Elsever Agayev - Wikipedia
Elsevər Məmməd oğlu Ağayev (1965, Naxçıvan MSSR) — Azərbaycan səhiyyə nazirinin müavini, əczaçılıq elmləri namizədi.
Elsevər Ağayev | |
---|---|
1999 – 3 fevral 2022 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1965 |
Doğum yeri | |
Partiya | |
Təhsili |
Həyatı
redaktə1965-ci il Naxçıvan Muxtar Respublikasında anadan olub.
1983–1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1988-ci ildə institutun dərman formalarının texnologiyası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlayıb.
1990-cı ildə Səhiyyə Nazirliyinin "Farmokologiya və xalq təbabəti" elm — istehsalat birliyində mütəxəssis, 1990–1993-cü illərdə Sankt Peterburq Kimya-Əczaçılıq Akademiyasında məqsədli aspiranturanı bitirib əczaçılıq elmləri namizədi elmi dərəcəsini alıb geri qayıtdıqdan sonra baş mütəxəssis, şöbə müdiri işləmişdir. 1996-cı ildə həmin birliyin baş direktoru təyin olunmuşdur.
1997-cü ildə Səhiyyə Nazirliyinin "Dərman və Tibbi Texnika" İTB-nin baş direktoru, SN-nin "Əczaçılıq və Tibb Sənayesi" EİB baş direktoru vəzifəsinə təyin olunmuşdur.
2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir.
Siyasi fəaliyyəti
redaktə1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, Partiyanın Nəsimi rayon təşkilatının sədr müavinidir.
1999-cu ildə Azərbaycan səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
SN-nin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir.
Azərbaycan Prezidentinin 3 fevral 2022 tarixli sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilmişdir.[1]
Mükafatlar
redaktə2013-cü ildə Tərəqqi medalı ilə təltif edilmişdir.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.