Ferdi Birlik - Wikipedia
Şəxsi birlik, sərhədləri, qanunları və maraqları fərqli olaraq qalarkən eyni monarxa malik olan iki və ya daha çox dövlətin toplusudur.[1] Həqiqi birlik, şəxsi birliyin əksinə, müəyyən dərəcədə bir-biri ilə əlaqəli olan təsisçi dövlətləri, məsələn, bəzi məhdud hökumət institutlarını bölüşdürməklə əhatə edərdi. Şəxsi birlikdən fərqli olaraq, federasiya və unitar dövlətdə bütün üzv dövlətləri əhatə edən mərkəzi (federal) hökumət mövcuddur və özünüidarəetmə dərəcəsi ikisini fərqləndirir. Şəxsi birlikdə hökmdarın irsi monarx olmasına ehtiyac yoxdur.
Termini ilk dəfə alman hüquqşünası İohann Stefan Pütter 1760-cı ildə Elementa Iuris Publici Germanici (Alman Dövlət Qanununun Elementləri) kitabına daxil edərək istifadə etmişdir. Şəxsi birliklər bir neçə səbəbə görə yarana bilər, məsələn:
- Sülalə birliyi, miras və s. vasitəsilə. Məsələn, Əbu Tahir Yəzid ibn Məhəmməd 917-ci ildən Layzanşah olmağına baxmayaraq, öz əmisinəvəsi Əli ibn Heysəmin ölümü ilə həm də Şirvanşah olmuşdu. Fransalı X Lüdovik Fransanı atasından, Navarranı isə anasından miras aldı
- Dekolonizasiya vasitəsilə. Bəzi keçmiş koloniyalar müstəqil olduqdan sonra keçmiş müstəmləkəçi gücün monarxını özlərininki kimi saxlayırlar. Məsələn, III Çarlz təkcə Britaniyanın deyil, həm də Avstraliyanın, Kanadanın və digər Millətlər Birliyi ölkələrinin dövlət başçısıdır.
- Avtonomizasiya vasitəsilə. Məsələn, Rus çarı I Aleksandr Finlandiyanı Rusiya imperiyasına birləşdirmək əvəzinə, onu yeni bir dövlət kimi təşkil etmiş və dövlət başçısı olmuşdu[2]
İstinadlar
redaktə- ↑ Oppenheim, Lassa; Roxbrough, Ronald. International Law: A Treatise. The Lawbook Exchange. 2005. ISBN 978-1-58477-609-3. İstifadə tarixi: 13 June 2013.
- ↑ Gadolin, A. De. The Solution of the Karelian Refugee Problem in Finland (ingilis). Springer Science & Business Media. 6 December 2012. səh. 2. ISBN 978-94-011-7964-5. 9 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2022.