Etibar Memmedov Siyasetci - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Etibar Səlidar oğlu Məmmədov (2 aprel 1955, Bakı) — Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı.
Etibar Məmmədov | |
---|---|
4 iyul 1992 – 2004 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Əli Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 aprel 1955 (69 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEtibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə ADU-nun Tarix fakültəsinə daxil olur. Universitetdə təhsil alarkən gizli dərnəklərdə fəaliyyət göstərib, Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün məqalə yazıb və bu yazıya görə universitetdən xaric edilir. [mənbə göstərin]
Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə "Rus çarizmi və Ali müsəlman silki XIX əsrdə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.[mənbə göstərin]
Ailəsi
redaktəEtibar Məmmədov 1986-cı ildə ailə həyatı qurmuşdur. İki oğlu, bir qızı var.
Qardaşı Eldar Məmmədov 29 mart 2010-cu ildə vəfat edib.[1]
Oğlu Ayxan Etibaroğlu AMİP Gənclər Təşkilatının sədridir.[2]
İctimai-siyasi fəaliyyəti
redaktəAzərbaycan Xalq Cəbhəsində
redaktəEtibar Məmmədov siyasi prosesslərə tələbəlik dövründə qoşulmuşdur. Bakı Dövlət Universitetində təhsil alan E.Məmmədov burada gizli dərnəklərdə fəaliyyət göstərib. O, 1988-ci ildə başlamış xalq hərəkatına qoşulmuş və tanınmış simalarından birinə çevrilmişdir. E.Məmmədov AXC-nin təsis konfransında ilk İdarə Heyətinin üzvü seçilmişdir.
20 yanvar hadisələrində sonra 25 yanvar 1990-cı il tarixdə Etibar Məmmədov həbs olunaraq Lefortovo həbsxanasına aparılmış və 9 ay burada saxlanlılmışdır.[mənbə göstərin] 1–2 noyabr 1990-cı ildə Bakıda, Mərdəkanda Məhkəmə prossesi keçirilir. Etibar Məmmədov Məhkəmə zalından azad olunmuşdur.[mənbə göstərin]
1989-cu ildə tətil hərəkatına başçılıq edib. 1990-cı il yanvar hadisələrindən sonra Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən DTK tərəfindən həbs olunmuş, 9 ay Lefortovo həbsxanasında saxlanılmışdır.[mənbə göstərin] E.Məmmədovun azadlığa buraxılması üçün o dövrdə 1,5 milyon imza toplanmışdır.[mənbə göstərin]
Etibar Məmmədov həbsdən azad olunduqdan sonra seçkilərdə namizəd olaraq iştirak edərək deputat seçilmişdir. [mənbə göstərin]
1991-ci ildə Azərbaycan Respublikası Parlamentində Demblokun həmsədri olub.[mənbə göstərin] 1991-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Dövlət Müdafiə Şurasının üzvü olub.[mənbə göstərin] "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktının həmmüəlifidir.[mənbə göstərin] Dövlət müstəqilliyinin tanınması ilə bağlı Türkiyə və Pakistanda olan Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.[mənbə göstərin]
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.[mənbə göstərin]
Azərbaycan Milli İstiqlal Partiyasında
redaktə1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılıqları yaşanmış və bir qrup şəxs Etibar Məmmədov ətrafında birləşmişdir. Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya - Azərbaycan Milli İstiqlal Partiyasının Təşkilat Komitəsini yaratmışdır. Bu barədə 15 oktyabr 1991-ci il tarixində Azərbaycan Televiziyası ekranlarından Təşkilat Komitəsinin Bəyənnaması elan olunmuşdur. Növbəti gün isə Etibar Məmmədovun çap etdirdiyi "Millət" qəzetinin sınaq nəşrində məlumat dərc olunmuşdur. Təşkilat Komitəsinə Etibar Məmmədov, Şadman Hüseyn, Nazim İmanov, Vilayət Quliyev, Eldar Salayev, şair Məmməd Araz kimi şəxslər də olmuşdur.[3]
Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsi 3 iyul 1992-ci il tarixinə qurultay çağırmışdır. 3 iyul 1992-ci il tarixində Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında partiyanın Təsis Qurultayı keçirilmişdir.[3] Qurultayın ilk günündə prezident Əbülfəz Elçibəyin təbrik məktubu oxunmuşdur.
Qurultayın 2-ci günündə Etibar Məmmədov öz şəxsi qəzeti olan "Millət" qəzetinin partiyanın rəsmi mətbuat orqanı olduğunu elan etmişdir. Nizamnaməyə əsasən partiya sədrliyinə namizədlər elan olunmalı və namizədlər sədr seçiləcəyi təqdirdə təyin edəcəkləri müavinləri açıqlamalı idilər. Qurultay iştirakçılarının təklifi ilə sədrliyə Etibar Məmmədov namizəd olmuşdur. Qurultaya nümayəndə seçilən 503 nəfərdən qurultayda 486-sı iştirak etmişdir. Onlardan 421 nəfəri seçkilərdə iştirak etmiş, tək namizəd olan Etibar Məmmədov lehinə 419 səs, əleyhinə isə 3 səs verilmişdir. Sədr müavinliyinə namizəd Nazim İmanovun lehinə 416 səs, əleyhinə isə 5 səs verilmişdir. Beləliklə Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Nazim İmanov isə sədrinin müavini seçilmişdir.
1995-ci il parlament seçkilərində Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur.[4] Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan[5] Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri 3-cü sırada tamamlamış və siyahısından ilk 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn deputat seçilmişdir.[6]
1995-ci ildə Heydər Əliyevin sədri olduğu Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub.[7] 1998 və 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentliyinə namizəd olub.
İstinadlar
redaktə- ↑ "Etibar Məmmədovun qardaşı vəfat edib" (az.). modern.az. 29.03.2010, 15:25. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-03.
- ↑ "Arxivlənmiş surət". 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- ↑ "Proporsional seçkilərə qatılmış partiyalar". Mərkəzi Seçki Komissiyası. 2004-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
- ↑ Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- ↑ "Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin qərarı". 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.