Engelman Kuknari - Wikipedia
Engelman küknarı (lat. Picea engelmannii) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.
Engelman küknarı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Engelman küknarı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Botaniki xarakteristikası
redaktəHündürlüyü 30–50 m-ə qədər, gövdəsinin diametri 90 sm-dır. Vətəni Şimali Amerikadır. Engelman küknarının çətiri möhkəm, piramida formalı, budaqları bir az sallaqdır. Uzunömürlüdür, 300-400 il yaşayır. İynəyarpaqları göyümtül, ucu biz, yumşaq, zoğlarda 10-15 il, mədəni şəraitdə 7-8 il qalır. Qabığı cavan yaşda qırmızı-qonur, sonradan açıq-qonur rəngdə olur. Dekorativ cəhətdən iynəli küknardan bir az aşağıdır. Qışa davamlıdır. Mədəni şəraitdə 1862-ci ildən becərilir. Xiyabanlarda, şəhərin küçələrində və meydanlarında, xiyaban əkinlərində tək və ya kiçik qruplarla əkilməsi məsləhətdir.
"Qlauca", Göyümtül ("Glauca"). Hündürlüyü 20–40 m, konusvarı çətirli, budaqlarının üfüqi yarusluğu dəqiq olmayan ağacdır. İynəyarpaqları az iynəli, elastik, göyümtül-mavi olur, dəqiq rəngi erkən yazda bilinir. Qışda iynəyarpaqları dekorativdir. Tez böyüyür. Qışadavamlıdır. Toxumlarla, qələmlərlə, calaqla çoxalır. 1874-cü ildən mədəni şəraitdə becərilir. Digər formalardan aşağıdakılar məlumdur: gümüşü (f. argentea)-gümüşü iynəyarpaqlıdır; mavi, salalq (f. glauca pendula)-iynəyarpaqları boz-mavi, çətiri salalq, əsas budaqları çox sallaqdır; Fendler (f. Fendleri)-iynəyarpaqları gümüşü, nazik və uzun (2,8 m-ə qədər), sallaq formadır; xırda iynəyarpaqlı (f. microphilla)-şarşəkilli, cırtdan formadır. Kölgəyədavamlıdır, ancaq çox işıqda yaxşı inkişaf edir. Torpağın məhsuldarlığına və havanın nəmişliyinə tələbkardır. Kontinental iqlimə və bir az bataqlaşmaya dözür. Havanın çirklənməsindən əziyyət çəkir və ilk növbədə iynəyarpaqların tez tökülməsinə səbəb olur. Cavan yaşda zəif böyüyür. Küknarlar digər iynəyarpaqlılara nisbətən köçürülməni yaxşı keçirir, əsas kökü öz böyüməsini tez başa çatdırır, yan kökləri üstə yerləşən kök sistemi əmələ gətirir. Toxumlarla, bağ formaları qələmlərlə və bəzən calaqla çoxalır. Abşeronda bəzi həyətyanı sahələrdə, bağlarda tez-tez rast gəlinir. Böyük bağlarda tək əkilir, qrup və alleya əkinlərində məsləhət görülür.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Abies engelmannii (Engelm.) Parry ex Engelm.
- Picea engelmannii var. typica Goodman
- Picea glauca subsp. engelmannii (Engelm.) T.M.C.Taylor
- Picea glauca var. engelmannii (Engelm.) B.Boivin
Yarımnövləri
redaktə- Picea engelmannii subsp. engelmannii
- Picea engelmannii subsp. mexicana (Martínez) P.A.Schmidt