Ernesto Inarkiyev - Wikipedia
Ernesto İnarkiyev (rus. Эрнесто Казбекович Инаркиев, 9 dekabr 1985, Oş) — Rusiyalı qrosmeyster (2002), Avropa çempionu (2016).
Ernesto İnarkiyev | |
---|---|
rus. Эрнесто Казбекович Инаркиев | |
Ölkə | |
Doğum tarixi | 9 dekabr 1985 (39 yaş) |
Doğum yeri | |
Titulu | qrosmeyster (2002) |
Son reytinqi | 2709 (dekabr 2016) |
Maksimal reytinqi | 2730 (iyul 2009) |
FİDE nömrəsi | 4162722 |
Vikianbarda əlaqəli mediafayllar |
Ernesto Çe Gevaranın şərəfinə adını Ernesto qoyublar.
İki dəfə Şahmat Olimpiadasında Qırğızıstanı təmsil edib: 1998-ci ildə ikinci lövhədə 9 oyundan 6.5 xal və 2000-ci ildə 4-cü lövhədə 9/14 xal. 1999-cu ildə Asiya çempionu (16 yaşa qədər) və Qırğızıstan çempionu olmuşdur. 2000-ci ildə Kirsan İlyumjinovun təklifi ilə ailəsiylə birgə Elistaya köçüb və Rusiya Şahmat Federasiyasını təmsil edir.
2001-ci ildə keçirilən Şahmat üzrə Avropa Çempionatında (16 yaşa qədər) birinci yeri tutdu. 2002-ci ildə Vladimirdə keçirilən Rusiya gənclər çempionatının (20 yaşa qədər) 9.5/11 xalla qalib oldu.
2004-cü ildə FİDE Dünya Çempionatında ilk raundda Layner Dominqezə məğlub oldu. 2006-cı ildə 59-cu Rusiya Çempionatının superfinalında 3-cü nəticə göstərib. 2010-cu ildə Moskva Opendə 1–4-cü yerləri bölüşdürmüş və 14-cü Anatoli Karpov turnirində 3-cü yeri tutmuşdur. 2013-cü ildə Rusiya birinciliyinin superfinalında qalib olmuşdur. İnarkiyev 2014-cü ildə taybrekdə Constantin Lupulescu-yu udaraq Baku Open-in qalibi oldu. 2016-cı ildə Moskva Open-i 9 oyundan 8 xal ilə qazandı. 2016-cı ilin mayında 17-ci Avropa Fərdi Şahmat Çempionatının (17th European Individual Chess Championship) 9/11 xalla qalibi oldu.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Ernesto Inarkiev. Chess-DB.com Arxivləşdirilib 2016-10-05 at the Wayback Machine (ing.)
- Ernesto Inarkiev. 365chess.com (ing.)
- Ernesto Inarkiev. fide.com (ing.)
- Ernesto Inarkiev. chessgames.com (ing.)