Emil Quliyev - Wikipedia
Emil Quliyev (5 fevral 1986, Bakı) — Azərbaycan kinorejissoru, ssenaristi və prodüseri. Beynəlxalq kinofestivallarda müxtəlif mükafatların sahibi.[1] Polis kapitanı.[1]
Emil Quliyev | |
---|---|
Doğum tarixi | 5 fevral 1986 (38 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | prodüser, ssenarist, kinorejissor |
Təhsili | Rusiya DİN-in Moskva Universiteti |
IMDb | ID7665975 |
Həyatı
redaktəEmil Quliyev 5 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub.[2] 68 nömrəli orta məktəbi bitirib. Rusiya Federasiyası DİN-in Moskva Universitetinin hüquq fakültəsini bitirib.[3] Polis kapitanıdır.[1]
2011-ci ildən özünü kino sahəsində sınayan Emil "İnkoqnito" adlı ilk qısametrajlı filmini ərsəyə gətirir. 50-yə yaxın qısametrajlı, üç tammetrajlı film çəkib. Rejissorun "Ümid" filmi Tulada "Shorti" qısametrajlı filmlərin V Qran-pri müstəqil kinofestivalında və Mazandaranda VIII Beynəlxalq "Varesh International Film Festival"ında "Ən yaxşı rejissor" mükafatına layiq görülüb, həmçinin Nyu-York film festivalında ən yaxşı film və rejissor işinə görə mükafat qazanıb. Rejissorun lentə aldığı "Paradoks" filmi Nyu-Yorkda qısametrajlı filmlər festivalında ən yaxşı film diplomuna layiq görülüb. "Tula İnternational Film Festival"ında mükafat qazanıb. Bakı Film İnstitutu tərəfindən ən yaxşı operator işinə görə və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "Ailə" film festivalında mükafat alıb. "Ana üçün ağla" filmi isə Nyu-York Film Festivalında mükafata layiq görülüb.[4] 2023-cü ildə "IV müasir audiovizual baxış" mükafatına layiq görülüb.[5]
Filmoqrafiya
redaktəİl | Filmin adı | Filmdə iştirakı | Filmin növü |
---|---|---|---|
2012 | İnkoqnito | prodüser, ssenarist | qısametrajlı film |
2013 | Paradoks | rejissor, prodüser, ssenarist | qısametrajlı film |
2013 | Ana üçün ağla | rejissor, prodüser, ssenarist | qısametrajlı film |
2013 | Çaypulu | rejissor, prodüser | qısametrajlı film |
2014 | Ümid | rejissor, ssenarist | qısametrajlı film |
2014 | Skripka | rejissor | qısametrajlı film |
2016 | Pərdə | rejissor, ssenarist, prodüser | tammetrajlı film |
2017 | İkinci pərdə | rejissor, ssenarist | tammetrajlı film |
2018 | Fəlakət | rejissor, ssenarist | tammetrajlı film |
2019 | Sonuncu pərdə | rejissor | tammetrajlı film |
2020 | Pərdəarxası | rejissor | tammetrajlı film |
2022 | Körpü | rejissor | bədii serial |
2022 | Əqrəb mövsümü | rejissor | bədii serial |
2022 | Həmrəylik günü | rejissor, ssenarist | bədii film |
2023 | Körpünün o tayı | rejissor | bədii serial |
İstinadlar
redaktə- ↑ 1 2 3 ""Pərdə"nin rejissoru: Sillə səhnəsindəki dublların sayı-hesabı yoxdur – MÜSAHİBƏ". Oxu.az. 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-29.
- ↑ 1 2 "Эмиль Гулиев". Kinopoisk.ru. 2019-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-29.
- ↑ "KİNOSSENARİÇİNİN PARADOKSU". Region Plus. 2019-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-29.
- ↑ "Emil Quliyev". Tvseans.com. 2019-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-29.
- ↑ AzərTAc. "Rejissor Emil Quliyev "IV müasir audiovizual baxış" mükafatını alıb" (az.). AzərTAc. 27.01.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-07.
- ↑ "Bir Xalanin Sirri (2018)". imdb.com. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.
- ↑ ""Pərdələr imkan vermir yaşamağa"- "İkinci pərdə" filminin rejissoru Emil Quliyev". BBC.com. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.