Eyvaz Turbesi - Wikipedia
Eyvaz Turbesi - Wikipedia - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Eyvaz türbəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzinin cənub hissəsində, Pir Eyvaz qəbiristanlığının şimal tərəfində yerləşən tarixi-memarlıq abidəsi.
Pir Eyvaz daşıdığı tituldan (pir) göründüyü kimi məşhur sufi şeyxi olmuş Ordubad şəhərində Bəktaşi xanəgahı yanında dəfn olunmuş, qəbirin üstündə türbə inşa edilmişdir. Qəbirin üstündə sementlə bir-birinə bərkidilmiş mərmər baş daşı parçalarının üzərində olan kitabə qalıqlarında sufiliklə bağlı bəzi terminlər həkk edilmişdir. Türbənincənubundakı Pir Eyvaz qəbiristanlığı bu qəbirin xatirəsinə keçirilən dəfn mərasimləri hesabına yaranmışdır. XVI əsrə aiddir. XX yüzilliyin 80-ci illərində dağıdılmışdır.
Mənbə
redaktə- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.90.