Ernesto Sedilyo - Wikipedia
Ernesto Sedilyo Ponse de Leon (isp. Ernesto Zedillo Ponce de León; 27 dekabr 1951[1][2][…], Mexiko[3]) — 1 dekabr 1994-cü ildən 30 noyabr 2000-ci ilə qədər Meksika Prezidenti. Onunla birlikdə, bir neçə onilliklər ərzində nümayəndələri Meksikanın prezidentləri olmuş İnstitusional İnqilab Partiyasından hakimiyyətə davamlı nəzarəti sona çatmışdır. İnstitusional İnqilab Partiyası 2012-ci ildə Enrike Penya Nyeto prezident olduqdan sonra hakimiyyətə qayıtmışdır.
Ernesto Sedilyo | |
---|---|
isp. Ernesto Zedillo | |
1 dekabr 1994 – 30 noyabr 2000 | |
Əvvəlki | Karlos Salinas de Qortari |
Sonrakı | Visente Foks Kesada |
Şəxsi məlumatlar | |
Doğum adı | Ernesto Zedillo Ponce de León |
Doğum tarixi | 27 dekabr 1951[1][2][…] (72 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, universitet müəllimi[d], müəllif, siyasətçi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fəlsəfə doktoru (1974), Yel Universitetinin professoru, Amerika Fəlsəfə Cəmiyyətinin xarici üzvü (2011).[4]
Həyatı
redaktəErnesto Sedilyo Ponse de Leon 27 dekabr 1951-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olmuşdur. O, fəhlə ailəsinin oğlu idi. 1972-ci ildə iqtisadiyyat üzrə Milli Politexnik İnstitutunu bitirmiş, 1978-ci ildə ABŞ-nin Yel Universitetində fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1971-ci ildə Siyasi və İqtisadi Tədqiqatlar İnstitutu vasitəsilə İnstitusional İnqilab Partiyasına (İİP) qoşulmuşdur. 1987-ci ildə Plan və Büdcə Nazirliyinin katibi vəzifəsinə təyin edilmişdir. 1992-ci ildə xalq maarif katibi vəzifəsinə təyin olunmuşdur. İİP-dən namizəd kimi 1994-cü ildə prezident seçkilərində kiçik fərqlə qalib gəlmişdir. O, 2000-ci ilə qədər Meksika Prezidenti vəzifəsində çalışmışdır.[5]
O, prezidentliyi dövründə Meksika iqtisadiyyatını sabitləşdirməyə nail olmuş, korrupsiya ilə mübarizə üçün bir sıra islahatlara başlamış və 1996-cı ildə Sapatista Milli Azadlıq Ordusu ilə San-Andres sazişlərini imzalamışdır. O, həmçinin Aİ ilə kommersiya danışıqlarına girmiş, 2000-ci ildən qüvvədə olan azad ticarət sazişinə nail olmuşdur. 1999-cu ildə o, daha demokratik və şəffaf prosesin lehinə prezident seçkiləri üçün İİP-dən namizədliyini irəli sürməkdən imtina etmişdir.[5]
İstinadlar
redaktə- ↑ 1 2 Ernesto Zedillo // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Ernesto Zedillo Ponce de León // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #122197127 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "APS Member History". 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
- ↑ 1 2 "Ernesto Zedillo Ponce de León". 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-12.
Əlavə ədəbiyyat
redaktə- Manaut, Raúl Benítez. "Seguridad nacional y transición política, 1994-2000". Foro Internacional. 41 (4 (166)). 2001: 963–991. JSTOR 27739103.
- Castañeda, Jorge G. Perpetuating Power: How Mexican Presidents Were Chosen. New York: The New Press 2000. ISBN 1-56584-616-8
- Cornelius, Wayne A., Todd A. Eisenstadt, and Jane Hindley, eds. Sub-national Politics and Democratization in Mexico. San Diego: Center for U.S.-Mexican Studies, University of California, 1999
- Rodríguez, Rogelio Hernández. "Ernesto Zedillo. La presidencia contenida". Foro Internacional. 43 (1 (171)). 2003: 39–70. JSTOR 27739165.
- Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997. ISBN 0-06-016325-9
- Langston, Joy. "Why Rules Matter: Changes in Candidate Selection in Mexico's PRI, 1988–2000". Journal of Latin American Studies. 33 (3). August 2001: 485–511. doi:10.1017/S0022216X01006137.
- Pardo, María del Carmen. "Introducción el último gobierno de la hegemonía priista". Foro Internacional. 43 (1 (171)). 2003: 5–9. JSTOR 27739163.
- Preston, Julia and Samuel Dillon. Opening Mexico: The Making of a Democracy. New York: Farrar, Straus & Giroux 2004.
- Purcell, Susan Kaufman and Luis Rubio (eds.), Mexico under Zedillo (Boulder, CO, and London: Lynne Rienner Publishers, 1998)
- Schmidt, Samuel (2000). México encadenado: El legado de Zedillo y los retos de Fox. Mexico D.F.: Colibrí.
- Villegas M., Francisco Gil. "México y la Unión Europea en el sexenio de Zedillo". Foro Internacional. 41 (4 (166)). 2001: 819–839. JSTOR 27739094.
Xarici keçidlər
redaktə- Ernesto Sedilyo — IMDb səhifəsi
- (isp.) Extended biography by CIDOB Foundation
- (isp.) The website of Ernesto Zedillo during his presidency