Ermenistan Respublikasi Prezidenti Seckileri 2013 - Wikipedia
2013-cü il Ermənistan Respublikası prezidenti seçkiləri — Ermənistan Prezidenti postuna keçiriləcək 6-cı seçkilərdir. Seçkilər 18 fevral, 2013 tarixində keçirildi. Ölkənin 3-cü prezidenti Serj Sarqsyan səslərin 58%-ni toplayaraq qalib gəldi və ikinci müddətə prezident seçildi. Onun əsas rəqibi Raffi Hovanisyan səslərin 36%-ni qazandı və ikinci yeri tutdu. Qalan 5 namizəd ümumilikdə səslərin qalan 4%-ini aldı.
← 2008 2018 → | |||
Ermənistanda Prezident seçkiləri (2013) | |||
---|---|---|---|
18.02.2018 | |||
Namizəd | Serj Sarqsyan | Raffi Hovanisyan | Hrant Bagratyan |
Partiya | Respublikan Partiyası | İrs Partiyası | Partiyasız |
Səslər | 861,160 (58.64 %) |
539,672 (36.35%) |
31,643 (2.15%) |
Seçkidən əvvəl vəziyyət
redaktəSon prezident seçkilərində Respublikan partiyanın sədri Serj Sarqsyan səslərin 52%-ni qazanaraq qalib gəldi. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində Respublikan Partiyası səslərin 70%-ni aldı və parlamentdə 151 yerdən 69-una sahib oldu. Çiçəklənən Ermənistan partiyası 37 yer, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqresi isə 7 yer qazandı. Seçkilərdən sonra əsas müxalif partiyalar seçkilərin nəticələrinin düzgün olmadığını və seçkilərin qeyri-şəffaf keçdiyini bildirdi. Keçirilən son sorğulara əsasən 2013-cü ildə prezident seçkilərində qələbəyə ən böyük namizad hazırkı prezident S. Sarqsyandır.
Namizədlərin qeydiyyatı
redaktə2012-ci ilin dekabr ayında namizədlərin qeydiyyatı prosesi başlandı. 15 dekabr tarixində S. Sarqsyan seçkilərdə namizədliyini irəli sürdü. 25 dekabr tarixində L. Ter-Petrosyan seçkilərdə iştirak etməyəcəyini bildirdi. Namizədlərin qeydiyyatı 2013-cü ilin 4 yanvar tarixinə qədər aparılırdı. 15 potensial namizəd arasından 8 nəfər MSK tərəfindən rəsmən 2013-cü il prezident seçkilərində namizəd kimi qeydə alındı. Aram Harutyunyan namizədliyini irəli sürsədə fevral ayının 8-ində bir günlük aclıq aksiyasından sonra namizədliyini geri götürdü. Bununla da seçkilərdə 7 namizəd mübarizə apardı.
Namizədlər
redaktə- Serj Sarqsyan, Ermənistan Respublikasının 3-cü prezidenti, hakim Respublikan Partiyasının sədri.
- Raffi Hovanisyan, Ermənistanın ilk Xarici İşlər Naziri (1991–1992).
- Paruyr Ayrikyan, erməni siyasətçi.
- Hrant Baqratyan, Azadlıq Partiyasının sədri, Ermənistanın baş naziri (1993–1996)
- Andreas Ghukasyan, politoloq, radio direktoru.
- Vardan Sedrakyan, Yomax eksperti.
- Arman Melikyan, siyasətçi, 2008-ci il seçkilərində prezidentliyə namizəd.
Seçki kampaniyası
redaktəSeçki kampaniyasına 21 Yanvar 2013 tarixində start verildi. Kampaniya 16 Fevral tarixində başa çatacaq. 17 fevral sükut günüdür. Seçkilər 18 Fevral tarixində keçiriləcək.
Yanvarın 31-i gecə saatlarında prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd nəticəsində Ayrikyan güllə yarası aldı.
Sorğular
redaktəSeçki qabağı sorğuların nəticələri:
TNS opinion | 31 Yanvar — 5 Fevral 2013 | 33 | 2.8 | 4.9 | 1.3 | Qərar vermiş seçicilərdən | |
Baltic Surveys/The Gallup Organization | 25 Yanvar — 2 Fevral 2013 | 11 | 5 | 5 | 10 | Qərar vermiş seçicilərdən | |
VTSIOM | 25–29 Yanvar | 27 | 4 | 5 | 3 | Qərar vermiş seçicilərdən | |
Baltic Surveys/The Gallop Organization | 15–23 Yanvar | 10 | 4 | 4 | 1.6 | 16% qərarsız idi | |
Eufoa | 15–20 Yanvar | 20.8 | 5 | 5 | 1.5 | Qərar vermiş seçicilərdən | |
Sociometer | Dekabr 2012 | 20 | 5.6 | 3 | 1.4 | Qərar vermiş seçicilərdən |
Exit-poll
redaktə18 fevral tarixində keçirilən seçkilərdən sonra exit-polun nəticələri
The Baltic Surveys/The Gallup Organizationun keçirdiyi sorğulara əsasən S. Sarqsyan 58%, R. Hovanisyan 32% səs almışdı.
Nəticələr
redaktəSeçkilərin ilkin nəticələri fevralın 19-unda açıqlandı. Seçkilərdə namizədlərin 60,05%-i iştirak etdi. S. Sarqsyan qalib gəldi. Seçkilərin yekun nəticələri gələn həftə təsdiq olunacaq.
Namizəd | Partiya | Səslər | % |
---|---|---|---|
Serj Sarqsyan | Respublikan Partiyası | 861,160 | 58.64% |
Raffi Hovanisyan | İrs Partiyası | 539,672 | 36.75% |
Hrant Bagratyan | Azadlıq Partiyası | 31,643 | 2.15% |
Paruyr Ayrikyan | Milli Seçim Bloku | 18,093 | 1.23% |
Andreas Gusakyan | Partiyasız | 8,328 | 0.57% |
Vardan Sedrakyan | Partiyasız | 6,203 | 0.42% |
Arman Melikyan | Partiyasız | 3,516 | 0.24% |
Ümumi | 1,468,615 | 100% |