Estetik Cerrahiye - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Estetik cərrahiyə — tibbdə xarici görünüşün dəyişdirilməsi məqsədilə həyata keçirilən cərrahiyyə.
İstər insanda, istər heyvanlarda istərsə də füsunkar təbiətdə fərqli formada əks olunmasına baxmayaraq, hamımız gözəlliyi sevir, daima onu axtarır, gördüyümüzdə isə ondan həzz alırıq. Dövrümüzün insanlarına nəzər salsaq, görərik ki, onlar daxili gözəlliklə müqayisədə daha çox zahiri gözəlliyin qayğısına qalırlar. Gözəllik dünyasında elmin son "sıçrayış"larına aid rəsmi statistikaya nəzər salsaq, görərik ki, təbii gözəllik üzərində inqilab etmiş süni gözəlliyə- kosmetik əməliyyatlara dair statistik rəqəmlər heyrətedicidir. Məsələn, təkcə Parisdə kosmetik cərrahiyyə əməliyyatı ilə məşğul olan 200 mərkəz mövcuddur, və hər il bu mərkəzlərdə 60 min plastik əməliyyat aparılır.
ABŞ-də isə kosmetik əməliyyatlar Amerika cəmiyyətinin ənənəsinə çevrilib. Dünyada kosmetik əməliyyatların sayı baxımından ABŞ 21% nisbəti ilə birinci yeri, Braziliya 14% nisbəti ilə ikinci yeri, Meksika isə 8% nisbəti ilə üçüncü yeri tutub. Estetik (eyni zamanda cavanlaşdırıcı əməliyyat) əməliyyat — dünyada həm kişilər, həm də qadınlar arasında ən populyar əməliyyat növüdür.
Estetik cərrahiyənin növləri
redaktəPlastik əməliyyatların bir neçə növü mövcuddur.
- Dünyada ən çox edilən əməliyyat "Ritidektomiya" adlanan sifət və boyun dərisinin dartılmasıdır. Bu əməliyyat növünün keçən əsrin əvvəllərində Avropada yaranmasına baxmayaraq, uzun müddət gizlin saxlanılıb. Liposaksiya-bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növüdür. Bu metod ilk dəfə iyirmi il əvvəl Fransada yaranıb.
- Estetik cərrahiyyənin "Blefaroplastik" növü isə gözətrafı dəridəki qırış və torbanı yox etmək üçün bir neçə kosmetik əməliyyatın birləşməsidir. Rinoplastik əməliyyat isə burunun kiçildilib ya da böyüdülərək yenidən formalaşdırılması, kiçik donqarın götürülməsi, burun deşiklərinin daraldılması, və burun ucunun incəldilib formalaşdırılması, eyni zamanda var olan septum əyriliklərinin düzəldilməsidir. Bu ən qədim əməliyyat növü hesab olunur, məsələn burunun plastikasının Hindistan növü artıq 5 min ildir mövcuddur.
- Estetik cərrahiyyənin digər növü isə "Abdominoplastiya"-dır. Bu əməliyyat qarın və göbək zonalarında ortaya çıxan artıq piy və dərinin alınması və qarın divarının incəldilib sıxışdırılmasıdır. "Auqmentasiya isə döşlərin ölçü və formalarının müxtəlif növdə məmə protezləri ilə gözəlləşdirilməsidir. Plastik cərrahi, estetik və rekonstruktiv cərrahi ilə əlaqədardır. Kosmetik cərrahi normal bədən strukturunu yenidən formalaşdıraraq insanın görünüşünü və özünü qavrayışını inkişaf etdirir.
- Rekonstruktiv cərrahi isə doğuşdan ya da sonradan ortaya çıxan səbəblərlə meydana gəlmiş normal olmayan bədən strukturları üzərində tətbiq edilirvə birinci məqsədi bədən strukturlarının funksiyalarını mümkün olduğu qədər geri gətirməkdir.
Cərrahi əməliyyatlar
redaktəTez-tez tətbiq edilən esteik, plastik, rekonstruktiv cərrahi əməliyyatlara daxildir:
- Burundakı forma qüsurları;
- Üz sümüklərindəki forma qüsurları;
- Çənə sümüyündəki forma qüsurları;
- Qarın və ayaqlarda, qollarda həddindən artıq piylənmə, piy yığımındakı nizamsızlıqlar
- Məmə nisbətsizlikləri(böyüklük-kiçiklik)
- Dəri problemləri; qırışlar, istənməyən ləkə və tatuirovka, izlər
- Üzdə yaşlanma; üz-boyun dərisinin və əzələlərinin sallanması, qırışma Alt-üst göz qapağında sallanmalar.
Britaniyanın Estetik Cərrahlar Assosiasiyasının prezidenti Nigel Mercer kosmetik əməliyyatlar sənayesini "nizamlanmayan qarışıqlıq" kimi təsvir edib, və bildirib ki, bu sənayedə sərt qaydalara ehtiyac var. Estetik cərrahinin lazımı olub olmamağı o insanın öz qərarıdır. Estetik cərrahlar bu mərhələdə öz elmi yığım və təcrübələrini ortaya qoyaraq insanı məlumatlandırır, məntiqli və əldə edilə bilən bir alternativə istiqamətləndirirlər.
Xarici keçidlər
redaktəEstetik Cərrahiyə və onun dünya praktikasında tətbiqi. [ölü keçid]