Etibar Eliyev Huquqsunas - Wikipedia
Etibar Əliyev (15 aprel 1957, Astarxanbazar) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki.[1]
Etibar Əliyev | |
---|---|
Doğum tarixi | 15 aprel 1957 (67 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Hüquq |
Elmi dərəcəsi | Hüquq üzrə elmlər doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Həyatı
redaktəEtibar Əli oğlu Əliyev 15 aprel 1957-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə orta məktəbdə təhsil almışdır. 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) "Avtomobil nəqliyyatı" fakültəsinə daxil omuş, 1978-ci ildə institutu əla qiymətlərlə bitirmişdir. Həmin ildə təyinatla Azərbaycan Respublikasının daxili işlər orqanlarına göndərilmişdir. 1983-cü ildə SSRİ DİN Ali İstintaq Məktəbinə qəbul olmuş və 1988-ci ildə həmin məktəbi hüquqşünas ixtisası ilə bitirmişdir. Polis polkovniki Etibar Əliyev 2008-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci və 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisinin müavini vəzifəsində çalışır.[2] Müharibə veteranıdır.
Etibar Əliyev Azərbaycan Respublikası Gənc Hüquqşünaslar Birliyinin Ekspert Şurasının sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının elmi eksperti, Avrasiya Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
Etibar Əliyev haqqında filologiya üzrə elmlər doktoru İ.M.Əliyeva tərəfindən "Müqəddəs ocaqlar yurdundan başlanan yol: "Etibar-55"" (Bakı, 2012) kitabı tərtib edilmişdir.
Fəaliyyəti
redaktəEtibar Əliyev 2000-ci ildə BDU-da dissertanturaya qəbul olmuş, 2003-cü ildə "Beynəlxalq hüquq" ixtisası üzrə "Nəqliyyat Azərbaycan Respublikasının beynəlxalq müqavilə praktikasında (beynəlxalq-hüquqi təhlil)" mövzusunda hüquq üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 2013-cü ildə "Qloballaşma dövründə beynəlxalq nəqliyyat münasibətlərinin hüquqi tənzimlənməsi" mövzusunda hüquq üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2015-ci ildən BDU-nun "Beynəlxalq xüsusi hüquq və Avropa hüququ" kafedrasında professor vəzifəsində çalışır. 100-dən çox elmi əsərin, dərsliklərin müəllifidir. 2004-cü ildən "Nəqliyyat hüququ" elmi-nəzəri, təcrübi jurnalın həmtəsisçisi və redaksiya şurasının üzvüdür. 20 sentyabr 2005-ci ildən Moskva Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.
Etibar Əliyev bir çox tədris proqramlarının da tərtibçilərindəndir. Bakalavr təhsil pilləsi üçün "Nəqliyyat hüququ" fənninin tədris proqramının (Bakı, 2012), "Beynəlxalq iqtisadi hüquq" fənninin tədris proqramının (Bakı, 2013), "Beynəlxalq nəqliyyat hüququ" fənninin tədris proqramının (2013), Avropa hüququ fənninin tədris proqramının (Bakı, 2015) və s. hazırlanmasında iştirak etmişdir.
"Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanununun, "Dövlət Yol Polisi" Əsasnaməsinin və digər normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmişdir.[3]
Filologiya elmləri namizədi G.Kazımlı tərəfindən Etibar Əliyevin kitabları və elmi məqalələri haqqında biblioqrafik nəşr hazırlanmışdır.
Elmi əsərlər
redaktəKitablar
redaktə- Beynəlxalq nəqliyyat daşımalarının konvension təsbiti. Bakı, 2002, 152 səh.
- Транспорт в международной договорной практике Азербайджанской Республики. Москва, 2005.
- Международные транспортные правоотношения в эпоху глобализации. Москва, 2006.
- Qloballaşma dövründə beynəlxalq nəqliyyat daşımaları: hüquqi aspektlər. Bakı, 2006, 360 səh.
- Beynəlxalq iqtisati hüquq: ümumi müddəalar. Bakı, 2011, 240 səh.
- Azərbaycan Respulikasının Polis Hüququ. Bakı, 2012.
- International transport law. Baku, 2013.
- Beynəlxalq əqli mülkiyyət hüququ. Bakı, 2013.
- Avropa əqli mülkiyyət hüququ. Bakı, 2014.
- Avropa nəqliyyat hüququ. Bakı, 2014.
