Eyzenhauer Doktrinasi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
1952-ci ildə prezident seçkilərində qalib gələn respublikaçıların nümayəndəsi Duayt Eyzenhauer Sovet İttifaqına qarşı “zor işlətmək” xəttini daha da genişləndirdi. 1957-ci il yanvarın 5-də Eyzenhauer Yaxın və Orta Şərq ölkələrində ABŞ-nin siyasəti haqqında xüsusi məktubla konqresə müraciət etdi. Eyzenhauerin bu məktubu Sovet İttifaqının və beynəlxalq kommunizmin təcavüzünə qarşı yönəldilmişdi. Bu rayonda böhranlı vəziyyətin olduğunu, həmin dövrdə dünya neft ehtiyatlarının 2/3 hissəsinin burada yerləşməsini, Yaxın Şərqin Avropa, Asiya və Afrika arasında qapı rolu oynamasını və üç səmavi dinin yarandığı yer olduğunu qiymətləndirən Eyzenhauer Yaxın və Orta Şərqdə ABŞ hərbi qüvvələrini tətbiq etməyə icazə verilməsini konqresdən xahiş etdi. Yaxın və Orta Şərq ölkələri ilə hərbi, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan bu doktrina onların təhlükəsizliyini qoruyurdu. Burada təcavüzün qarşısını almaq üçün qüvvə tətbiq edilməsi də əsaslandırıldı.
Eyzenhauerin müraciəti sovet hökuməti tərəfindən ABŞ-nin Yaxın və Orta Şərq ölkələri üzərində hökmranlığının yaradılması proqramının elan edilməsi kimi qəbul olundu. Sovet İttifaqı bu proqramın əleyhinə çıxdı. 1957-ci ildə Qahirədə keçirilmiş müşavirədə Misir, Səudiyyə Ərəbistanı, İordaniya və Suriya bu doktrinanı rədd etdilər. Bundan fərqli olaraq, Livan, İraq, İran, Türkiyə, İsrail Eyzenhauer doktrinasını dəstəklədilər. Livanın razılığından sonra 1958-ci ildə amerikan hökuməti bu ərazidə ABŞ qoşunlarını yerləşdirdi.