Feryad Film 1993 - Wikipedia
Feryad Film 1993 - Wikipedia - Haqqında Məlumat
Fəryad — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi.[1]
Fəryad | |
---|---|
Fayl:Fəryad (film, 1993).jpg | |
Janr |
dram döyüş müharibə |
Rejissor | Ceyhun Mirzəyev |
Ssenari müəllifi | Vaqif Mustafayev |
Baş rollarda |
Ceyhun Mirzəyev — İsmayıl Məlik Dadaşov — Xaçaturyans Hacı İsmayılov — Rövşən Liana Qudadze — erməni Fikrət Məmmədov — erməni əsgər Fərəc Fərəcov — Xoren |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçılar |
"İnkişaf" Banklararası Mərkəzi Səhmdar Bankı "Aşkarfilm" Şirkəti |
Distribütor | Azərbaycanfilm |
İlk baxış tarixi | 1993 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 78 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1993 |
Texniki məlumatlar |
8 hissə 2160 metr 35 mm |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
IMDb | ID1626820 |
Məzmunu
redaktə"Ögey ana" filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür…[2]
Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.
Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.
Festivallar və mükafatlar
redaktə- 1) 1994-cü ildə
- Ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı verilmişdir.
- 2) 1994-cü ildə
- Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.
- 3) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi
- Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə Diplom və Priz verilmişdir.
Film haqqında
redaktə- Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir. Baş rolun ifaçısı Ceyhun Mirzəyev filmi izləyə bilməmişdir.[3]
- Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir.
- Filmdə "Ögey ana" filminin kadrlarından istifadə olunmuşdur.[4]
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər (titrlərdəki sıraya görə)
redaktə- Prodüser: Nazim Abdullayev
- Texniki prodüser: Faiq Əliyev
- Ssenari müəllifi: Vaqif Mustafayev
- Quruluşçu rejissor: Ceyhun Mirzəyev
- Quruluşçu operator: Kənan Məmmədov (Kənan Əziz kimi)
- Quruluşçu rəssam: Rafiz İsmayılov (Rafis Rza kimi)
- Bəstəkar: Cavanşir Quliyev
- Səs operatoru: Əsəd Əsədov
- Montaj edən: Nailə Dadaşova
- Filmin direktoru: Qasım Səfəroğlu
- Rejissor: Süleyman Əhmədov
- Operator: Tərlan Babayev
- Çalır: Səyavuş Kəriminin Rəhbərliyilə İnstrumental Ansambl
- Dirijor: Rafiq Babayev
- Baş məsləhətçi: Rüfət Əmirov (polkovnik)
- Məsləhətçi: Nizami Musayev (polis podpolkovniki)
- Rejissor assistenti: Aydın Mahmudbəyov, N.Məmmədova, Elşən Məmmədov, Ülvi Mehdi (4-cü titrlərdə yoxdur)
- Operator assistenti: M.Muradov
- Rəssam assistenti: Əziz Məmmədov
- Montaj üzrə assistent: S.Heydərqızı
- Qrim rəssamı: Elbrus Vahidov, Çingiz Paşayev
- Dekor rəssamı: Rafiq Nəsirov
- Fotoqraf-rəssam: Pərviz Quliyev
- Rəng araşdırıcısı: Əminə Cəfərova
- Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
- Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov
- İşıq ustası: Tahir Bağırov
- İşıqçı: Məhəmməd Hacıyev, Şəmsi Qədirov
- Trüklərin quruluşu: Əli Məmmədov
- Kaskadyor: Əli Məmmədov
- Pirotexnik: Əlibala Məmmədov
- Redaktor: Mirzəağa Atəş
- İnzibatçı: M.Səfərov, F.Hüseynov, Ü.Səfərov
- Rus dilindən tərcümə mətnini oxuyan: Rafiq Hüseynov (titrlərdə yoxdur)
Rollarda
redaktə- Ceyhun Mirzəyev — İsmayıl[5]
- Məlik Dadaşov — Armen Xaçaturyans[6]
- Hacı İsmayılov — Rövşən
- Liana Qudadze — Asya
- Fikrət Məmmədov — erməni əsgər
- Cəbrayıl Rzayev
- Yekaterina Arçaiya
- Şamil Mahmudbəyov — Samvel
- Nəcibə Behbudova — erməni qadın
- Lalə Bağırova — erməni müəllimə
- Elmira Şabanova — İsmayılın anası
- Fərəc Fərəcov — Xoren
- Yuri Qorobets
- Şahmar Qəribli (Şahmar Qəribov kimi) — erməni
- Lida Babayeva
- Sənubər İsgəndərli — İsmayılın arvadı
- Rahib Əliyev
- Konstantin Artyomov
- Aqşin Səfərov
- Kamal Hüseynov
- Kamil Məhərrəmov
- Nazir Əliyev — erməni milis nəfəri
- Rafiq Əliyev
- Nazim İbrahimov
- Anar Məmmədov
- Elşən Rüstəmov — ağ atlı oğlan
- Cavanşir Hadıyev
- Heybət Hörmət (Heybət Hörmətzadə kimi) — Levon
- Ağaəli Babayev
- Süleyman Zeynalov
- Şahin Balakişiyev
- İdris Rüstəmov
- Elbrus Vahidov
- Namis Şirməmmədov — zabit
- Emiliya Əzimova
- Aydın Mahmudbəyov
- N.Quliyev
- Kənan Məmmədov — erməni
- E.Satılmışov
- Manaf Dadaşov
- G.Abdullayeva
- Səhiyəddin Həsənov (S.Həsənov kimi)
- Rafiq Qasımov
- G.İmanova
- R.Məhərrəmova
- Faiq Babayev
- Azad Dadaşov
- Ruslan Kərimov — erməni
İstinadlar
redaktə- ↑ Nizami Kino Mərkəzində "Fəryad" filmi nümayiş olunur: [filmin quruluşçu rejissoru Ceyhun Mirzəyevdir] //Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 3.
- ↑ Gülşən Raufqızı. "Kadraraxası: "Ceyhun dedi ki, "məni döyün", şil-küt elədilər onu.."" (az.). modern.az. 2014-06-28. 2014-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-03.
- ↑ "Fəryad" filminin kadrarxası: Baş rolun ifaçısı Ceyhun Mirzəyevin izləyə bilmədiyi film //Azadlıq.- 2014.- 30 iyun.- S.14.
- ↑ ""Ögey ana"nın İsmayılı "Fəryad"ın qəhrəmanı oldu" //Xalq.- 2011.- 16 aprel.
- ↑ Dadaşov, A. Ceyhun Mirzəyevin "Fəryad"ı //Mədəni həyat.- 2014.- № 4.- S.80–81.
- ↑ "Axırıncı aşırım"dan "Fəryad"a qədər: Məlik Dadaşov xarakterlər ustasıydı: [Xalq artisti haqqında] //Şərq. — 2011.- 18 iyun.- S. 11.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362–364.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.