Fifa Fair Play Mukafati - Wikipedia
FIFA Fair Play Mükafatı — Fifa tərəfindən tanınan, fair play ruhunda və təbliğində olan nümunəvi davranışı qiymətləndirən mükafatdır. İlk dəfə 1987-ci ildə təqdim olunmuşdur. Bu mükafat həm fərdi, həm də komanda, azərkeşlər, tamaşaçılar, futbol federasiyaları/assossasiyaları, futbol icmasına təqdim edilə bilir. İllik olaraq bir və ya bir neçə mükafat təqdim edilir. Lakin mükafat 1994-cü ildə heç kəsə təqdim olunmamışdır.
Qaliblər
redaktəİstinad[1]
İl | Qalib | Səbəb | Qeyd |
---|---|---|---|
1987 | Dandi Yunayted azərkeşləri | Azərkeşlərin 1987-ci il UEFA kuboku finalında qalib gəlmiş Göteborq FK klubuna qarşı nümunəvi davranışına görə. | [2] |
1988 | Frank Ordenevitz | Köln FK və Verder Bremen FK arasında oynanılan matçda nümunəvi idmançı davranışına uyğun olaraq penalti ərazisində əli ilə oynadığını hakimə etiraf etdiyinə görə. | |
1988-ci il Seul Yay Olimpiya oyunlarında futbol turnirinin azərkeşləri. | Azərkeşlər göstərdikləri idman və kompazisiya davranışı ilə dərin bir iz buraxdıqlarına görə | ||
1989 | Trinidad və Tobaqo azərkeşləri. | 1989-cu il KONKAKAF kuboku çərçivəsində keçirilmiş sonuncu ev matçında ABŞ millisinə məğlub olmalarına baxmayaraq idmançı davranışına görə. | |
1990 | Hari Lineker | 15 illik peşəkar futbolçu karyerası ərzində heç bir sarı və ya qırmızı kart almamasına görə. | |
1991 | İspaniya Futbol Federasiyası | Hökumətin nümunəvi davranışı, media, məktəblər, sənətçilər və sponsorların hamısının fair play fəaliyyətlərinə qoşulduqlarına görə. | |
Jorjinyo | Stadion daxilində həmçinin xaricində təkrarolunmaz karyera və nümunəvi davranışı səbəbindən. | ||
1992 | Belçika Futbol Assossasiyası | "Sülh çərçivəsində Futbol" adlı kompaniya ilə fair play təbliğində və Meksikanın Toluka şəhərində Casa Hogar adlı yardım kompaniyasının təşkili səbəbindən. | |
1993 | Nandor Hideqkuti | Həm futbolçu həm də məşqçi kimi nümunəvi davranışına görə. | |
Zambiya Futbol Assossasiyası | 1993-cü ildə Zambiya millisinin təyyarə qəzasına uğramasından sonra yenidən milli komandanın bərpa olunmasına yönələn cəhdlərinə görə. | ||
1994 | Mükafat təqdim olunmayıb | ||
1995 | Jaskes Qlassman | Valensien FK və Olimpik Marsel FK klubları arasında yaşanmış rüşvət qalmaqalında cəsarətli davranışı səbəbindən. | |
1996 | Corc Vea | Oyuna olan sevgisini nümayiş etdirdiyi və mümkün olan ən geniş ictimaiyyətə Fair Play mesajını ötürdüyünə görə. | |
1997 | İrlandiya azərkeşləri | 1998-ci il FİFA Dünya Çempionatının seçmə mərhələsinin Play-off mərhələsində Belçika millisinə qarşı keçirilən matçda nümunəvi davranışlarına görə. | [3] |
Yozef Zovineç (Slovak həvəskar oyunçu) | 60 illik həvəskar futbolçu karyerası ərzində sarı kart almamasına görə. | ||
Culi Fudi | Uşaq əməyinin əksinə yönəlmiş cəhdlərinə görə, bu mükafatı qazanan ilk qadın və amerikalı kimi tarixə düşmüşdür. | ||
1998 | ABŞ Futbol Federasiyası | Aralarındakı 20 ilə yaxın olan siyasi gərginliyə baxmayaraq 1998-ci il FİFA Dünya Çempionatı matçında idmançıya yaraşan davranışlarına görə. | |
İran Futbol Federasiyası | |||
Şimali İrlandiya Futbol Assossasiyası | Belfastda keçirilən Kliftonvill FK və Lindfild FK matçında Katolik və Protestant icmalarının yenidən birləşməsinə yönəlmiş cəhdlərinə görə. | ||
1999 | Yeni Zelandiya Futbol Assossasiyası | 1999-cu il FIFA U-17 Dünya Çempionatının ölkəsində keçirilməsi üçün yönəlmiş cəhdlərinə görə. | |
2000 | Lukas Radebe | Cənubi Afrika Respublikasında uşaqlarla birgə işlədiyinə və futbolda olan rasizmə qarşı işləyəcəyi ilə bağlı öhdəliyinə görə. | |
2001 | Paolo Di Kanio | Rəqib komandanın qapıçısı Paul Cerrard zədələndiyi zaman topu əlinə götürərək oyunu dəyandırmasına görə | |
2002 | Yaponiya və Cənubi Koreya Futbol İcmaları | 2002-ci il Futbol üzrə Dünya Çümpionatını birlikdə keçirməklə qardaşlıq və centlimenlik nümayiş etdirdikləri üçün. | |
2003 | Seltik FK azərkeşləri | 2003-cü il UEFA Kubokunun finalında oyuna əlavə edilən vaxtda Portu FK klubuna 3-2 uduzmalarına baxmayaraq Seltik FK azərkeşlərinin nümunəvi davranışına görə. | |
