Estoniyada Isvecliler - Wikipedia
Estoniyada isveçlilər və ya Baltik isveçləri — Estoniya ərazisində yaşayan isveçlilər[1][2] nəzərdə tutulur. Onlar orta əsr Estoniyasının tarixinə öz tövhəsimi vermiş və İkinci Dünya müharibəsinin sonlarına qədər seçilmiş milli azlıqlardan olmuşdur.
Tarixi
redaktəSahil isveçləri qədim və sonradan yenidən bölgəyə almanlar tərəfindən köçürülmüş Skandinaviyalıların yörəmələridirlər. X-XI əsrlər bölgəyə vikinqlər sonradan isveçlilər və nəhayətdə almanlar köç etmişlər. Onlar indiki Estoniyanın sahil ərazilərini X-XVIII əsrlərdə nəzarətdə saxlamışlar.
1561—1721-ci illər ərzində,estonların indiki ərazilərini İsveç nəzarətdə saxlamışdır. Bu səbəbdən Estoniyada isveçələrin sayı XVII əsrdə pik dönəminə çatmişdir. Onlar bölgədə sayı 12 000 təşkil edirdi. On zamanlar az əhaliyə malik estoniyanın 5 % - 10 % arasınl təşkil edirdilər.
Estoniyanın Rusiya imperiyasına birləşməsindən sonra regionda yaşayan almanlar özlərinin sosial-iqtisadi mövcudluğu ilə yanaşı mədəni kimliklərini qoruyub saxlaya bilmişdilər. Finlər ərazi muxtariyyəti ilə öz mövcudluqlarını sürdürdükləri halda isveçlilərə bu imtiyazlar verilməmişdir. Onlar tədricən digər xalqların arasında əriyirdilər. Yekaterina isə onları köçürmək haqqında verdiyi fərmanla bölgədə sayları sıfıra enir[3]. Hiyumaa adasından 1800 nəfər Ukraynaya köçürülmüşdür. Onlar burada Staroşvedskoe kəndini salmışlar.
1934-cü ildə artıq müstəqil Estoniyada 7641 nəfər özünün doğma dilini isveç dili (Ölkə əhalisinin 0,7 %) hesab edirdi. Baltik dənizinin adalarının böyük əksəriyyətinin əhalisini isveçlilər üstünlük təşkil edir. Bunlardan Ruhnu və Vorsmi adalarını göstərmək olar. Bununla belə isveçlilərin sayı olduqca azalmışdı
Estoniyanın SSRİ tərəfindən işğalından sonra, əsasən 1943—1944-ci illərdə isveçlilərin böyük qismi İsveç və ABŞ kimi ölkələrə köç etmək məcburiyyəti qarşıdında qalmışlar.
Estoniya isveçləri XXI əsrdə
redaktəHazırda Estoniyada yaşayan isveçlilər əsasən bank sahəsi, daşınmaz əmlak və s. sahələrdə çalışırlar.
Mənbə
redaktə- Estoniya isveçlilərinin tarixi və mədəniyyəti haqqında ətraflı məruzə
- Lyanemaaski Muzeyi Arxivləşdirilib 2010-04-11 at the Wayback Machine (est.) (rus.) (ing.)
- Sahil isveçlilərinin Xaapsaldakı muzeyi (est.) (isveç.)
- İsveç St Michaels kilsəsinin saytı (est.) (isveç.) (alm.)
İstinadlar
redaktə- ↑ "Estoniyada isveç milli azlığının mədəniyyət saytı". 2010-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.
- ↑ "İsveç dilinində dərs dyilən gimnaziya". 2007-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.
- ↑ "Hiyumaa isveçləri". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.