- Avropa hüququ: anlayışı, hüquq doktrinası və tədris kursu. Bakı, 2015.
- Avropa cinayət hüququ. Bakı, 2015, 64 səh.
- Avropa əmək hüququ. Bakı, 2015, 40 səh.
- Yol hərəkəti təhlükəsizliyinin hüquqi təminat sistemində sürücü faktoru və onun psixoloji durumu (həmmüəllif: R.Zeynalov). Bakı, 2015, 64 səh.
- Yol hərəkəti təhlükəsizliyinin təbliği: hüquqi aspektlər (həmmüəllif: K.Əliyev). Bakı, 2016, 24 səh.
- Beynəlxalq hüququn mənbələri. Anlayışı və ümumi xarakteristikası (həmmüəllif: F.Hüseynova). Bakı, 2017, 96 səh.
- Beynəlxalq hüququn prinsipləri. Anlayışı və sistemi (həmmüəllif: F.Hüseynova). Bakı, 2017.
Dərsliklər və dərs vəsaitləri
redaktə- Применение современного международного транспортного права в Азербайджанской Республике (учебное пособие) (соавтор: З.Гафаров). Москва, 2002, 352 стр.
- International legal regulation of traffic and national legislation. Baku, 2003.
- Yol hərəkətinin beynəlxalq-hüquqi tənzimlənməsi və milli qanunvericilik (dərs vəsaiti). Bakı, 2003, 260 səh.
- Nəqliyyat hüququnun əsasları (dərs vəsaiti). Bakı, 2004.
- Внешнеэкономическая деятельность современного Азербайджана (учебное пособие) (соавтор: О.Эфендиев). Баку, 2007.
- Beynəlxalq daşımaların hüquqi tənzimlənməsi (dərs vəsaiti). Bakı, 2008.
- Beynəlxalq nəqliyyat hüququ (dərslik). Bakı, 2009, 868 səh.
- Yol hərəkəti təhlükəsizliyinin hüquqi əsasları. Orta ixtisas məktəbləri üçün dəsrlik. Bakı, 2010, 368 səh.
- Azərbaycan Respublikasının nəqliyyat hüququ (dərs vəsaiti). Bakı, 2010, 544 səh.
- Административный процесс (учебное пособие). Баку, 2012, 272 стр.
- Beynəlxalq nəqliyyat hüququ (dərslik) (yeni işlənmiş və əlavə edilmiş ikinci nəşr). Bakı, 2013.
- Beynəlxalq iqtisadi hüquq (dərslik). Bakı, 2013.
- Современное международное транспортное право (соавтор: О.Эфендиев). Saarbrücken, Deutschland/Германия, 2015.
- Avropa insan hüquqları hüququ (dərs vəsaiti) (Ə.Əliyev, M.Məhərrəmova və b.). Bakı,2015, 128 səh.
- Avropa hüququ (dərslik). (Ə.Əliyev, A.Məhərrəmov və b.) E.Ə.Əliyevin ümumi redaktəsi ilə. Bakı, 2016.
- Международное транспортное право и его институты (учебник) (соавтор: О.Эфендиев). Баку, 2016, 668 стр.
- Beynəlxalq hüquq: anlayışı, hüquq doktrinası və tədris kursu. Bakı, 2016.
- Beynəlxalq iqtisadi hüquq. Dərslik. Üçüncü nəşr(yenidən işlənmiş və əlavələr edilmiş). Bakı, 2016, 690 səh.
- Polis hüququ fənninin tədris proqramı. Bakı, 2017.
- Beyəlxalq (publik) hüquq kursunun tədris proqramı (həmmüəlliflər: A.Mustafazadə, O.Əfəndiyev, F.Hüseynova). Bakı, 2018, 179 səh.
- Beyəlxalq (publik) hüquq kursu. Ümumi hissə. Dərslik. 2 cilddə (həmmüəlliflər: A.Mustafazadə, O.Əfəndiyev, F.Hüseynova). Bakı, 2018, 752 səh.
- İqtisadi hüquq kursunun tədris proqramı (həmmüəlliflər: B.S.Zahidov, S.Z.İsayev. F.E.Hüseynova, M.N.Abbasova, T.M.Tanrıverdiyev). Bakı, 2018, 151 səh.
- İqtisadi hüquq. Dərslik (həmmüəlliflər: M.K.Abdullayev, İ.V.Vəliyev, M.N.Abbasova, S.Z.İsayev). Bakı, 2019, 624 səh.