Fovziye Bint Fuad - Wikipedia
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد; 5 noyabr 1921[1][2] – 2 iyul 2013[1][2], İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı.
Fövziyyə bint Fuad | |
---|---|
ərəb. فوزية بنت فؤاد الأول | |
İran məlikəsi | |
1941 – 1945 | |
Əvvəlki | Tacülmüluk |
Sonrakı | Sürəyya İsfəndiyari |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 noyabr 1921[1][2] |
Vəfat tarixi | 2 iyul 2013[1][2] (91 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | Qahirə, Misir |
Fəaliyyəti | consort[d] |
Atası | I Fuad |
Anası | Nazlı Səbri |
Həyat yoldaşları |
|
Ailəsi | Kavalalı ailəsi |
Dini | İslam, Sünni |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi.[3] Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı.[4]
Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu[5][6] və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü.[7] Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da,[8][9] toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar.[10] Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə,[11][12] daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi.[4][10] 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.[13]
1941-ci ildə ildə Məhəmməd Rza Pəhləvi şah elan edilmişdir. Eyni zamanda şah və həyat yoldaşının ailə həyatı dağılmağa başlamışdır. 1945-ci ildə Qahirəyə qayıdan Fövziyyə Misir məhkəməsindən boşanma haqda şəhadətnamə əldə etmişdir.[14] İranı tərk etməyinin səbəbi, öz sözlərinə görə, o zamankı Tehranın Qahirəylə müqayisədə geridə qalmış bir şəhər olduğu, İranın iqlimi ona düşmədiyi[15][16] və hətta şahın ona xəyanət etdiyi idi.[17] Bütün bunlar Fövziyyənin hələ məlikə olduğu ikən depressiya halına düşdüyü ilə və Bağdadda psixiatrik müalicə keçmək məcburiyyətində olduğu ilə nəticələnmişdir.[10]
Fövziyyənin əldə etdiyi boşanma sənədləri İranda 1948-ci ilə qədər tanınmırdı.[18] Maraqlıdır ki, Fövziyyənin qardaşı Fərrux şah da ilk arvadı məlikə Fəridəni 1948-ci ildə boşamışdır.[18][19] Lakin İranda boşanma bərqərar olunandan sonra şah rəsmi bəyanatında boşanmanın səbəbi kimi "İran iqliminin məlikənin səhhətinə düşərli olmadığını" demişdi və boşanmanın "Misir və İran arasında olan dostluq əlaqələrinə heç cür təsir göstərməyəcəyini" bildirmişdir.[20]
1949-cu ildə şahzadə titulunu özünə qaytarmış Fövziyyə polkovnik İsmayıl Şirin ilə ailə qurmuşdur.[21] Bu nikahdan iki övlad dünyaya gəlmişdir: Nadiyə xanım və Hüseyn Şirin əfəndi.[22] 1952-ci ildə inqilab nəticəsində baş vermiş qardaşı sultan Fərruxun devrilişindən sonra artıq sabiq şahzadə Fövziyyə Misirdə qalıb ömrünün sonunacan İsgəndəriyyədə yaşamışdır. Fövziyyə bint Fuad 2013-cü ildə 91 yaşında vəfat etmiş və Qahirədə ikinci həyat yoldaşının qəbrinin yanında torpağa tapşırılmışdır.[23]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119557533 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 4 Fawzia Fuad // Find a Grave (ing.). 1996.
- ↑ Goldschmidt, Arthur. Biographical dictionary of modern Egypt. Lynne Rienner Publishers. 2000. səh. 191. ISBN 1-55587-229-8.
- ↑ 1 2 "Colorful Fetes Mark Royal Wedding that will Link Egypt and Persian". The Meriden Daily Journal. 13 March 1939. 6 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2013.
- ↑ Camron Michael Amin. The Making of the Modern Iranian Woman: Gender, State Policy, and Popular Culture, 1865-1946. University Press of Florida. 1 December 2002. 137. ISBN 978-0-8130-3126-2. 12 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2013.
- ↑ "The Pahlavi Dynasty". Royal Ark. 14 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2013.
- ↑ "Centers of Power in Iran" (PDF). CIA. May 1972. 2 March 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 August 2013.
- ↑ Charmody, Diedre. "Nixon forth to see Shah". The Leader Post. New York. 27 July 1973. 6 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2012.
- ↑ Rizk, Yunan Labib. "Royal mix". Al Ahram Weekly (784). 2 - 8 March 2006. 25 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 July 2013.
- ↑ 1 2 3 "Earlier Marriages Ended In Divorce. Deposed Shah of Iran". The Leader Post. AP. 29 July 1980. 15 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2013.
- ↑ "Princess Fawzia of Egypt Married". The Meriden Daily Journal. Cairo. AP. 15 March 1939. 19 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2013.
- ↑ Ghazal, Rym. "A forgotten Egyptian Princess remembered". The National. 8 July 2013. 17 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2013.
- ↑ Dagres, Holly. "When they were friends: Egypt and Iran". Ahram Online. 4 February 2013. 20 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2013.
- ↑ "Iran and its playboy king". The Milwaukee Journal. Time Magazine. 9 January 1946. 13 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 July 2013.
- ↑ Steyn, Mark. "The Princess and the Brotherhood". National Review Online. 5 July 2013. 8 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2013.
- ↑ Anderson, Jack; Les Whitten. "CIA: Shah of Iran a dangerous ally". St. Petersburg Times. Washington. 11 July 1975. 19 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2013.
- ↑ Morgan, Thad. "Does Vivien Leigh Look Like Princess Fawzia?". Bio. 11 July 2013. 12 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 August 2013.
- ↑ 1 2 "Queens Lack Male Heirs, Lose Mates". Pittsburgh Post Gazette. Cairo. AP. 19 November 1948. 19 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2013.
- ↑ Bernard Reich. Political Leaders of the Contemporary Middle East and North Africa: A Biographical Dictionary. Greenwood Publishing Group. 1 January 1990. 188. ISBN 978-0-313-26213-5. 12 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2013.
- ↑ "2 Moslem Rulers let the man and wife divorce if they need to", The New York Times, 20 November 1948, page 1.
- ↑ "Princess Fawzia engaged". The Indian Expree. 28 March 1949. 19 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2013.
- ↑ "Shah's ex-wives keep low profiles in Egypt, Europe". The Palm Beach Post. AP. 28 July 1980. İstifadə tarixi: 6 November 2012.[ölü keçid]
- ↑ "Shah's first wife Princess Fawzia dies in Egypt". Dawn. 3 July 2013. 20 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2013.