2004 | Braziliya Futbol Konfederasiyası | Braziliya və Haiti yığmaları arasında keçirilmiş “Sülh uğrunda oyun” adı ilə tanınan matçda biletlərdən gələn gəlirin silahla dəyişdirilməsi təklifinə görə. | |
2005 | Ikitos, Peru İcması | 2005-ci il FIFA U-17 Dünya Çempionatının təşkili üçün göstərdiyi səmimi dəstək və köməyinə görə. | |
2006 | 2006-cı il FIFA Dünya Çempionatının azərkeşləri | Stadion daxilində həmçinin kənarında azərkeşlərin fair play, qarşılıqlı hörmət və xüsusi ab-hava yaratdıqlarına görə. | |
2007 | Barselona FK | Gəlirli uniforma razılaşmasını rədd edərək əvəzində UNİCEF loqosunun əks olunduğu formanı qəbul etdiyinə görə | [4] |
2008 | Türkiyə Futbol Federasiyası | Aralarında hər hansı siyasi diplomotik əlaqələrin olmamasına baxmayaraq hər 2 ölkənin cəsarətli şəkildə dialoqa girməsi səbəbi ilə. | [5] |
Ermənistan Futbol Federasiyası | |||
2009 | Bobbi Robson | Həm məşqçi həm də futbolçu karyerası ərzində göstərdiyi fair play davranışına görə ölümündən sonra bu mükafata layiq görülmüşdür. | [6] |
2010 | Qadınlardan ibarət U-17 Haiti millisi | 2010-cu il Haiti zəlzələsindən sonra sıxıntılı çətinliklər səbəbi ilə. | [7] |
2011 | Yaponiya Futbol Federasiyası | 2011-ci il Yaponiyada baş vermiş zəlzələdən sonra ölkənin Qadınlardan ibarət millisinin 2011-ci il FİFA Dünya Cempionatındakı qalibiyyətinə görə. | |
2012 | Özbəkistan Futbol Federasiyası | Fair Play və yarışmanı nümayiş etdirmək eksklüziv olaraq qarşılıqlı deyil, bir-birinin tamamıdır. | |
2013 | Əfqanıstan Futbol Federasiyası | Müharibə və qarışıqlığın hökm sürdüyü bir mühitdə futbola olan birlik nümayişinə görə. | [8] |
2014 | Dünya Çempionatı könüllüləri | 2014-cü il Dünya Çempionatı, 2014-cü il U-20 Qadınlararası Dünya Çempionatı, 2014-cü il U-17 Qadınlararası Dünya Çempionatı və 2014-ci il FİFA Klublararası Dünya Çempionatının təşkilində könüllülərin göstərdikləri yorulmaz dəstəyi, işi, həvəsi qiymətləndirmək üçün. | |
2015 | Bütün futbol təşkilatlarının qaçqınlara dəstək nümayiş etdirməsi. | Münaqişələrin siması sayılan qaçqınlara dəstək nümayişinə görə. Cerald Asamoa tərəfindən təşkil edilmişdir. | |
2016 | Atletiko Nasional | Təyyarə qəzasından sonra CONMEBOL-a müraciət edərək 2016 Sudamerikana kubokunun "Şapekoense" klubuna vermələrini tələb etdiklərinə görə. |
Qeydlər
redaktə- 1988-ci il May ayının 7-də Bundesliqa oyunu çərçivəsində Verder Bremen FK və Köln FK arasında oynanılan matçda Verder Bremen oyunçusu penalti ərazisində əli ilə oynadığını hakimə etiraf etdi. Matçı Köln FK 2-0 qazandı. Növbəti il o, Köln FK klubuna keçdi.
- Karoline Hanlon azərkeşlər adından qəbul olundu.
2010-cu ildə İrlandiya Futbol Federasiyası mübahisəli Fransa - İrlandiya (2010-cu il Dünya çempionatı Pley off) matçından sonra onlara təklif edilən Fair Play mükafatından imtina etmişdir. Onun belə davranışı səbəbi ilə Futbol Assossasiyasının Baş icraçı direktoru Yozef Blatter haqda bunları demişdir: "Özünə və FİFA-ya qarşı xəcalətdir bu" .
İstinadlar
redaktə- ↑ "FACTSheet FIFA awards" (PDF). FIFA. 22 January 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 January 2016.
- ↑ Low, Dave. "Dundee Utd reach the UEFA Cup Final 1987". BBC Scotland. 8 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2008.
- ↑ "A Night of Records and Premieres". FIFA. 24 fevral 1998. 19 May 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 October 2008. (#invalid_param_val)
- ↑ "Barcelona scoop FIFA Fair Play award". FIFA. 2009-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
- ↑ "Fair Play for Armenia, Turkey". FIFA. 12 January 2009. 22 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2009.
- ↑ "Fair Play Award honours Robson" (Press-reliz). FIFA. 21 December 2009. 29 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2011.
- ↑ "Haiti's standard bearers show the way". FIFA. 2013-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
- ↑ "FIFA Awards Afghanistan 'Fair Play Award For 2013'". Rferl.org. 2014-01-14. 2014-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-25.