Ferec Qarayev - Wikipedia
Qarayev Fərəc Qara oğlu (19 dekabr 1943[1], Bakı[1]) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018), dosent (1982), professor (1998), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən).
Fərəc Qarayev | |
---|---|
Fərəc Qara oğlu Qarayev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 19 dekabr 1943[1] (80 yaş) |
Doğum yeri | |
Atası | Qara Qarayev |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqi pedaqoqu, universitet müəllimi[d] |
Janr | klassik musiqi |
Təhsili | |
Mükafatları | |
karaev.net |
Həyatı
redaktəFərəc Qarayev 1943-cü il dekabrın 19-da anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1966-cı ildə prof. Qara Qarayevin sinfi üzrə bitirib.[2] 1991-ci ildən fasilələrlə Bakı və Moskvada yaşayır.
Bəstəkar Qara Qarayevin oğludur.
Fəaliyyəti
redaktə1966-cı ildən Azərbaycan Konservatoriyasında dərs deməyə başlayıb. 1999-cu ildən P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur.[3]
1994–1996-cı illərdə Moskvada Müasir Musiqi Assosiasiyasının (ACM) vitse-prezidenti olub. 1995-ci ildən Bakıda Yeni Musiqi cəmiyyətinin prezidentidir. 1980–1994-cü illərdə BaKaRa-ensemble kollektivinin bədii rəhbəri funksiyasını həyata keçirib.
2003–2005-ci illərdə Kazan Konservatoriyasının bəstəkarlıq kafedrasında professor kimi çalışıb. A. Krupp fondunun təqaüdçüsü olub, 1991-ci ildə Volkwang Hochschule Essen’də composer-in-residence kimi fəaliyyət göstərib.
Bəstəkarın yaradıcılığını üslub cəhətdən dəqiq xarakterizə etmək çox mürəkkəbdir, postmodern estetikasının ümumi cəmə gətirəcəyi bir çox bədii istiqamətlər və müxtəlif bəstəkarlıq texnikaları Qarayevin yaradıcılığının müxtəlif dövrlərinə təsadüf edir — buraya neoklassisizm və serializm, puantilizm və sonoristika, collage, instrumental teatr və s. aiddir.
Musiqisi MDB, Avropa, Cənubi Amerika ölkələri, ABŞ, Yaponiyada keçirilən müxtəlif festival və konsertlərdə ifa olunur.
Ad və mükafat
redaktə- Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982)
- "Humay" mükafatı (1999)
- Azərbaycan Respublikasının xalq artisti (27 may 2018)[4]
- 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[5]
Əsərləri
redaktəBaletlər
- "Qobustan kölgələri" (1969)
- "Kaleydoskop" (1971)
Monoopera
- "Journey to love" (1978) — soprano və kamera orkestri üçün XX yüzilliyin şairlərinin şeirləri əsasında
Digər əsərləri
- Simfonik orkestr üçün 4 Postlüdiya (1990);
- Simfonik orkestr üçün "The [Moz]ART of ELİTE" (1990);
- Piano üçün "Postlüdiya – I" (1990);
- Piano, kontrabas və səhnə arxasında simli kvartet üçün "Postlüdiya – II" (1990);
- "AUS…" – bassethorn /bas-klarnet və vibrafon/ və marimba üçün 3 fraqment (1990);
- Ansambl və maqnitofon yazısı üçün "Der Stand der Dinge" (1991);
- 2 piano üçün "Postlüdiya – III" /8 əlli redaktə/ (1992);
- 2 piano üçün "Forst şəhəri üçün musiqi" (1992);
- Ansambl və manqitofon yazısı üçün "İST ES GENUG?…" (1993);
- "Postlüdiyalar – IV–VII" müxtəlif tərkibli ansambllar üçün redaktələr (1993–1998);
- "Forst şəhəri üçün musiqi" – royal, vibrafon və marimba üçün redaktə (1997);
- Piano üçün "Cənab Bi Layn – Ekssentrik" (1997);
- Ansambl və maqnitofon yazısı üçün "Xütbə, muğam və surə" (1997);
- Ansambl üçün A. Şönberqin kanonlarına 5 Pyes (1998);
- 2 gitara və fleyta üçün "Kiçik tamaşa" (1998);
- Solo gitara üçün "Gözəllik röyadırmı?" (1999);
- Solo skripka üçün "Hələ də sağsınız, cənab Nazir?" /I versiya/, (2000);
- Simfonik orkestr üçün "Verklarung und Tod" (2000);
- Simfonik orkestr üçün "Verklarung und Tod" (2001);
- Soprano və ansambl üçün "Cancion de Cuna" (2001);
- Solitslər ansamblı üçün "Hələ də sağsınız, cənab Nazir?" /II versiya/ (2001);
- Gitara və soprano üçün "Malheur me bat" mahnısı (2001);
- Piano, klarnet və simli kvartet üçün "Postlüdiya – VIII" (2001)
Filmoqrafiya
redaktəBəstəkar kimi
- Zəncirlənmiş adam (film, 1964) (qısametrajlı bədii film)
- Kirov Azərbaycanda (film, 1966) (qısametrajlı sənədli film)
- Biri vardı, biri yoxdu... (film, 1967) (qısametrajlı bədii film)
- Qobustan (film, 1967) (qısametrajlı sənədli film)
- Qanun naminə (film, 1968) (tammetrajlı bədii film)
- Bir cənub şəhərində (film, 1969) (tammetrajlı bədii film)
- İntizar (film, 1969) (qısametrajlı bədii film)
- Ömrün ilk saatı (film, 1973) (tammetrajlı bədii film)
- Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) (bərpa: 2011)
Əsərlərindən istifadə olunan filmlər
- 125 illik yol (qısametrajlı sənədli film)
- Həqiqətin özü (film, 2008) (tammetrajlı sənədli film)
İştirak etdiyi film
- Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011) (qısametrajlı sənədli film)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #139223622 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Mədəniyyət TV. ""Fərəc Qarayevin portreti" layihəsi çərçivəsində ilk konsert keçirilib" (az.). Youtube.com. 23.04.2024. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-24.
- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
- ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
- ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.