Ermeni Suleyman Pasa - Wikipedia
Erməni Süleyman Paşa (1607, Malatya – 28 fevral 1687, Konstantinopol) — IV Mehmed dövründə 6 ay 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimi.
Erməni Süleyman Paşa | |
---|---|
أرمنيان سليمان باش | |
Osmanlı İmperiyasının 110-cu sədrəzəmi | |
19 avqust 1655 – 28 fevral 1656 | |
Əvvəlki | Qara Div Murad Paşa |
Sonrakı | Dəli Hüseyn Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1607 |
Doğum yeri | |
Vəfat tarixi | 28 fevral 1687 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Dini | İslam |
Həyatı
redaktəƏslən erməni olub, Malatyada dünyaya gəlmişdir. Qohumu olan qapı ağası İsmayıl ağanın vasitəsilə İbrahim Paşa sarayına alınmış, ardından Əndəruna alınaraq burada saray tərbiyəsi almışdır. 1640-cı ildə Musa Paşanın yerinə silahdarlığa gətirildi, ardından vəzirlik rütbəsi ilə birlikdə divana daxil oldu. 17 iyul 1644 tarixində Mərəş bəylərbəyi, ardından Ərzurum hakimi təyin olundu. Bu vəzifədə ikən Səfəvilərin tərtibi ilə Ərzurumda çıxan qarışıqlıqları həll etdi. Yatırılan üsyanın rəhbəri öldürüldü və kəlləsi 24 may 1646 günü İstanbula gətirildi. Ardından Saqqız adasının müdafiəsi ilə vəzifələndirildi. İstanbula döndükdən sonra yenidən qübbə vəzirliyinə gətirildi və I Əhmədin qızı Ayşə Sultanla evləndirildi.
Qara Murad Paşa 10 aylıq sədarətinin ardından yeniçəri ağası Hüseyn ağanın tövsiyəsilə vəzifədən alındı və yerinə Süleyman Paşa gətirildi (19 avqust 1655). Olduqca çətin bir vəziyyətdə sədrəzəm olan Süleyman Paşa istər şəxsiyyəti, istərsə də saraydakı nüfuzu baxımından zəruri islahatları həyata keçirə biləcək biri deyildi. Maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün 2-3 illik verginin nəğd olaraq ödənilməsi, yəhudi tacirlərdən alınan zəif əyarlı sikkələrlə sipahi və yeniçərilərin ülufələrinin ödənilməsi kimi uğursuz cəhdlər etdi. Ancaq nəticədə bunun böhrana səbəb olacağını başa düşən Süleyman Paşa Validə sultana sədarətdən istehfa etdiyini bildirdi. Gizlicə tərtib olunan məclisin sonunda 27 fevral 1656 tarixində sədarət möhürü Krit sərdarı Dəli Hüseyn Paşaya göndərildi. Edilən yanlış islahatlar və Krit mühasirəsindən dönən yeniçərilərin 2 illik maaşlarını tələb etmələri vəziyyəti daha da ağırlaşdırdı. Sədarət möhürünün alınmasından bir həftə sonra Çinar hadisələri baş tutdu.
Çinar hadisələrinin ardından Süleyman Paşa 1 aprel günü Bosniya bəylərbəyi təyin olundu. 2 dekabr 1656 tarixinədək bu vəzifədə qalan Süleyman Paşa burdan ayrıldıqdan 2 il sonra İstanbula gələrək burada taxt naibi elan olundu (24 iyul 1659). Bu vəzifədə ikən 24 iyul 1660 tarixində paytaxtda çıxan yanğın əsnasında 280 min ev yanaraq kül olmuşdur. 49 saat davam edən yanğının önünü ala bilməyən Süleyman Paşa təqsirkar hesab olundu və Ədirnəyə çağırılaraq Silistrə əyalətinə sürgün olundu. 18 may 1665 tarixində ikinci dəfə taxt naibi elan edilən Süleyman Paşa yola çıxaraq 1 iyunda paytaxta çatdı. Ancaq bədbəxtlikdən bu dəfə də İstanbulda yanğın baş verdi. 23 iyul 1665 günü Qalata qülləsi yaxınlığında, ertəsi gün Topqapı sarayının hərəmində yanğın çıxmış, hərəmxana əhalisi Köhnə saraya göndərilmişdir. Ədirnədən yola düşən IV Mehmedi 9 oktyabr günü paytaxta yaxın bir yerdə qarşılayan Süleyman Paşa 12 oktyabrda yenidən qübbə vəziri elan edildi. Ardından 6 iyun 1666 tarixində Ərzurum bəylərbəyi seçilsə də, bir il sonra təqaüdə çıxarıldı (21 iyun 1667). Ömrünün son 20 ilini Üsküdarda keçirən Süleyman Paşa 80 yaşlarında 28 fevral 1687 günü vəfat etdi və evinin yaxınlığında dəfn olundu.
Mənbə
redaktə- Kâtib Çelebi, Fezleke, İstanbul 1287, II, 292, 313;
- Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr, Süleymaniye Ktp., Esad Efendi, nr. 2163, vr. 6b;
- Mehmed Halîfe, Târîh-i Gılmanî, İstanbul 1340, s. 36;
- Vecîhî Hasan, Târih, Süleymaniye Ktp., Hamidiye, nr. 917, vr. 46b, 47b, 49a;
- Evliya Çelebi, Seyahatnâme, I, 236-238;
- Abdurrahman Abdi Paşa, Vekāyi‘nâme, TSMK, Koğuşlar, nr. 915, vr. 12b, 25b, 26b, 70a-72a, 93b-104a, 117b;
- Naîmâ, Târih, VI, 106-108, 135-138, 155, 282, 401;
- Hadîkatü’l-vüzerâ, s. 101;
- Silâhdar, Târih, I, 16, 26, 36, 166, 183-185, 255, 379, 384, 389, 410, 434;
- Râşid, Târih, I, 97, 105, 129;
- A. D. Alderson, The Structure of the Ottoman Dynasty, Oxford 1956, lv. XXXVI, XXXVII;
- Bekir Kütükoğlu, “Süleyman Paşa”, İA, XI, 197-200.