Ermeni Qriqorian Kilsesinin Qarabag Yeparxiyasi - Wikipedia
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası (erm. Արցախի թեմ Artsakhi t'em) — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ ərazisində yurisdiksiyası olan kilsə hissəsi. Mərkəzi Şuşa şəhərində Qazançetsots 72 ünvanında yerləşən Qazançetsots kafedralıdır. Yeparxiyanın başçısı, arxiyepiskop Pargev Martinosyandır.
Tarixi
redaktəYeparxiya, Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Pargev Martinosyannın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra yaradılmışdır.[1][2] Bu tarixə qədər Qarabağda yerləşən kilsələr Alban Həvari Kilsəsi və Erməni Qriqorian Kilsəsinin keşişləri tərəfindən idarə olunurdu. 1830-cu illərdə erməni kilsəsi, fəaliyyətsiz qalmış alban kilsələrinə sahib çıxmaqdan ötrü, Rus sinoduna müraciət edir və edilmiş müraciət əsasında İmperator I Nikolay tərəfindən 1836-cı ilin 10 aprel tarixində bölgədə yerləşən bütün dini obyektlərin Erməni Qriqorian Kilsəsinin tabeçiliyinə verilməsi barədə qərar qəbul edilir. Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsrə aid alban kilsəsi Gəncəsər monastırı müvafiq fərman verilənə qədər Alban Həvari Kilsəsinin mərkəzi olmuşdur.
Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılmış və bəzilərindən yem anbarı kimi istifadə olunmuşdur. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olmuşdur. Artıq bu dövrdə kilsələr özünün ilkin alban mənşəyini itirərək, tamamilə erməniləşmişdir. 1989-cu ildə bölgədə erməni yeparxiyasının yaradılması və Qarabağda yaşayan ermənilərin artan millətçilik tələbləri fonunda kilsələrin erməniləşdirilməsinə və aktiv olmayan kilsələrin belə işlək vəziyyətə gətirilməsi siyasəti aparılmış, bu məqsəd üçün diasporada yaşayan ermənilərin maddi imkanlarından istifadə olunmuşdur.[3]
Erməni Qriqorian Kilsənin Qarabağ yeparxiyasının mərkəzi ofisi Şuşa şəhərində, Qazançetsosts 72 ünvanında yerləşir. Burada yerləşən Qazançetsots kafedralı yeparxiyanın mərkəzi sayılır və arxiyepiskop Pargev Martinosyanın iqamətgahıda bu kafedraldadır.
2006-cı ildən etibarən Xankəndi şəhərində Müqəddəs Ana kafedralının tikinti işlərinə başlanılıb və kilsənin tikintisi üçün 2 milyon ABŞ dolları vəsaitin ayrıldığı bildirilir. Maliyyə çatışmazlığı səbəbindən kilsənin tikintisi yarımçıq vəziyyətdədir. Müqəddəs Ana kafedralı tamamlandıqdan sonra Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının mərkəzi Şuşa şəhərindən buraya köçürürləcək.[4]
Aktiv kilsələr
redaktəAşağıdakı siyahıda Erməni Qriqorian Kilsənin Qarabağ yeparxiyasının nəzarəti altında fəaliyyət göstərən kilsələr, monastrlar və şapellərin siyahısı, onların yerləşdiyi yer və təqdis ili göstərilmişdir:
Kilsələr
redaktə- Beşikdağ kilsəsi, (Ağdərə yaxınlığında, VII əsr.)
- Müqəddəs Diriliş Kilsəsi, (Hadrut, 1621)
- Yaşıl kilsə, (Şuşa, 1818)
- Müqəddəs Vəftizçi Yuhənna Kilsəsi (Ağdərə, 1881)
- Müqəddəs Xilaskar Məsih kilsəsi, (Şuşa, 1888)
- Müqəddəs Merac Kilsəsi, (Laçın, 1998)
- Müqəddəs Şəhidlər Kilsəsi, (Zabux, 2002)
- Müqəddəs Məryəm Ana Kilsəsi, (Əsgəran, 2002)
- Müqəddəs Sarkis Kilsəsi, (Qızılqaya, 2005)
- Müqəddəs Sarkis Kilsəsi, (Zamanpəyəsi, 2006)
- Müqəddəs Yaqub Kilsəsi, (Xankəndi, 2007)
- Müqəddəs Anton Kilsəsi (Zəylik, 2009)
- Müqəddəs Georgi Kilsəsi, (Böyük Qaladərəsi, 2011)
- Müqəddəs Məryəm Ana Kilsəsi, (Qozlu, 2012)
- Müqəddəs Georgi Kilsəsi, (Aşağı Oratağ, 2012)
- Müqəddəs Vəftizçi Yuhənna kilsəsi, (Daş Veysəlli, 2013)
-
Beşikdaş kilsəsi, Ağdərə yaxınlığında.
-
Müqəddəs Diriliş Kilsəsi, Hadrut
-
Kanaç Zam, Şuşa
-
Müqəddəs Vəftizçi İohann kilsəsi, Ağdərə
-
Müqəddəs Xilaskar Məsih kilsəsi, Şuşa
-
Müqəddəs Tanrı anası Kilsəsi, Əsgəran
-
Müqəddəs Nerses Kilsəsi, Ağdərə
-
Müqəddəs Ceyms Kilsəsi, Xankəndi
Monastrlar
redaktə- Amaras monastırı, (Sos, IV əsr)
- Ağoğlan monastırı, (Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığı), VI əsr
- Gəncəsər monastırı, (Vəngli, X–XIII əsr)
-
Amaras monastırı, Sos kəndi
-
Ağoğlan monastırı, Ağoğlançayın sahili
-
Gəncəsər monastırı, Vəngli kəndi
Qeyri-aktiv və xarabalıqları qalmış kilsə və monastırlar
redaktəDağlıq Qarabağ bölgəsində yerləşən, qeyri-aktiv və yaxud xarabalıqları qalmış kilsə və monastrıların natamam siyahısı;
- Katarovank monastırı, (Hadrut, IV əsr)
- Müqəddəs Yelisey monastırı, (Ağdam, V əsr)
- Xudavəng monastır kompleksi, (Kəlbəcərdən şərqdə, Bağlıpəyə kəndindən aşağı, Kəlbəcər rayonunun 29 kilometrliyində, IX–XIII əsrlər.)
- Ktişvəng monastırı, (Tuğ kəndi, 1248)
- Zar monastırı, (Zar, 1301)
- Üç körpə monastırı, (Ağdərə, 1691)
-
Katarovank monastırı, Hadrut
-
Müqəddəs Yelisey monastırı, Ağdam yaxınlığı
-
Xudavəng monastır kompleksi, Kəlbəcər
-
Ktişvəng monastırı, Tuğ kəndi
-
Üç körpə monastırı, Ağdərə yaxınlığı
İstinadlar
redaktə- ↑ Armenian International Magazine, Volume 10, Glendale, California, 1999
- ↑ O'Mahony, Anthony. Eastern Christianity: Studies in Modern History, Religion and Politics. London: Melisende. 2004. səh. 148. ISBN 9781901764239.
- ↑ "Diocese of Artsakh of the Armenian Apostolic Church". Gandzasar.com. 28 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2013.
- ↑ "Stepanakert Church". 2018-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.