Fuzuli Doyusleri - Wikipedia
Füzuli əməliyyatı[2] — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi.
Füzuli əməliyyatı | |||
---|---|---|---|
İkinci Qarabağ müharibəsi | |||
| |||
Tarix | 2020-ci il 27 sentyabr - 17 oktyabr | ||
Yeri | Füzuli rayonu və ətraf ərazilər | ||
Səbəbi | 2020-ci ildə Azərbaycan ordusunun əks-hücumu | ||
Nəticəsi | Azərbaycan ordusunun qələbəsi. Azərbaycan Füzuli şəhəri və rayonun inzibati vahidliyində yerləşən kəndləri işğaldan azad edir. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
Tarixi
redaktəErmənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.[3]
Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir.
Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı,[4] Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir.
3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir.[5][6][7] Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.[8] 9 oktyabr tarixində Azərbaycan ordusu Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsini,[9] Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini işğaldan tam azad edir.[10][11] Düşmənin 10 oktyabr tarixində Hadrut istiqamətindəki Tuğ kəndindən və Cəbrayıl istiqamətindəki Arakul və Banazur kəndlərindən hücuma keçməyə çalışır, lakin Azərbaycan ordu bölmələrinin gördüyü tədbirlər nəticəsində düşmən çoxsaylı canlı qüvvə və hərbi texnika itirərək geri çəkilmək məcburiyyətində qalır. 14 oktyabr tarixində Azərbaycan ordusu irəliləməni davam etdirərək Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndlərini işğaldan azad edir.[12] Növbəti gün ordu irəliləməni davam etdirərək üç rayon ərazisindən Füzuli şəhərinin şərq istiqamətdə bir neçə kəndi azad edir.[13] Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edir.[14] Şəhərin azad olunmasından öncə artıq şəhər bir necə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə alınır. Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Nəticədə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.[15][16] Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilmişdir.[17]
Nəticəsi
redaktəƏməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradır.[18] Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa keçməsi, onların asan düşmən hədəfi olmasından qoruyur.
İstinadlar
redaktə- ↑ "Vətən müharibəsində hansı istiqamətdə və neçə nəfər şəhid vermişik? - Rəsmi açıqlama" (az.). 2021-10-31. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-05.
- ↑ ""Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək" - Dövlət başçısı". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-17.
- ↑ "Ermənilərin atəşə tutduğu Tərtərdən FOTOlar". Milli.Az (az.). 27 sentyabr 2020. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
- ↑ ordu.az. "Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edildi" (az.). ordu.az. 27.09.2020. İstifadə tarixi: 2020-09-27.[ölü keçid]
- ↑ twitter.com. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 3 oktyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib.
- ↑ "Prezident: Bu gün Azərbaycan ordusu bir sıra kəndləri işğaldan azad edib". Report.az (az.). Report İnformasiya Agentliyi. 3 October 2020. 7 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.
- ↑ Teleqraf.com. "Son dəqiqə: Daha bir neçə kəndimiz azad olundu - Prezidentdən şad xəbər" (az.). Teleqraf.com. 03.10.2020. 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-03.
- ↑ "İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-17.
- ↑ "President of Azerbaijan: "Hadrut settlement and several villages liberated from occupation"". APA.az (ingilis). 9 October 2020. 10 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
Azerbaijan's Hadrut settlement and several villages were liberated from Armenian aggressors, President Ilham Aliyev said this in his address to the nation, APA reports.
- ↑ "Hadrut qəsəbəsi və bir neçə kənd işğaldan azad edildi". qafqazinfo.az (az.). 9 oktyabr 2020. 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2020.
- ↑ "Azerbaijani Army liberates Hadrut settlement and eight villages from occupation - LIST". APA.az (ingilis). 9 October 2020. 10 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
Villages, liberated by the Azerbaijani Army from occupation besides Hadrut settlement, have been revealed, APA reports. President Ilham Aliyev said in his address to the nation that besides Hadrut settlement, Chayli, Yukhari Guzlak, Gorazili, Gishlag, Garajali, Afandilar, Sur, and Suleymanli villages have been liberated from the occupation: "Operation is being executed fully", stressed head of state.
- ↑ "Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib". Report informasiya Agentliyi (rus). 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-14.
- ↑ "Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad edib". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-17.
- ↑ "Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavənd rayonunun daha üç kəndini işğaldan azad edib" (rus). 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-16.
- ↑ "Füzuli azad edildi - Ali Baş Komandan elan etdi + Video". qafqazinfo.az (az.). 17 oktyabr 2020. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
- ↑ "Prezident İlham Əliyev: "Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib"". apa.az (az.). 17 October 2020. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Ermənistan ordusunun daha bir yüksək rütbəli hərbçisi məhv edildi". qafqazinfo.az (az.). 17 oktyabr 2020. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
- ↑ "Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması strateji nöqteyi-nəzərdən bizə növbəti üstünlüklər verir"". 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-17.
Xarici keçidlər
redaktə- Tural Həsənqarayev. "Füzuli uğrunda döyüşlər" (az.). www.top-center.org. 2021-10-20. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.