Erseg Milli Parki - Wikipedia
Erşeg (mac. Őrségi Nemzeti Park) — Macarıstanın qərb hissəsində yerləşən milli park. Qoruq ölkənin Qərbi Transdunay vilayətində, Vaş rayonu ərazisində yerləşir.
Erşeg Milli Parkı | |
---|---|
mac. Őrségi Nemzeti Park | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 440 ha |
Yaradılma tarixi | 2002 |
Yerləşməsi | |
46°50′20″ şm. e. 16°25′16″ ş. u.HGYO | |
Ölkə | Macarıstan |
onp.nemzetipark.gov.hu | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəParkın ümumi sahəsi 44 000 hektardır. 2002-ci ildə əsası qoyulan Erşeg parkı Macarıstanın ən cavan parkı hesab olunur.
Ölkənin ucqar qərbində yerləşən bu parkın ərazisində Raba çayı yerləşir. Çay müəyyən hissədə Avstriya və Sloveniya ilə sərhəddən keçir. Park daxilində olan göl öz təmiz suyu ilə məşhurdur. Erşegdə Zala və Kerka çaylarının mənbələri yerləşir. Park yaxınlığında Kermend və Sentqotthard şəhərləri var.
Park öz adını tarixi Erşeg ərazisindən almış. Erşegdə tarixən sərhəd keçidlərinin qoruyucuları yaşamış (mac. Őrség — qvardiya, qaravulçu).
Fauna və florası
redaktəPark ərazisinin 60 %-ni təbii meşə əraziləri təşkil edir. Meşədə əsasən iynəyarpaqlı ağaclar üstünlük təşkil edir. Qoruqda müxtəlif vəhşi heyvanların populyasiyası qorunub saxlanılıb. Əl dəyilməmiş ərazilərin ekoloji qorunmasına yerli hakimiyyət böyük diqqət göstərir.
Erşeg ərazisində 18 kənd yerləşir. Bu kəndlərdə tarixi Erşeg bölgəsinə xarakterik adət-ənənələr qorunub saxlanılmış. Bölgədə müxtəlif sənətkarlıq sahələri inkişaf etmiş: taxta məişət əşalarının, alətlərin, mebel hazırlanması, arıçılıq, göbələk yığımı və qurudulması. Saxsı qablar istehsalı müasir zamana kimi qorunub saxlanılmış. Erisentpeter və Velemar qəsəbələrində qədim qot üslubundə inşa edilmiş kilsə qorunub saxlanılıb. Velemerdə yerləşən kilsədə 1378-ci ilə aidi divar yazısı var.
13-16 may arası Erşegdə "Çiçəkləmə günü" folklor bayramı keçirilir. Müxtəlif folklor qrupları şənlik keçirir və böyük gül bazarı təşkil edilir.
2007-ci ildə Avropa turizm forumunun illik keçirdiyi sorğuda Erşeg Gəzinti üçən ən yaxşı yer müsabiqəsinin qalibi olmuş.
Mənbə
redaktə- Parkın rəsmi sayıtı (mac.)