Eozinofiller - Wikipedia
Eozinofillər — qranulositlərin bir populyasiyasıdır.
Qanın leykositlərinin 2–5%i onların payına düşür. Onlar adətən ikiseqmentli nüvəli hüceyrələrdirlər. Sitoplazmadaxili qranulları eozin (turş təbiətli boya) boyası ilə rəngləndiyinə görə onlara "eozinofillər" deyilir.
Ölçülərinə görə qranullar böyük və kiçik eozinofil qranullar olmaqla iki tipə bölünürlər. Böyük eozinofil qranullar elektron mikroskopunda mərkəzi kristalları özək, ətrafı isə matrikslə əhatə olunmuş, diametri təxminən 1 mkm ə bərabər orqanoidlər kimi görünürlər. Onların möhtəviyyatının əsas hissəsini mərkəzdə kristallik formalı əsas qələvi zülalı, matriksində isə peroksidlər və eozinofillərin kation zülalı adlanan molekullar təşkil edirlər. Kiçik qranullarda arilsulfataza və turş fosfataza toplanır. Bu maddələrdən başqa eozinofillərdə həmçinin elastaza , kollogenaza, qlükuronidaza, katepsin, mieloperoksidaza və RNT -aza da aşkar edilmişdir.
Müəyyən stimulların təsirindən qranulların möhtəviyyatı ekzositoz nəticəsində hüceyrə xaricinə boşaldılır. Eozinofillər digər qranulositlər kimi sümük iliyində ümumi mieloid sələf hüceyrələrindən yaranırlar. Onların əsas böyümə və differensiasiya faktoru İL-5-dir (interleykin-5). Sümük iliyini tərk etmiş eozinofillər qan dövranında təxminən 30 dəqiqə qalır və sonra toxumalara keçirlər. Onların yarım yaşama dövrü 24 gündür.
İstinadlar
redaktəHəmçinin bax
redaktə Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |