Emin Axundov Jurnalist - Wikipedia
Emin Axundov (azərb. Emin Axundov Tofiq oğlu; 1971, Bakı) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1998-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİPS), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİJA) və 2004–2005-ci illərdə vitse-prezidenti, AİJA jurnalının Baş redaktoru, Dağlıq Qarabağ müharibəsi veteranı, Qızıl qələm mükafatı laueratı.
Emin Axundov | |
---|---|
Emin Tofiq oğlu Axundov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Fəaliyyəti | Jurnalist |
Mükafatları | Qızıl qələm mükafatı |
Həyatı
redaktəEmin Axundov 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı 31 saylı orta məktəbi oxumağa başlayıb, 1988-ci ildə isə Bakı 267 saylı orta məktəbi bitirib. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetiniə (ATU) daxil olub və 1994-cü ildə oranı bitirib.
1999-cu ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi tərəfindən göndərişlə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-nin Mətbuata Texniki Dəstək Fondunun keçirdiyi jurnalist, 2008-ci ildə isə Yunanıstan Respublikasında Beynəlxalq İdman Jurnalistikası kursunu bitirib.
Ailəsi
redaktəAiləlidir, üç övladı var.
Əmək fəaliyyəti
redaktə1988-ci ildə "Azneftmaştikinti", sonra isə DİN-nin Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. Dağlıq Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməklə bərabər, həm də "Hünər" qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış edib.
1994-cü il may ayından "Aktual" qəzetində jurnalist kimi işə başlayıb. Emin Axundovun ən böyük xidmətlərindən biri də Bakı Şəhər Baş Polis İdarəsinin mətbu orqanı olan "Polis" qəzetində (1998–2007) redaktor, həmçinin Azərbaycan Metropoliteninin orqanı olan "Metro" qəzetinin yüksək səviyyədə yeni dizaynla respublikamızda ilk dəfə olaraq rəngli nəşrinə nail olması ilə bağlıdır[1].
Bakı Şəhər Baş Polis İdarəsinin 165 illiyinə həsr olunmuş "Həyəcan dolu 5 il" kitabının işıq üzü görməsində, "Polis"qəzeti və "Azərbaycan Polisi" jurnalının yüksək səviyyədə nəşr olunmasında xüsusi xidmətlərinə görə Emin Axundov "BŞBPİ 165" medalı ilə təltif olunub[2].
1995-ci ildə Emin Axundov "Ləman" yayım firmasını təsis edərək respublikamızda ilk dəfə qəzet və jurnalların metro kecidlərində yayım, əldəyayım və şəhərdə köşklər vasitəsi ilə yayımını təşkil edib. Sonradan onun adı dəyişdirilərək "Mətbuat" firması adlandırıldı. "Mətbuat" firması həm də respublikamızda ilk dəfə olaraq Rusiya və xarici ölkələrin qəzet və jurnallarının ölkəmizə gətirilərək satışını təşkil etdi.
Emin Axundovun təsisçisi və rəhbəri olduğu "Mətbuat" firması tərəfindən qurulan və "Mətbuat çap evi" adı altında fəaliyyət göstərən mətbəədə dünya şöhrətli yazıçı Çingiz Abdullayevin əsərləri ilk dəfə Azərbaycan dilinə ruscadan tərcümə olunaraq çap edildi və respublikamızda yayıldı[2]. Emin Axundov rus, türk, ingilis və isveç dillərini bilir.
"Gün" qəzeti, "Azərbaycan Polisi" jurnalı, "Həşərat" satirik jurnalının, "Oxu məni", "Serial", "1001 Kriminal", "Kriminal xronika", "Oxu məni krossvord", "Super Sport", "Qol" "Mən və sən", "Lyubi menya", "Uqadayka", "Super krossvord", "Super krossvord" (rus dilində), "Qəzet.az" qəzetlərinin "Mətbuat" firmasının təsisçisi və Baş redaktoru[3].
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Media rəhbərləri". 2017-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
- ↑ 1 2 ""Oxu məni" qəzeti rəy sorğusu". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
- ↑ "Azərbaycanın media nümayəndələri Şimali Kipr Türk Cümhuriyyətinin qurucu Prezidenti ilə". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.