Eski Yurt - Wikipedia
Eski Yurt (krımtat. Eski Yurt, ukr. Ескі-Юрт) — Krımın cənub-qərbində qəsəbə. Son məlumatlara görə kənd Podqorodno kəndinin inzibati ərazisinə daxildir. Tarixən Baxçasaray şəhərinin qərb hissələrinə aid idi. Kəndin adı Krım-tatar dilində köhnə yer, kənd deməkdir.
Eski Yurt | |
---|---|
44°45′05″ şm. e. 33°50′44″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəQızıl Orda dövründə Eski Yurt, Xerson və Kalamita limanlarından Krım yarımadasının daxili hissəsinə qədər ticarət yolunun üzərində yerləşirdi və böyük önəmə malik idi. Qəsəbənin ölçüsü haqqında elə Krımın qərb hissəsindəki ən böyük və ən qədim müsəlman qəbiristanlığının miqyası məlumat verir. Yaşayış məntəqəsi 1441-ci ildə müstəqil bir dövlət olaraq qurulan Krım xanlığı tarixində belə qorunub saxlanmışdır.
Məhs 1532-ci ildə Bağçasaray şəhərinin əsası qoyulduqdan sonra kənd özünün əvvəlki iqtisadi və inzibati statusuni itirdi. Buna baxmayaraq Eski Yurt Aziz Malik-Aşterin sayəsində bölgənin ən önəmli müsəlman dini inanc mərkəzlərindən biri idi. 1939-cu ilin məlumatına görə kənd ərazisində 916 nəfər yaşayırdı.[1]
1948-ci ildə Krım tatarlarının sürgünündən sonra Eski Yurt kəndi Podqorodne adlandırıldı. Sonradan hər iki kənd Bağçasaray şəhər sərhədlərinə daxil edildi. 1980-ci illərdə kəndin «Əziz» yerində bir bazar yaradıldı. 1963-cü ildə XIV-XVI əsrlərə aid dörd məqbərə memarlıq abidələri kimi dövlət qeydiyyatına alındı.
2004-cü ildə Bağçasaray Dövlət Tarix-Mədəniyyət Qoruğu qorunan tarixi və memarlıq abidələri əsasında dövlət muzeyinin yaradılması layihəsini hazırladı. 2006-cı ildə bazar yeni bir yerə köçürüldü, genişmiqyaslı arxeoloji tədqiqatlar aparıldıqdan sonra «Əziz» və ətraf ərazilərdəki abidələrin muzeyləşdirilməsi üçün hazırlıqlar görüldü.
Xarici keçdlər
redaktə- Эски-Юрт. Святыня или ржавеющий рынок. Фоторепортаж
- Веб-сайт О. Гайворонского об исчезнувшем городе Эски-Юрт[ölü keçid] — описание и электронная библиотека упоминаний об Эски-Юрте.
- Башкиров А., Боданинский У. Памятники крымскотатарской старины. Эски-Юрт // Новый Восток. — 1925. — № 8-9.
- Иванов А. А. Надписи из Эски-Юрта /Северное Причерноморье и Поволжье во взаимоотношениях Востока и Запада в XII—XVI веках. — Ростов-на-Дону, 1989.
İstinadlar
redaktə- ↑ Музафаров Р. И. Крымскотатарская энциклопедия. — Симферополь: Ватан, 1995. — Т. 2 /Л — Я/. — 425 с. — 100 000 экз.