Ervand Sevortyan - Wikipedia
Ervand Sevortyan (22 oktyabr 1901 və ya 22 oktyabr (4 noyabr) 1901[1], Yalta, Rusiya imperiyası – 23 mart 1978[1], Moskva) — Sovet türkoloqu, etimoloqu, pedaqoq, filologiya elmləri doktoru, professor, RSFSR-in əməkdar elm xadimi. Türk dillərinin etimoloji sözlükləri içində ən iri həcmli və ən əsaslı etimoloji sözlüyün müəllifidir.
Ervand Sevortyan | |
---|---|
Ervand Vladimiroviç Sevortyan | |
Doğum tarixi | |
Doğum yeri | Yalta, Krım |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Moskva |
Vətəndaşlığı | SSRİ |
Elm sahəsi | türkologiya |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
İş yerləri |
|
Alma-mater | Simferopol Universiteti |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları | "Şöhrət" ordeni |
Həyatı
redaktə1901-ci ildə dünyaya göz açıb, 1930-cu ildə Simferopoldakı Krım Pedaqoji İnstitutunu bitirir. Daha sonra Moskva Dilçilik Elmi-Tədqiqat İnstitutunda aspiranturanı başa vurub həmin institutda elmi işçi kimi çalışır, bir neçə il türk dilləri bölməsinin müdiri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub: Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunda, Moskva Şərqşünaslıq İnstitutunda, Moskva Dövlət Universitetində, Xarici Dillər İnstitunda dərs deyib. 1957-ci ildə "Azərbaycan ədəbi dilində affiksal (şəkilçi köməkliyi ilə) feildüzəltmə" mövzüsunda doktorluq işini müdafiə edir. 1958-ci ildə "Türk dillərinin etimoloji sözlüyü"nün (8 cilddə, 1978-2008) üzərində işlərə başlayır. Sözlüyün I cildinin dərc edilməsi, II-IV cildlərin çapa hazırlanması Sevortyan tərəfindən görülür, ölümündən sonra iş həmkarları tərəfindən davam etdirilir.[2]
Türk Dil Qurumunun müxbir üzvü olub (1957).[3]
Əsərləri
redaktə- Türk dilinin qrammatikası («Грамматика турецкого языка», 1947);
- Türk ədəbi dilinin fonetikası («Фонетика турецкого литературного языка», 1955);
- Azərbaycan ədəbi dilində affiksal feildüzəltmə («Аффиксы глаголообразования в азербайджанском литературном языке», 1957);
- Azərbaycan dilində affiksal feildüzəltmə («Аффиксы глаголообразования в азербайджанском языке», 1962);
- Azərbaycan dilində affiksal ismi sözdüzətmə («Аффиксы именного словообразования в азербайджанском языке», 1966);
- Azərbaycan dilinin qrammatikası («Грамматика азербайджанского языка», 1971, M. Şirəliyevlə birgə).
Məqalələri
redaktə- Sovet türkologiyasının inkişafı tarixindən (Из истории развития советской тюркологии.// Известия АН СССР, ОЛЯ, 1955, том ХIV, вып. 2)
- Müzakirəardı illərdə sovet türkologiyası (Советская тюркология в последискуссионные годы. // Известия АН СССР, ОЛЯ, 1953, том ХII, вып.6)
- "Türk dillərinin tarixi öyrənilməsinin bəzi məsələlərinə dair" məqaləsi («О некоторых вопросах исторического изучения тюркских языков», 1960)
- "Türk dillərinin çağdaş durumu və SSRİ-də tarixi öyrənilməsinin bəzi məsələləri" məqaləsi («Современное состояние и некоторые вопросы исторического изучения тюркских языков в СССР», 1961)
İstinadlar
redaktə- ↑ 1 2 Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
- ↑ "Этимологический словарь тюркских языков в 8 томах (1978-2008)". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.
- ↑ "Чувашская энциклопедия — Севортян Эрванд Владимирович". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.