Elxan Mesumov - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məsumov Elxan Əsgər oğlu — azərbaycanlı rejissor və ssenari müəllifi.
Elxan Məsumov | |
---|---|
Elxan Əsgər oğlu Məsumov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Fəaliyyəti | rejissor |
Həyatı
redaktəElxan Məsumov 20 oktyabr 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-1974-cü illərdə Bakının 125 saylı məktəbində orta təhsil alıb. Bununla yanaşı 8 illik musiqi təhsili də almışdır. 1974-1979-cu illərdə Mirzağa Əliyev adını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tofiq Kazımovun kursunu qırmızı diplomla bitirib. Tələbəlik illərində Məmməd Səid Ordubadinin "Qılnc və qələm", Yusif Səmədoğlunun "Qətl günü", İlyas Əfəndiyevin "Bizim qəribə taleyimiz" və s. əsərləri tamaşaya qoymuşdur. 1979-cü ildə Şəki Dövlət Dram teatrında Sabit Rəhmanın "Yalan" pyesini diplom işi kimi səhnələşdirmişdir. Daha sonra təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində rejissor köməkçisi kimi çalışmağa başlamışdır. 1981-1985-ci ildə Moskvada öz təhsilini davam etdirmişdir. 1984-cü ildə II dərəcəli rejissor assistenti, 1986-cı ildə III dərəcəli rejissor assistenti, 1988-ci ildə I dərəcəli rejissor, 1991-ci ildə isə ali dərəcəli rejissor statusunu alaraq 33 il Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Lider Televiziyasında 6 il işləmişdir və bu dövrdə "Ögəylər" filmini ekranlaşdırmış, "Proekt 066" nəzdində sənədli filmlər hazırlamış və Humay mükafatına layiq görülmüşdür. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor sənəti fakültəsinin "Televiziya rejissoru" kafedrasının müəllimidir.
Filmoqrafiya
redaktə- Bağışla (film, 1983)
- Ögeylər (film, 2005)
- Bakı milyonçuları. Ağa Musa Nağıyev (film, 2008)
- Sarı simin möcüzəsi (film, 2011)
- Ömrüm boyu körpü tikmək istəmişəm (film)
- Balet uçuş deməkdir (film)
- Sazbənd (film)