Elmira Muradeliyeva - Wikipedia
Elmira Muradəliyeva (tam adı: Elmira Böyükağa qızı Muradəliyeva) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası"nın professoru, tarix elmləri doktoru.[1][2]
Elmira Muradəliyeva | |
---|---|
Elmira Böyükağa qızı Muradəliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Mükafatları | Emmanuil Nobel adına Medal |
Həyatı
redaktə11 oktyabr 1950-ci ildə Bakıda dünyaya gəlib.
Təhsili
redaktə1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinə daxil olub.
1982-ci ildə Moskva Dövlət Universitetində "Bakı neft sənayesində inhisarçı kapitalın tarixinə dair kütləvi mənbələr" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1983 ildə bu işə görə Gənc tədqiqatçıların Ümumittifaq Müsabiqəsində Laureat diplomu ilə təltif olunmuşdur.
1991-ci ildə isə AMEA-nın Tarix institutunda "XIX yüzillyin II yarısında Quzey Azərbaycan şəhərləri"mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1982-ci ildən dosent, 1992-ci ildən professor elmi adını alıb.
Elmi fəaliyyəti
redaktə1973-cü ildən günümüzədək öz elmi-pedaqoji fəaliyyətini Azərbaycan tarixi kafedrasında davam etdirir 80-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. 7 elmlər namizədi yetişdirib." Azərtelefilm " in çəkdiyi "Odlu məmləkət" monumental 12 seriyalı elmi-publisistik (rejissor Nazim Rza İsrafiloğlu) elmi məsləhətçisi və iştirakçısı olmuşdur.
1992–2002-ci illərdə Ali Attestasiya Komissiyasının tarix elmləri üzrə ekspert şurasının elmi katibi və üzvü olmuşdur.
Tədqiqat sahəsi
redaktə- Elmi araşdırmaları Quzey Azərbaycanda kapitalist münasibətlərinin genezisi və inkişafı ilə bağlıdır.
- Araşdırmaları nəticəsində bakı neft sənayesinin tarixində aparıcı mövzular müəyyənləşdirilib.
- XIX yüzilin sonundan etibarən Bakının dünya neft mərkəzinə çevrilməsi araşdırılıb.
- Beynəlxalq Nobel mükafatları fondunun yaranmasında Bakı neft kapitalını iştirakı.
Siyasi fəaliyyəti
redaktəElmira Muradəliyeva Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü və Partiya Ali Məclisi sədrinin müavinidir.
Təltifləri
redaktə- 2002–2004-cü illərdə Vətəndaşşünaslıq təhsili üzrə Beynəlxalq proqramın (DEEP) iştirakçısı olub.
- 2009-cu ildə Emanuyel Nobelin 150 illiyi və "Nobel Qardaşları" şirkətini 130 illiyilə bağlı Emanuyil Nobel adına "Medal"la təltif olunmuşdur.
Seçilmiş əsərləri
redaktə- Участие бакинского нефтяного капитала в создании международного нобелевского фонда премий // Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası.2002, № 2
- Из истории бакинского нефтяного бизнеса: мотивы поведения представителей азербайджанской буржуазии на рубеже хıх-хх веков // Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. 2003, № 1
- Azərbaycan milli şüurunun qatlarında Rusiya işğalı // Məhəmməd Əmin Rəsulzadə və ictimai- siyasi ideallar. Bakı , 2005
- " Difai " firqəsi və Gəncənin Azərbaycanda milli mücadilənin mərkəzinə çevrilməsi tarixinə dair.// Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. 2007, № 1
- Azərbaycan tarixində neft amili (XIX yüzilliyin sonu -XXI yüzilliyin əvvəlləri).Magistr proqramı. Bakı , 2008
- Azərbaycan Şəhərləri Böyük İpək Yolu Üstündə. Tarix və Onun Problemləri Bakı. 2016, № 2, s.68–72
- Северный Азербайджан в планах и практике Российской империи по экономическому "завоеванию" Кавказа // АМЕА Хəbərlər. İctimai elmlər seriyası. 2017, № 1, s.4–14.
- M.Ə. Rəsulzadənin tarixə baxışı:Azərbaycanın milli şüurunun qrantlarında Rusiya işğalı.Azərbaycan Xalq Cümhuriyyəti — 100: Müsəlman Şərqində ilk Parlamenti Respublika 21–23 may 2018-ci il Beynəlxalq Elmi Konfransın Xülasələri s.7
- M. Ə. Rəsulzadənin Tarixə Baxışı: Azərbaycan Milli Şüurunun Qatlarında Rusiya işğalı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları 21–23 May, 2018, s. 49–51.
- M. Ə. Rəsulzadənin Tarixə Baxışı: Azərbaycan Milli Şüurunun Qatlarında Rusiya İşğalı // Bakı Dövlət Universitetinin — Humanitar elmlər seriyası, N2, 2018, s, 66–71.
- Вклад научно-педагогической элиты Азербайджана в процессе создания м функционирования Бакинского Государственного Университета.Bakı Dövlət Universitetinin — Humanitar elmlər seriyası,№ 1, 2019
Kitabları
redaktə- Монополистический капитал в Северном Азербайджане. Баку, 1989
- Города Северного Азербайджана во второй половине ХIХ в. Баку,1991
- Azərbaycan tarixi. 10 sinif. müştərək. Bakı, 1998
- Кровь земная — нефть Азербайджана и история. Баку, 2005
- Города Кавказа на Великом Шелковом пути. Баку. 2011
- Toprağın Kanı — Bakü Petrolünün kısa tarahi. İstb.TEAS-PRESS.2017
- "Olduğu kimi görünən insan". Bakı, 2017, 267 s.
- Das Blut Der Erde Das Erdöl Von Aserbaidschan und Geschichte. Baku, 2019, s. 260 alman dilində[3]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Elmira Böyükağa qızı Muradəliyeva". 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-22.
- ↑ "AZƏRBAYCAN TARİXİ (HUMANİTAR FAKÜLTƏLƏR)". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-22.
- ↑ "Das Blut Der Erde Das Erdöl Von Aserbaidschan und Geschichte. Baku, 2019" (PDF). 2022-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-09-22.