Erol Tas - Wikipedia
Erol Taş (türk. Erol Taş 28 fevral 1926 və ya 28 fevral 1928[1], Ərzurum – 8 noyabr 1998, İstanbul) — Türkiyə kinoaktyoru. Yeşilçamın önəmli simalarından biri. Keçmiş boksçu olan Erol Taş filmlərdə əsasən mənfi obrazlar yaratmışdır. İrili-xırdalı 600-ə yaxın filmdə müxtəlif rollar oynayan Erol Taş oynadığı filmlərin cəmi 6-da baş rolları ifa etmişdir.[2]
Erol Taş | |
---|---|
türk. Erol Taş | |
Doğum tarixi | 28 fevral 1926 və ya 28 fevral 1928[1] |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 1998 |
Vəfat yeri | |
Vəfat səbəbi | şəkərli diabet |
Milliyyəti | türk |
Vətəndaşlığı | Türkiyə |
Fəaliyyəti | kino aktyoru |
Fəaliyyət illəri | 1957-ci ildən |
Tanınma səbəbi | kino aktyor |
Mükafatları |
* Antalya Qızıl Portağal kinofestivalı İkinci plan ən yaxşı kişi obrazına görə (1965, 1968, 1975) * İzmir Film Festivalı, İkinci plan ən yaxşı kişi obrazına görə Mükafat * Turizm Nazirliyi, Ən Yaxşı ikinci plan Aktyor Mükafatı * Acapulco Film Festivalı, Ən Yaxşı ikinci plan Aktyor Mükafatı |
IMDb | ID0850809 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəErol Taş 28 fevral 1926-cı ildə Ərzurumda anadan olub. Erol iki yaşında olanda atası vəfat edir, bundan sonra ailə İstanbula köçür.[3]
İbtidai məktəbi bitirdikdən sonra çətin maddi vəziyyətə görə təhsilini yarımçıq qoyaraq erkən işə başlamalı olur. Uşaq ikən boksla məşğul idi.[3] 1947-ci ildə Erol boks üzrə İstanbul və Türkiyə çempionatında ikincilik qazanmışdır. Həmin il hərbi xidmətə yollanıb və üç il hərbi xidmət keçib. Əsgərlikdən qayıtdıqdan sonra Cankurtaranda toxuculuq fabrikində işləməyə başlamışdır.
Kino karyerası
redaktəErol Taş kinoya təsadüf nəticəsində gəlmişdir. Bir dəfə Erol və dostları işlədikləri fabrikin yaxınlığında film çəkən zaman rejissor Ömər Lütfi Akada və onun çəkiliş qrupuna hücum edən xuliqanları qovmuşdular. Bu hərəkəti ilə o, rejissorun diqqətini çəkmişdir. Akad Erolu döyüş səhnəsində oynamaq üçün dəvət etdi. Sonra digər rejissorlardan daha bir neçə oxşar təkliflər almağa başladı. O, ilk dəfə 1957-ci ildə rejissor Mümtaz Alpaslanın çəkdiyi "Acı Günlər" filmi ilə kinoya ilk böyük addımını atmışdır. Bu dövrdə Erol əsasən döyüş səhnələrində və ya mənfi obrazlı kiçik rollar oynayırdı. Bir müddət sonra onun çəkiliş diapozonu genişləndi. Lakin buna baxmayaraq, daha çox mənfi personajları oynaması ilə yadda qalıb.[3]
Erol Taşın ən məşhur rollardan biri Metin Erksanın "Quru yaz" filmində oynadığı personajdır.[3] Erol Taş digər məşhur rolunu Yücel Çakmaklının "Küçük Ağa" mini serialında canlandırıb.[3]
1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində yaradıcılığın son dönəmində Erol Taş Türkan Şoray və Mehmet Tanrısevərin[3] filmlərində bir neçə müsbət rollar oynamışdır.[3]
Şəkərli diabetdən əziyyət çəkən Erol Taş 1998-ci il noyabrın 8-də ürək tutmasından vəfat edib.
Şəxsi həyatı
redaktəErol Taşın ilk həyat yoldaşı Hafizə Taşdan Mətin Tanju, Gülər və Gönül adlı əkiz övladları olub. 1965-ci ildə həyat yoldaşının ölümündən sonra Konyanın məşhur yun istehsalı sahibkarlarından Süleyman Erşanın qızı və eyni zamanda bibisi qızı Elmas Erşanla evlənib. Bu evlilikdən Erol Taşın 1968-ci ildə Müjgan adlı qızı anadan olub.
Mükafatları
redaktə- 1965-ci ildə Antalya Qızıl Portağal kinofestivalı, İkinci plan ən yaxşı kişi obrazına görə, "Divarın o biri üzü"
- 1968-ci ildə Antalya Qızıl Portağal kinofestivalı, İkinci plan ən yaxşı kişi obrazına görə, "İncə Cumali"
- 1975-ci ildə Antalya Qızıl Portağal kinofestivalı, İkinci plan ən yaxşı kişi obrazına görə, "Pəhriz" filmi
- İzmir Film Festivalı, İkinci plan ən yaxşı kişi obrazına görə Mükafatı, "Sahildəki Cəsəd" filmi
- Turizm Nazirliyi, Ən Yaxşı ikinci plan Aktyor Mükafatı, "Susuz Yay" filmi
- Acapulco Film Festivalı, Ən Yaxşı ikinci plan Aktyor Mükafatı, "Susuz Yaz" filmi