Ferhad Ve Sirin - Wikipedia
Ferhad Ve Sirin - Wikipedia - Haqqında Məlumat
Fərhad və Şirin sözü bir çox mənada istifadə olunur. Lazımi mənanı dəqiqləşdirmək üçün bu səhifədəki siyahıdan istifadə edin. |
Ədəbiyyatda
redaktə- Fərhad və Şirin (Nəvai) — Əlişir Nəvainin 1484-cü ildə yazılmış əsəri.
- Fərhad və Şirin (Vəhşi) — fars şairi Vəhşi Bafqinin (1531-1583) əsəri.
- Şirin və Fərhad (Kövsəri) — Əqil Kövsəri Ərdəbili tərəfindən 1605-ci ildə yazılmış əsər.
- Fərhad və Şirin (Tubıli) — tatar şairi Əxmətcan Tubıli tərəfindən 1879-ci ildə yazılmış əsər[1].
- Fərhad və Şirin (Nakam) — İsmayıl bəy Nakam (1829-1906) tərəfindən 1898-ci ildə yazılmış əsər.
- Fərhad və Şirin (S.Vurğun) — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəri.
- Fərhad ilə Şirin (N.Hikmət) — Nazim Hikmətin 1948-ci ildə yazdığı pyes. 1961-ci ildə bu pyes əsasında Arif Məlikov "Məhəbbət əfsanəsi" baletini yazmışdır.
Musiqidə
redaktəFərhad və Şirin (opera) — 1910-cu ildə Aleksandr Oqenezaşvili və Mirzə Cəlal Yusifzadə tərəfindən yazılmış və 6 mart 1911-ci ildə Bakıda səhnələşdirilmiş Azərbaycandilli opera.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Fərhad və Şirin[ölü keçid] (tatar.)