Emil Huseynov Cinayeti - Wikipedia
Emil Hüseynov cinayəti - Rusiya Federasiyasının Yekaterinburq şəhərində etnik zəmində baş vermiş cinayət hadisəsi. Cinayət nəticəsində sabiq Azərbaycanlı futbolçu Emil Hüseynov Tiqran və Andranik Çiçakyan qardaşları tərəfindən qətlə yetirilmişdir.
Emil Hüseynov cinayəti | |
---|---|
Hücum yeri |
Yekaterinburq, Rusiya |
Vaxt |
20 aprel 2015 təx 5:30 (yerli vaxt) |
Silah | bıçaq |
Qatil sayı | 5 |
Qatillər |
Tiqran Çiçakyan Andranik Çiçakyan |
Arxa plan
redaktəEmil Hüseynov 1988-ci ildə Bakı şəhərində anadan olub. Futbolçu karyerası ərzində Neftçi və fəaliyyətini dayandırmış Karvan və Abşeron kulbarında çıxış edib. Futbol ilə bağlı olan karyerasını başa vurduqdan sonra Emil sahibkarlıq ilə məşğul olmaq üçün Rusiyaya yollanır. Hadisə də 2015-ci ilin 20 aprel tarixində Emil Hüseynovun yaşadığı Yekaterinburq şəhərinin Alpinistov küçəsində yerləşən Azərbaycan mətbəxi restoranının qarşısında baş verib.[1]
Emil Hüseynov dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər. Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri Emil Hüseynova bayıra çağırır. Bu zaman hər iki tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər. Söhbət əsnasında Tiqran Cicakyan adlı erməni əlindəki bıçağı Emil Hüseynovun ürəyinə sancıb. Bu zaman digər ermənilər də Emili bıçaqlamağa başlayırlar.[2]
Hadisəni törədən şəxslər hadisə yerindən qaçaraq uzaqlaşıblar. Rusiya Daxili İşlər Nazirliyi tərəfindən hadisənin səhərisi gün Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.1-ci (qəsdən adamöldürmə ) maddəsi ilə cinayət işi başlanıb və hadisədən bir gün sonra şübhəli şəxs qismində 6 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 5 nəfərinin milliyətcə erməni olduqları müəyyənləşdib. Hadisənin əsas iştirakçılarından olan Tiqran və Andranik Çiçakyan qardaşlarıda saxlanılan şəxslər arasındadır.
21 aprel 2015-ci ildə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Regional şöbəsinin qarşısında toplaşan 1000-ə yaxın Azərbaycanlı hadisənin obyektiv araşdırılmasını və cinayətkarların cəzalandırılması ilə bağlı yürüş keçiriblər.
Məhkəmə prosesi
redaktə13 iyul 2016-cı ildə baş tutan məhkəmə prosesində Yekaterinburq şəhər Məhkəməsi Azərbaycanlı futbolçu Emil Hüseynovu qətlə yetirməkdə şübhəli bilinən milliyətçə Erməni olan MMA qarışıq döyüş üzrə idman ustası Tiqran Çiçakyana hökm oxuyub. Prokurorun Çiçakyana 13 il həbs istəməsinə baxmayaraq Yekaterinburq şəhər Məhkəməsi Çiçakyana cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkmə şərti ilə 9 il həbs verib.
İstinadlar
redaktə- ↑ ""Ermənilər Emil Hüseynovu qəsdən qətlə yetirib" - fanat.az". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.
- ↑ "Futbolçumuzu öldürən erməni - editor.az". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.