Elxan Babayev - Wikipedia
|
Elxan Babayev | |
---|---|
Doğum tarixi | 28 avqust 1948 |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 2003 (54 yaşında) |
Elm sahəsi | musiqişünas |
Elmi dərəcəsi | Sənətşünaslıq doktoru |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Elxan Əlisəttar oğlu Babayev (28 avqust 1948, Bakı – 2 fevral 2003) — musiqişünas, sənətşünaslıq doktoru (1999), professor (1994). ABİ və Musiqi Xadimləri İttifaqının üzvü.
Həyatı
redaktəElxan Babayev Üzeyir Hacıbəyov adına ADK-nın ifaçılıq və musiqişünaslıq fakültələrini (1971, 1973) bitirmişdir. 1978-ci ildən ADK-da çalışmışdır (1993–2003 illərdə BMA-nın tədris işləri üzrə prorektoru).
Elxan Babayev 1981–1984-cü illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının dissertantı olmuşdur. 1985-ci ildə Moskva Dövlət Konservatoriyasında Azərbaycan dəstgahlarının ritmikası (elmi rəhbər sənətşünaslıq doktoru, professor V. N. Xolopova) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Elmi yaradıcılığı genişdir: bir neçə elmi monoqrafiyaların, 80-dan artıq elmi, elmi-metodik, elmi-publisistik məqalələrin, teleradio verilişlərinin müəllifidir. Tbilisi, Düşənbə, Almatı, Moskva, Bağdad, Ankara, Köln, Çikaqo, Tehran şəhərlərində keçirilən beynəlxalq elmi simpozium və konqreslərdə məruzələr etmiş, mühazirələr oxumuşdur.
Elmi əsərlərinə görə musiqişünasların B. Asafyev adına beynəlxalq müsabiqəsinin və "Humay" mükafatının laureatı olmuşdur.
Əsas elmi maraq dairəsi Azərbaycan muğamlarının intonasiya və ritm xüsusiyyətlərinin tədqiqi ilə bağlıdır. Bu mövzuda "Azərbaycan muğam dəstgahlarının ritmikası" (1990), "Azərbaycan muğam dəstgahlarında ritm-intonasiya problemləri" (1996), "Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri" (1998) kitabları və çoxsaylı elmi məqalələri çap olunmuşdur.