi | 8 noyabr 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 28 avqust 2024[1] (71 yaşında) |
Həyat yoldaşı |
Həyatı
redaktəElmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub və burada 159 saylı orta məktəbi bitirib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və bu günə qədər dram artisti vəzifəsində çalışır. Yüksək dərəcəli artisdir.
İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib.
Sənətə bağlandığı otuz doqquz il ərzində F. Məmmədovun "Tələ quran özü düşər" (Ördək balası), R. Heydərin "Göylər qonağı" (Ulduz), Ə. Məmmədovun "Cəsur uşaqlar" (I qız), N. Zamanov və M. Məmmədovun "Səfərin nağılı" (Səfər), V. Rabadanın "Zəncirlənmiş pəri" (Qarı), S. Marşalın "Bu ev kimin evidir?" (Qurbağa), H. Ziyanın "Əkiz qardaşlar" (Əkiz tayı), Anarın " Qaravəlli" (Fəridə Fəridova), T. Qarabağlının "Du, du yol verin" (Dovşan), Ü. Hacıbəyovun "Məşədi İbad" (Qızlar), R. Moskvanın "Hara qaçırsan dayça?" (Uşaq), S. Dağlının "Uşağı gecə əyləndirməli" (Meymun), F. Məmmədovun "Ac qulağum, dinc qulağım" (Təlxək), Ə. Vəliyevin "Madarın dastanı" (Şah qadın), M. Lermontovun "Aşıq Qərib" (Qız), Ç. Ələsgərov "Yabançı dostlar" (Qarğa), Namiq Ağayevin"Bakı həyətinin rekviyemi" (Anaxanım), Həsənağa Hüseynovun "Saz əhvalatı" (Qarğa), "Ulamaqdan mələməyə" (Tülkü), Mərkəz Quliyevin "Dovşanın məhkəməsi" (Xoruz), Rəhman Əlizadənin "Sindibadın xoşbəxtlik adasına səyahəti" (Fərraş), "Tıq-tıq xanım" (Yengə, Nübar), "Bilqamıs əfsanəsi" (Aysel), "Damdabaca" (Tükəz), "Dəcəl çəpişlər, belə-belə işlər" (Şəngül), Mirmehdi Seyidzadənin "Sehirli nar" (Qız), Əli Səmədlinin "Əzablı günlərin sonu" (Mimoza), "Artıq tamah baş yarar" (İsgəndər), "Meşədə konsert" (II dovşan), Əyyub Abbasovun "Keçinin qisası" (Şəngülüm), Şahmar Hüseynovun "Sehirli güzgü" (Dadaş), Xanımana Əlibəylinin "Gözəllər gözəli" (Nar), Abdulla Şaiqin "Üç nağıl" (Qarğa, Leylək), "Ovçu məstan" (Xalis xeyransa, Pişik), Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar" (Xanpəri), Tofiq Kazımovun "Qoçaq Polad" (Bənövşə), Tofiq Mütəllibovun "Məşə nağılı" (Süsən), "Danışan qayalar" (Sadıq), Mirzağa Atəşin "Cırtdan" (Gombul), Nicat Kazımovun "Ələddin" (Ana), Eldar Baxışın "Məlikməmməd" (Ortancıl qardaş), Qrim qardaşlarının "Bremen musiqiçiləri" (Cangüdən, Xoruz) tamaşalarında rollarını məharətlə ifa edib.[3]
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycanlı aktrisa vəfat etdi.
- ↑ "Arxivlənmiş surət". 2024-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-16.
- ↑ Azərbaycan, Sputnik. "Sehrin pərdəarxası: "İnsanları kuklalarla hiss edirəm" - FOTO". Sputnik Azərbaycan (az.). 20200404T1616+0400. 2024-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-28.