Ferrux Hormuz - Wikipedia
Fərrux Hörmüz (VI əsr – 631, Ktesifon) — Atropatena knyazı, İspahbudan sülaləsinin nümayəndəsi, sipəhsalar. Bavinin nəticəsi.
V Hörmüz | |
---|---|
فرخهرمز | |
| |
630 – 631 | |
Əvvəlki | Azarmedoxt |
Sonrakı | Azarmedoxt |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | ? |
Vəfat tarixi | |
Vəfat yeri | Atropatena |
Vəfat səbəbi | sui-qəsd |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Vinduyə |
Uşaqları | Rüstəm Fərruxzad, Fərruxzad Bavəndi |
Dini | Zərdüştilik |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sasanilər dövləti |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəVistəhmin ölümündən sonra onun torpaqlarına hakimlik edirdi. 628-ci ildə II Xosrovu devirərək [1] yerinə II Qubadı gətirmişdi. II Qubadın I İrakli ilə bağladığı sülhə əsasən Fərrux Hörmüz müstəqil Atropatena hökmdarı olmuşdu.
Hakimiyyəti
redaktəII Qubad 628-ci ildə yoluxucu xəstəlikdən vəfat etmiş, yerinə III Ərdəşir keçmişdi. Bunu fürsət bilən Fərruxan Şəhrvəraz bir il sonra Ktesifonu ələ keçirmiş və özünü şahənşah elan etmişdi. Şəhrvərazı özünə təhlükə görən Fərrux 40 gün sonra, tacqoyma mərasimində atdığı nizə ilə şahı öldürmüş, yerinə II Xosrovun qızı Borandoxtu gətirmişdi. Lakin Fərrux öz torpaqlarına qayıdan kimi Borandoxt Şəhrvərazın oğlu, özünü V Şapur adı ilə şah elan etmiş Şapur Şəhrvəraz tərəfindən devrilmişdi. O da öz növbəsində vəzir Firuz Xosrov tərəfindən devrilmiş, yerinə Borandoxtun bacısı Azarmedoxt gətirilmişdi.
Üsyanı
redaktəFərrux bundan sonra özü şahlıq iddiasına düşdü və özünü "İranın sütunu" elan etdi və V Hörmüz adı ilə pul zərb elətdirdi. 1 il sonra Azarmedoxtun tapşırığı ilə Bəhram Çubinin nəvəsi Siyavuş Mehrani tərəfindən öldürüldü. Ölümündən sonra yerinə oğlu Rüstəm Fərruxzad gəldi.
- ↑ Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.