Elnur Abbasquliyev - Wikipedia
Elnur Abbasquliyev — azərbaycanlı aktyor.
Elnur Abbasquliyev | |
---|---|
Elnur Mais oğlu Abbasquliyev | |
Doğum tarixi | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Həyatı
redaktə1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram taetrı və kino aktyoru" fakültəsinə daxil olmuş və 2000-ci ildə universiteti bitirmişdir. 1996-2000-ci illərdə Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima Teatr-Studiyasında, 2000-2009-cu illərdə Dövlət Pantomim Teatrında aktyor işləmişdir. 2009-cu ilin sentyabr ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləyir. Bir neçə televiziya tamaşasında və filmdə rol oynamışdır.
E.Abbasquliyev Rusiyada (Moskva, 26-30 aprel 1999. "Azərbaycan mədəniyyət günləri"), Türkiyədə (1999-cu il 18-28 noyabr, 4-cü Ankara teatr festivalı), Gürcüstanda (Tiflis, 17 sentyabr-8 oktyabr 2000. "Qızıl maska" Beynəlxalq teatr festivalı), İranda (Tehran, 4-10 noyabr 2000 I Beynəlxalq Pantomima Festivalında), İranda (Tehran, 3-10 mart 2002. "Dostluq" teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002, Ankara Ethos Uluslararası Teatr Festivalı), Hollandiyada (9-15 dekabr 2002, Amsterdam. OUD-WEST THUIS BEST Beynəlxalq mədəniyyətlərarası festival), Ukraynada (7-14 may 2003, Kiyev. "Kiyev – Travnevi" 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarstanda (Kazan 30 may-6 iyun 2005 "Nouruz" Türkdilli xalqların teatr festivalı), Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivalı) Beynəlxalq Teatr Festivallarında iştirak etmişdir.
Əsas rolları
redaktəDövlət Pantomim Teatrı
- Şəngül, Şüngül, Məngül (Mehman Musabəyov) — Şəngül
- 3 badam, 1 qoz — 2-ci badam
- Uçuş (Şeyx Əttar Nişapuri) — 6-cı saliq
- Manqurt (Çingiz Aytmatov) — Nayman döyüşçüsü
- Nağaraçılar (Bəxtiyar Xanızadə) — şagird nağaraçı
- Şərqə səyahət (Bəxtiyar Xanızadə) — musiqiçi; oğru; Konfutsi
- Muğam trio – Dizlər (Qurban Məsimov) — kaman ifaçısı
- Dulusçu (Üzeyir bəy Hacıbəyovun "Biz nə tövr iş görürük?" felyetonu əsasında) — 1-ci mim
- İnsan (A.Kamyu) — dalandar; qoca Salomono
- Zibillik pərvanələri (Bəxtiyar Xanızadə) — skripkaçı
- Eşq (Bəxtiyar Xanızadə) — Ulduz; vərəq
- Balaca şahzadə (A.Ekzüperi) — qızılgül
- Maska (Z.Zeynalov) — dairə
- Kölgə (Bəxtiyar Xanızadə) — tələbə
- Korlar (A.Məmmədov) — kor
Azərbaycan Dövlət Kukla Teatrı
- Zınqırovlu pişik — uzunquyruq siçan