Estoniya Demir Yollari - Wikipedia
Estoniya dəmir yolları ümumi uzunluğu 1320 km olan dəmir yol şəbəkəsi (2005 ilə olan məlumata görə 132 kilometri elektrikləşdirilmişdir)[1]. Reylslər arasında məsafə 1520 mm-dir. Bu əsasən keçmiş sovet ölkələrində mövcuddur. Estoniyanın əsasən voğzalı Batik voğzalıdır. Milli şirkətin rəhbəri "Eesti Raudteedir".
Tarixi
redaktə24 oktyabr 1870-ci ildə Estoniyada ilk dəmir yolu Paldiski—Pevel—Narva—Qatçina istiqamətində çəkilmişdir. Elə həmin ildə Peterburq-Varşava dəmir yolu birləşdirilmişdir. Baltik dəmir yolları 1870-ci ildə Qatçindən Tasno xətti birləşdirilir.
1877-ci ildə Tapa—Derpt yolu inşa edilir. 1897-ci ildə yol Valqa ilə birləşdirilir. 1896-ci ildə isə ilk ensiz dəmir xətti (750 мм) olan Valqa—Pyarnu istifadəyə verilir. 1897-ci ildə Mıyzayoladan Vilyandi, oradan isə Payde və Revele limanına çəkilir. Daimi hərəkət isə 1901-ci ildə yaradılır.
Müstəqil dəmir yolları isə 15 noyabr 1918-cı ilə təşkil edir.
1931-ci ildə enli reylsli Tartu — Peçora xətt istifadəyə verilir. Bununla da Rusiya və Ukrayna ilə əlaqə təmin edilir.
1940-ci ildə Estoniya dəmir yolları SSRİ ilə birləşdirilir. Bu zaman dəmir yollarının uzunluğu 1447 kilometrə çatır.
Paravozların Teplovozlarla əvəzlənməsi 1958-ci ildə başlayır və 1960-cı illdə bitir.
1963-cü ildə EDY Latviya və Litva dəmir yolları ilə birləşdirir. Bununla da Baltikyanı dəmir yolları təşkil edilir[2]
1 yanvar 1992-cü ildə müstəqil dövlətin Estoniya dəmir yolları adlı dövlət şirkəti təşkil edilir.
1997-ci ildə şirkətin əsasında "Eesti Raudtee" Səhmdar Cəmiyyət təşkil edilir.
2007 ildə Estoniya Respublikası 66 % səhmi 2,35 milyard krona geri alır[3]
2009-cu ildə komersiya şirkəti olan "Eesti Raudtee" SC iki hissəyə bölünür: AS EVR Infra — idarə etmə və infrastruktur məsələri. AS EVR Cargo — yük daşıma məsələləri.
Tranzit
redaktəYükdaşımanın illərə görə dinamika[1]:
İl | 1995 | 1996 | 1997 | 1998 | 1999 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Tranzit yüklərin miqdarı (mln tonn) | 23,7 | 24,8 | 28,9 | 31,6 | 37,1 | 39,4 | 38,5 | 42,1 | 42,1 | 42,8 | 44,3 |
Rusiya ilə tranzit
redaktə2005-ci ildə 87 % tranzit yükləri Rusiya ilə daşınmışdır.[1] Bürünc əsgər hadisəsindən sonra Rusiya dəmir yolları Estoniyaya neft idxalını dayandırır. Tranzit yükləri 40 %, Tallin limanında yükdaşıma isə 25 % aşağı düşür[4]. Bu səbəbdən dəmir yol işçilərinin bir qismi öz iş yerlərini itirmişdir[5]. 2010-cu ildə yükdaşıma 2009-cu ilə nisbətdə 1,8 milyon ton artaraq 20,1 milyon ton olmuşdur.
Dəmir yolları
redaktəHarırda Estoniyada 8 dəmir yolu xətti vardır.
Dəmir yolu | Açılış ili | Uzunluğu (km) |
---|---|---|
Valqa — Peçora dəmir yolu | 1889 | 96,5 |
Keyla — Paldiski dəmir yolu | 1870 | 20,8 |
Keyla — Piyzirepe dəmir yolu | 1905 | 24,6 |
Klooqa — Klooqaranna dəmir yolu | 1960 | 3,4 |
Lelle — Pyarnu dəmir yolu | 1928 | 69,5 |
Tallin — Vilyandi dəmir yolu | 1901 | 153,6 |
Tallin — Keyla dəmir yolu | 1870 | 26,8 |
Tallin — Narva dəmir yolu | 1870 | 211 |
Tapa — Tartu dəmir yolu | 1876 | 112,5 |
Tartu — Valqa dəmir yolu | 1887 | 82,5 |
Tartu — Peçora dəmir yolu | 1931 | 87,3 |
Elektrikləşdirilmiş xətt
redaktəElektrikləşdirilmiş dəmir yollarının uzunluğu 132,2 km təşkil edir.
- Тallinn — Aeqviydu — 56,7 km.
- 14 stansiya: Tallinn-Balti, Kitsekyola, Yolemiste, Yolemiste st, Vesse, Ladeqi, Kulli, Arukyola, Raaziku, Parila, Kexra, Laxinquvyalya, Mustyıse, Aeqviydu.
- Тallinn — Keyla — Riyzipere — 51,3 km.
- 22 stansiya: Tallinn-Balti, Tallinn-Kopli, Lillekyola, Tondi, Yarve, Raxumyae, Nimme, Xiy, Kivimyae, Pyaeskyola, Laaqri, Urda, Padula, Saue, Valinqu, Keyla, Kulna, Vazalemma, Kibuna, Laytse, Yanika, Piyzipere.
- Keyla — Paldiski — 20,8 km məsafədə.
- 7 stansiya: Keyla, Niytvyalya, Klooqa, Klooqa-Aedlinn, Pıllkyola, Lаоkyola, Paldiski.
Üstəlik Klooqa — Klooqaranna 3,4 km məsafədə elektrikləşdirilmişdir.
Xarici keçidlər
redaktə- Estoniya dəmir yollarının muzeyi Arxivləşdirilib 2013-03-17 at the Wayback Machine (ing.) (est.) (rus.)
- Estoniya dəmir yollarının rəsmi saytı (ing.) (est.) (rus.)
İstinadlar
redaktə- ↑ 1 2 3 Структурные реформы на АО "Эстонская железная дорога" Arxivləşdirilib 2014-02-01 at the Wayback Machine // Транспорт Российской Федерации № 5 2006 il.
- ↑ Pribaltika dəmir yolları Arxivləşdirilib 2021-11-18 at the Wayback Machine — Böyük Sovet Eksiklopediyası
- ↑ "Estoniya Parlamenti dəmir yolunu milliləşdirir. 2006-12-09". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-19.
- ↑ Estoniya: Rusiya ilə iş görməyəsən! 09.06.2011 Arxivləşdirilib 2011-08-24 at the Wayback Machine // Azad mətbuat.
- ↑ "Estoniyada dəmiir yolçular iş yerlərini Rusiyanın səbəbbindən itirir. 20. sentyabr 2007". 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-19.